Kriminal 

Bakıda taksi sürücüsü çay evində qətl törətdi

Bakıda çay evində qətl törədib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan İsgəndərov Əfqan Suvarağa oğlu paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 112 b ünvanında yerləşən “Dəfnə” çay evində taksi sürücüsü tərəfindən bıçaqlanıb. Ə.İsgəndərov təcili yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada dünyasını dəyişib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Read More
Kriminal 

Qobustanda ailə faciəsi: qardaş bacısını və qardaşını bıçaqlayıb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, Nərimankənddə qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Qurbanovaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib. Faktla bağlı araşdırma aparılır.oxu.az

Read More
Kriminal 

Həyat yoldaşı 33 yaşlı arvadını bıçaqladı

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Mehman Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  ölkə.az-a istindən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib. Məhkəmə hazırlıq iclası sentyabr ayının 10-na təyin olunub. Qeyd edək ki, hadisə Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. 1986-cı il təvəllüdlü Məmmədova Əfsanə Fəxrəddin qızı əri tərəfindən bıçaqlanıb. Döş qəfəsindən daxilə nüfuz edən ağır xəsarət alan 33 yaşlı qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində qadının həyatını xilas etmək mümkün…

Read More
Kriminal 

Bıçaqlanan bacıların vəziyyəti necədir?

Səhiyyə Nazirliyi gecə saatlarında çoxsaylı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılan 30 yaşlı Ruhəngiz Mahmudova və 32 yaşlı Roza Mahmudovanın sağlamlıq vəziyyətini açıqlayıb. Nazirlikdən verilən məlumata görə, həkimlər hər iki yaralıya bədənin müxtəlif nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar. Xəstələrə lazımi tibbi yardım göstərilib. Hazırda onların vəziyyətləri qənaətbəxş qiymətləndirilir, həyatları üçün təhlükə yoxdur. Xatırladaq ki, ötən gün Binəqədi rayonunda 1981-ci il təvəllüdlü Quliyev Samir Qurban oğlu həyat yoldaşı, 1989-cu il təvəllüdlü Kürdəmir rayon sakini Mahmudova Ruhəngiz Abdul qızına 14, baldızı, 1987-ci il təvəllüdlü Mahmudova Roza Abdul qızına isə 5 bıçaq zərbəsi…

Read More
Kriminal 

Rusiyada azərbaycanlı kişi ilə polis arasında insident – Yaralananlar var

Rusiyanın Sankt-Peterburq şəhərində 59 yaşlı Ayaz adlı azərbaycanlı saxlanılıb. ARANTV.AZ-ın məlumatına görə, yaşama icazəsi olmadan Peterburqda məskunlaşan şəxs “Denis Osipov” studiyasında çalışan stilistə hücum etməkdə şübhəli bilinir. Məlumata görə, Ayaz qadına hücum edərək, bıçaqla ona xəsarət yetirib, qızıl-zinət əşyalarını və mobil telefonunu götürərək, hadisə yerindən uzaqlaşıb. Aparılan araşdırmalar zamanı onun şəhərin Obuxovskoy Oboronı prospektindəki yiyəsiz avtomobildə yaşadığı aydınlaşıb. Azərbaycanlı hadisə yerinə gələn polislərə hücum edib və onlardan ikisinə bıçaq xəsarəti yetirib. Əməliyyat zamanı Ayaz saxlanılıb və ona qarşı cinayət işi başlanıb. oxu.az

Read More
Kriminal 

Ramiz Zeynalovun qohumunu qətlə yetirən şəxs tutuldu – TƏFƏRRÜAT

Bakıda iki gün əvvəl baş vermiş qətlin üstü açılıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədovun qətlə yetirilməsi faktı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb. İlkin məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə, H.Babaverdiyev…

Read More
Kriminal 

Qadın özünü bıçaqladı — BAKIDA

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi, Arablinka adlanan ərazidə 1981-ci il təvəllüdlü Əliyeva Brilyant İdris qızı özünə bıçaqla xəsarət yetirib. Qarın nahiyəsindən 2 bıçaq xəsarəti alan yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Sabunçu Rayon 13-cü Polis Bölməsində araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda “Lallar fabriki”ndə qanlı dava

Binəqədi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə 1-ci Mədən, 18 saylı korpus, “Lallar fabriki” deyilən ərazidə baş verib. Belə ki, Cəfərov Taleh Firudin oğlu məhəllədə keçmiş tanışı Xankişiyev Ayxan Rövşən oğlu ilə aralarında yaşanan mübahisə zəminində üzərindəki bıçaqla ona döş qəfəsinin sol nahiyəsindən xəsarət yetirib. Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir.oxu.az

Read More
Kriminal 

Bakıda qısqanc kişidən dəhşətli əməl – Təfərrüat

Bakı adam öldürməyə cəhddə təqsirləndirilən 1986-cı il təvəllüdlüTeymur Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib. Qeyd edək ki, bu il hadisə mayın 13-də Bakı şəhərində baş verib. Masallı rayon sakini Teymur Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və…

Read More
Kriminal 

Sözləri çəp gəldi, keçmiş məhkum yoldaşının boğazını kəsdi – Bakıda qanlı olay

Bakıda iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Məhərrəm Kazımovun barəsində hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Məhərrəm Kazımovun cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi şikayət təmin edilməyib. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə Məhərrəm Kazımov 15 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, hadisə ötən il noyabrın 13-də gecə saatlarında Sabunçu qəsəbəsində baş verib. Əvvəllər məhkum edilmiş 1986-cı il təvəllüdlü İlham Paşayev və digər keçmiş məhkum, 1987-ci il təvəllüdlü…

Read More