Kriminal 

Abşerondakı oteldə 21 yaşlı sevgilisini öldürdü — Başqa şəxslərlə də görüşürmüş – ŞOK TƏFƏRRÜAT

Abşeron rayonunda hoteldə 21 yaşlı sevgilisini öldürməkdə təqsirli bilinən Nəriman Əliyev barəsindəki hökmdən apellyasiya şikayəti verib. ARANTV.AZ xəbər verir ki, onun şikayətinə hakim Vidadi Cəfərovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılaçaq. İlkin baxış iclası sentyabr ayının 20-nə təyin olunub. Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayında Abşeron rayonunda baş verib. Ucar rayon sakini olan 21 yaşlı Aysel Orucova sevgilisi 35 yaşlı Kürdəmir rayon sakini Nəriman Əliyev tərəfindən qısqanclıq zəminində qətlə yetirilib. Əvvəllər məhkum edilmiş N.Əliyevlə Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb. Bu müddətdə…

Read More
Kriminal 

Toyda qeyri-adi cinayət: “Ağacdan düş, yoxsa…” – Təfərrüat

Zərdab rayonunda toy məclisində qanlı cinayət törətməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Ruslan Abdullayevin məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində yaşayan Ruslan Abdullayev tanışı Bəhrəm Məmişovun dəvəti ilə onun toy məclisində iştirak edib. Zərdab rayonu, Bıçaqçı kəndində baş tutan toy məclisində Ruslan Abdullayev sərxoş olub. O, sərxoş vəziyyətdə alça ağacına çıxıb. Bu zaman ona “ağacdan düş, yıxılarsan, peşmançılıq olar, spirtli içki də içmisən, sərxoşsan” deyən Zamin Salikova sərt cavab qaytarıb. O, Zamin Salikova “ağacdan düşməsəm, nə edərsən?” deyə bildirib. Ruslan Abdullayev…

Read More
Kriminal 

Qadın onu bıçaqlayan ərini bağışladı, məhkəmə də azadlığa buraxdı

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşına xəsarət yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Süleymanov son söz deyib. O, əməlindən peşman olduğunu bildirib. Zərərçəkmiş Ə.Məmmədova da çıxış edərək, ərini bağışladığını deyib və onun azadlığa buraxılmasını məhkəmədən xahiş edib. Sonra hökm oxunub. Hökmə əsasən, M.Süleymanov barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb. Qeyd edək ki, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü…

Read More
Kriminal 

Göyçayda oğul 79 yaşlı atasını bıçaqladı

Göyçayda oğul atasını bıçaqlayıb. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun mərkəzində qeydə alınıb. Rayon sakini, 79 yaşlı Aydın Məmmədov oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində oğul atasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib. Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, A.Məmmədovun vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.oxu.az

Read More
Kriminal 

Bakıda ər arvadını bıçaqladı

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, Biləcəri qəsəbəsində əri 22 yaşlı Əmiraslanova Sevil Vidadi qızına bıçaqla xəsarət yetirib. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.oxu.az

Read More
Kriminal 

Qardaş hamama girib bacısını… – Azərbaycanda namus cinayəti

Cəlilabad rayonunda namus üstündə bacısını öldürməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Hikmət Sadıqovun məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, Hikmət Sadıqov bu ilin yanvarın 2-də, saat 20 radələrində yaşadığı Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən evə gəlib. O, həmin evdə birlikdə yaşadığı, evli olduğu halda başqa kişi ilə sevgi münasibətində olmasından şübhələndiyi bacısı Arzu Cəfərovanın evin həyətində yerləşən hamam otağında sakit səslə mobil telefon vasitəsi ilə gizli danışmasına şahid olub. Onda bacısının başqa kişi ilə sevgi münasibəti saxlamasına dair əminlik yaranıb. Qardaş bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə o,…

Read More
Kriminal 

Qısqanc ər arvadını öldürmək istədi – Ağcabədidə şok olay

Ağcabədi rayonunda arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Rafiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası sentyabrın 23-nə təyin olunub. Qeyd edək ki, hadisə bu ilin mayında Ağcabədi rayonunun Taxtakörpü kəndində baş verib. Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib. Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub. Daha sonra hadisə yerindən qaçıb. Yaralı qonşular tərəfindən xəstəxanaya çatdırılan…

Read More
Kriminal 

Antalyada azərbaycanlı belə bıçaqlandı – VİDEO

Antalyada azərbaycanlı Hacı Elbrus Hacılının bıçaqlanma anının görüntüləri yayılıb. ARANTV.AZ xəbər verir ki, hadisə Konyaaltı rayonunun Liman məhəlləsində qeydə alınıb. Hacılı çərkəz əsilli şəxslə küçədə mübahisə edib. Bu zaman həmin şəxs cibindəki bıçağı çıxararaq, azərbaycanlını ayağından bıçaqlayıb. Hacılı dərhal xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib. Cinayəti törədən şəxsin isə yaxalanması üçün axtarışlar davam edir.   oxu.az

Read More
Kriminal 

Kişi tanış qadınla spirtli içki içdi, sonra üstünə neft tökərək yandırdı – İş məhkəməyə göndərildi

Bakıda sərxoş vəziyyətdə qadının üstünə neft tökərək yandırmaqda ittiham olunan 33 yaşlı Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində olan cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib. Yaxın günlərdə bu dəhşətli cinayət işi üzrə məhkəmə prosesi başlanacaq. Qeyd edək ki, bu ilin fevralın 21-də Xətai rayonu, Nobel prospektində Qabil Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üzərinə ağ neft tökərək onu oda verib. Xoşbəxtlikdən, qadına vaxtında ilkin yardım göstərilib və, o, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının…

Read More
Kriminal 

21 yaşlı arvadını dayısı oğlu ilə bir otaqda tutdu və… – Azərbaycanda hər kəsi ŞOKA SALACAQ OLAY

Bakıda qısqanclıq zəminində arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Səxavət Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Səxavət Babayev rәsmi nikahda olduğu arvadı, 1997-ci il təvəllüdlü Ləman Babayevanın dayısı oğlu Sabir Məmmədovla gəzməsi, intim əlaqədə olması, bu yolla ona xәyanәt etmәsindən şübhələnib. Şübhələndi və 18 bıçaq vurdu Bu məqsədlə Səxavət Babayev 6 sentyabr 2018-ci il tarixdә, saat 14 radәlәrindә qısqanclıq niyyәtilә arvadını xüsusi amansızlıqla öldürmәk qərarına gəlib. Səxavət Babayev bu mәqsәdlә mәtbәxdən…

Read More