Kriminal 

Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub

Baş Prokurorluq Zaqatalada baş verən qətllə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 14-də saat 19 radələrində 2002-ci il təvəllüdlü Zaqatala rayonu Mosul kənd sakini İlyas İlyasovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin 2003-cü il təvəllüdlü rayon sakini Əliməmməd Əliməmmədov…

Read More
Kriminal 

DTX-nin saxladığı general kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, Əfqan Nağıyev barəsində dövrü mətbuatda yetərli məlumat olmasa da, onun uzun illərdir Sahil Mühafizəsinə nəzarət etdiyi dəqiqdir. O, bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytanant rütbəsinə qədər…

Read More
Kriminal 

Azərbaycanda bacıların təcavüzə uğraması xəbərlərinə RƏSMİ MÜNASİBƏT

Baş Prokurorluqda aparılmış araşdırmalarla Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Əfqan Sadıqovun “Facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə, sensasiya naminə Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün Aysel Səlimovanın ayrı-ayrı şəxslər tərəfindən guya zorakılığa məruz qalması ilə bağlı müraciətlərin polis və prokurorluq orqanları tərəfindən qeyri-obyektiv araşdırılmasına dair məlumatlar yayması müəyyən edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa yönələn həmin məlumatlar həqiqəti əks etdirmir…

Read More
Kriminal 

İnsan alveri qurbanlarının Azərbaycandan aparıldığı ölkələr – SİYAHI

Azərbaycanda 2019-cu ildə müəyyən edilmiş 91 insan alveri qurbanının 85-i qadın, beşi kişi və biri uşaqdır. Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik hesabatında bildirilir. Qeyd olunub ki, həmin şəxslərdən 89-u Azərbaycan, ikisi isə Tacikistan və Özbəkistan vətəndaşlarıdır. Onlardan 54-ü istismar məqsədilə Türkiyəyə, 16-sı Qətərə, səkkizi İrana, beşi Rusiyaya aparılıb. Həmin şəxslərdən beşi Birləşmiş Ərəb Əmirliklərində, üçü isə Azərbaycanda istismara məruz qalıb.oxu.az

Read More
Kriminal 

Elçin Quliyevin müavini DTX əməliyyatı ilə saxlanıldı – RƏSMİ

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınmışdır. Bu barədə Dövlət Təhülkəsizliyi Xidmətindən açıqlama verilib. Bildirilib ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar. Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin…

Read More
Kriminal 

Azərbaycanda kriminal aləmin nümayəndəsi belə öldürüldü – ANBAAN GÖRÜNTÜLƏR/VİDEO

Mayın 12-də Kürdəmir rayonunda “Dördyol” kimi tanınan ərazidəki “Cavidan” marketin qarşısında 45 yaşlı Cəbrayılov Cəmşid Səlim oğlunun tanışı, 30 yaşlı sakini İslamov Rahim Nəsir oğlu tərəfindən çoxsaylı bıçaq zərbələri ilə öldürülməsi barədə məlumat vermişdik. ARANTV.AZ  xəbər verir ki, hadisə marketin kamerası tərəfindən anbaan lentə alınıb. Görüntülərdən məlum olur ki, C.Cəbrayılovla R.İslamov marketin önündə dalaşmağa başlayırlar və bir-birinin yaxasından tuturlar. Bu zaman Cəmşid Rahimə yumruqla, qarşı tərəf isə bıçaqla ona zərbələr endirir. Çoxsaylı bıçaq zərbələri alan C.Cəbrayılov ayaq üstə qala bilsə də, səndələməyə başlayır və bir neçə saat sonra xəstəxanada daxili…

Read More
Kriminal 

Bakıda ürəyi sıxılan nənə gəlinini və 6 aylıq nəvəsini öldürdü — DƏHŞƏTLİ QƏTLİN ŞOK TƏFƏRRÜATI-VİDEO

Suraxanı rayonunda gəlini və 6 aylıq nəvəsini qətlə yetirən Şəriyyə Hüseynovanın cinayət işi. ARANTV.AZ xəbər verir ki, 2014-cü ilin dekabr ayında Suraxanı RPİ-nə inzibati ərazidə iki nəfərin öldürülməsi barədə məlumat daxil olub. İstintaq əmliyyat qrupu “Zığ bağları” ərazisinə yollanmaqla müəyyən edib ki, kirayədə yaşadıqları evdə Gürcüstan vətəndaşı Şərqiyyə Hüseynova gəlini və 6 aylıq nəvəsini qətlə yetirib. Saxlanılan qadın cinayəti qəflətən ürəyi sıxıldığı üçün törətdiyini bildirib. Hadisə yerinə baxış zamanı qonaq otağındakı döşəmənin üzərində 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın, digər otaqdakı yataqda isə 6 aylıq Emiliya Hüseynovanın meyiti aşkar edilib. İstintaqla…

Read More
Kriminal 

Bakıda keçmiş kürəkən qayınatasını bıçaqladı

Bakıda ailə-məişət zəminində bıçaqlanma hadisəsi baş verib. Hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü Cəfərov İlqar Xanhüseyn oğlu keçmiş kürəkəni tərəfindən bıçaqlanıb.   Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata götürülüb.(Report)

Read More
Kriminal 

Bakıda sürücüyə hədə-qorxu gələn şəxs həbs olundu – VİDEO

Bir neçə gün öncə Zabrat şosesində sürücüyə hədə-qorxu gələn şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, mayın 12-də Sabunçu rayonu, Zabrat şosesində “Changan” markalı 99 AF 375 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks yola çıxdığından ona irad bildirən digər sürücüyə avtomaşından götürdüyü dəmir parçası ilə hədə-qorxu gələn sürücü – 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunmayan, Sabunçu rayonu Maştağa qəsəbə sakini Kamal Nəcəfov Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. K.Nəcəfov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində…

Read More
Kriminal 

46 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 46 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

Read More