Bakıda gənc oğlan ürəyindən bıçaqlanıb
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Montin qəsəbəsində baş verib. Əliyar Əliyev küçəsində 1994-cü il təvəllüdlü Səmədov Orxan Yenubər oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaqlanıb. O, ürəyindən bıçaq xəsarəti alıb. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More