Kriminal 

Bakıda kişini öldürüb baqajda gizlədənlərdən YENİ XƏBƏR

Bakının Binəqədi rayonu ərazisində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Ramin Şamilov, onun dostu, 1999-cu il təvəllüdlü Allahverdi İsmayılov və Nəzakət Həbubullayevanın barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb. Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub. Hər üç təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha bir aya qədər artırılıb. Bundan başqa, təqsirləndirilən Nəzakət Həbubullayevaya qarşı iki maddə üzrə yeni ittiham elan edilib. Ona Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup…

Read More
Kriminal 

Arvadı ilə cinsi əlaqəyə girmək istəyən nişanlı oğlanı tutdu – ŞOK HADİSƏ

Cəlilabad rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Seymur Məmmədovun məhkəməsi başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, rayonun Musalı kənd sakini Siruz Nəsirov 2018-ci ilin fevral ayının ortalarından etibarən Seymur Məmmədovun evdə olmadığı hallarda bir neçə dəfə axşam saatlarında onun evinə gəlib. O, ev sahibinin arvadına cinsi əlaqədə olmağı təklif edib. Seymur Məmmədov bu barədə arvadından məlumat aldıqda Siruz Nəsirovu öldürmək qərarına gəlib. Əvvəlcə Siruzun başına oyun açmaq, kənd sakinləri arasında rüsvay etmək isyəyib. Amma sonradan o, Siruz Nəsirovun arvadına olan təklifi şəxsən eşidib əmin olmaq istəyib. Bunu eşidəndən…

Read More
Kriminal 

Qəbiristanlıqda görüş və qorxunc qisas – İsmayıllıdakı güllələnmənin ŞOK SƏBƏBİ

Dünən İsmayıllı rayonunda 20 yaşlı oğlan tərəfindən törədilmiş dəhşətli qətlin təfərrüatları məlum olub. Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 09 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovu Müşgəmir kəndi ərazisində güllələyərək öldürən 2000-ci il təvəllüdlü Şirxan Əzimov onunla qohum olub. Belə ki, Şirxanın atası ilə Ağasəf xalaoğlu olub. Bir neçə il əvvəl Şirxanın atası polis tərəfindən saxlanılıb və o, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilib. Daha sonra azadlığa çıxan həmin şəxsdə əsəb xəstəliyi yaranıb və bir müddət sonra o vəfat edib. Bundan sonra mərhumun ailəsi və oğlu onun tutulmasında və…

Read More
Kriminal 

Azərbaycanda 20 yaşlı oğlan dəhşətli qətl törətdi – 3 dəfə atəş açaraq öldürdü

Mayın 7-də saat 11 radələrində 1972-ci il təvəllüdlü Ağasəf Soltanovun güllə yarası xəsarətləri ilə meyitinin İsmayıllı rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İsmayıllı rayon Prokurorluğundan Publika.az-a verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla 2000-ci il təvəllüdlü Şirxan Əzimovun aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə səbəbindən qisas almaq məqsədilə mayın 7-də saat 9 radələrində rayonun…

Read More
Kriminal 

Vilyam Hacıyev milyonları bu maaşla yığıb? – RƏQƏM

İmişlinin həbs olunan keçmiş icra başçısı Vilyam Hacıyevin evindən və xidməti otağından külli miqdarda ayrı-ayrı valyutalarda pul vəsaitlərinin aşkarlanması cəmiyyətdə müzakirələrə səbəb olub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mayın 5-də Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Müvafiq ünvanlara baxış zamanı Vilyam Hacıyevin rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev və başqaları vasitəsi ilə qəbul etdiyi pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər aşkarlanıb. Habelə, ayrı-ayrı valyutalarda xüsusi qaydada qablaşdırılaraq saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Onun yaşadığı…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli qətl: 47 yaşlı kişi maşınında güllələnərək öldürüldü

İsmayıllı rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ-ın xəbərinə görə, bu gün rayonun Mişgəmirli kəndində kənd sakini, 1973-cü il təvəllüdlü Soltanov Ağasəf Murtuz oğlu ov tüfəngindən açılan atəş nəticəsində qətlə yetirilib. Onun öz maşınında öldürüldüyü deyilir. Hadisəni törədənin kimliyi hələlik müəyyənləşməyib. Meyit müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə gətirilib. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. APA

Read More
Kriminal 

Bakıda qadın qızını yoldan çıxaran kişini bıçaqladı – MƏHKƏMƏ

Bakıda kişini bıçaqlamaqda təqsirləndirilən A.Qafarovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Hadisə Əhmədli qəsəbəsində qeydə alınıb. Belə ki, Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Binnətov Kənan Cavanşir oğlu orta yaşlı qadın tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən qadını saxlayıb. İlkin məlumata görə, K.Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibət qurmaq istəyib.…

Read More
Kriminal 

Bakıda kişini bıçaqlamaqda şübhəli bilinən qadın ələ keçdi

Paytaxtda altı ay öncə 29 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən qadın saxlanılıb. ARANTV.AZ  xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə ötən il oktyabrın 30-da paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü H.İsmayılovun Şüvəlan qəsəbəsində qarın nahiyəsindən bıçaqlandığına dair məlumat daxil olub. Məlumat əsasında, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini 1983-cü il təvəllüdlü L.Mustafayeva bu il mayın 6-da saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir.Oxu.Az

Read More
Kriminal 

Azərbaycanda qaraçılar arasında qanlı dava – ÖLƏN VAR

Yevlax rayonunda qətl törədilib. ARANTV.AZ  xəbər verir ki, rayonun Kamil Nəsibov küçəsində 1993-cü il təvəllüdlü Dəvrişov Rəşad Rəşid oğlu, tanışı, 1994-cü ildə anadan olmuş Seyidov Ceyhun Məzahir oğlunu bıçaqlayaraq öldürüb. Bildirilir ki, qaraçı xalqından olan şəxslər arasında münaqişə baş verib və R.Dəvrişov onu söyən tanışını öldürmək məqsədilə bıçaqla hücum edib. Artıq hadisəni törədən şəxs tutulub və onun barəsində cinayət işi açılıb. Qeyd edək ki, hadisə zamanı qətlə yetirilən 26 yaşlı Ceyhun Seyidov evli olub. Hadisəni törədən şəxs isə daha əvvəl də məhbus həyatı yaşayıb.Publika.az

Read More
Kriminal 

Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqlayıb. ARANTV.AZ-ın məlumatına görə, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Binə qəsəbə sakini, 1991-ci il təvəllüdlü X.İsmayılov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub. Xəzər rayon Cinayət-Axtarış Şöbəsinin və 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü İ.Mustafayeva saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.APA

Read More