Kriminal 

Mühafizəçi bank işçisinin boğazını niyə kəsdi? – “Bağda cinsi əlaqə…” – TƏFƏRRÜATLAR

Göygöldə Beynəlxalq Bankın əməkdaşı olan qadını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı Orxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Gəncə Regional Bölməsinin sabiq polis serjantı Orxan Məmmədovun hansı səbəbdən iki uşaq anası olan qadını öldürməsi ictimaiyyətə qaranlıq qalıb. ARANTV xəbər verir ki ,Lent.az sözügedən cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə Göygöl rayonun Üçtəpə kəndində qeydə alınıb. Təxminən 30-35 yaşında olan Cəlilli Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb. Hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən hadisəni törətməkdə təqsirli bilinən Orxan Məmmədov tutularaq istintaqa təhvil…

Read More
Kriminal 

Bakıda turizm şirkətinin müdiri bıçaqlandı

Bakının Nərimanov rayonunda turizm şirkətinin müdiri ürəyindən, işçisi isə ayağından bıçaqlanıb. APA xəbər verir ki, hadisə “Montin” adlanan ərazidə qeydə alınıb. Turizm şirkətinin müdiri Cavid Məmmədov və işçisi 18 yaşlı Amanzadə Kamran Azər oğlu agentliyin sürücüsündən pul almaq üçün onun yaşadığı Nərimanov rayonu ərazisinə gəlib. Bu zaman onlar dörd nəfər naməlum şəxsin hücumuna məruz qalıb. C.Məmmədov ürəyindən bıçaqlanıb. O, ağır vəziyyətdə 5 nömrəli xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. K.Amanzadə isə ayağından bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Read More
Kriminal 

Bakıda üç milyonluq qarət və dəhşətli qətl: 18 ilin sirri açıldı

18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Anar Ağalarovun mərhum xalası oğlu Teymur Məmmədov və sonuncunun qardaşı Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Rəhilə Cəlilovanın xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə ona məxsus mənzilə qanunsuz olaraq girib bıçaqla…

Read More
Kriminal 

21 manat görə bıçağı ürəyinə sancdı – “Kubinka”dakı qətlin TƏFƏRRÜATI – VİDEO

2021-ci il avqustun 13-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən rayon prokurorluğuna Salatın Əsgərova küçəsi, ev 94-də qeydiyyatda olan 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin aldığı bıçaq xəsarətindən 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsi barədə məlumat verilib. Hadisə Nəsimi rayonu, Ağadadaş Qurbanov və İbrahim Əbilov küçələrinin kəsişməsində yerləşən “Məşədi Dadaş” məscidinin qarşısında baş verib. Nəsimi Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Dadaş Həmzəyevin ölümünə ürəyin zədələnməsi ilə müşayiət olunan yaranın törətdiyi kəskin qanitirmə səbəb olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də…

Read More
Kriminal 

Bakıda qonşular arasında dəhşətli dava: “Pəncərəmi döyüb arvadımla…”

Bakının Suraxanı rayonunda 1993-cü il təvəllüdlü Elbəy 1978-ci il təvəllüdlü qonşusu Əhmədi (adlar şərti verilib – red.) qətlə yetirib. Hadisə ötən il oktyabrın 29-da baş verib. Elbəy həmin gün Əhmədi yaşadığı evin yaxınlığında mübahisə zamanı bıçaqlayaraq öldürüb. İstintaq orqanı tərəfindən Elbəyin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb. “Ara-sıra görüşmüşəm” Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən…

Read More
Kriminal 

Abşeronda kişi arvadını bıçaqlayıb hadisə yerindən qaçdı

Abşeronda arvadını bıçaqlayan kişi hadisə yerindən qaçıb. “Report”un məlumatına görə, hadisə avqustun 2-də saat 23:45 radələrində rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə ərazisində fərdi evdə yaşayan İsmayılov Hüseyn Qurban oğlu qısqanclıq zəminində arvadı İsmayılova Şəhruzə Əzim qızının bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və sonra hadisə yerindən uzaqlaşıb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda arvad ərini bıçaqlayıb öldürdü

Bərdədə ər-arvad arasında mübahisə ölümlə nəticələnib. ARANTV.AZ-ın  məlumata görə, 1995-ci il təvəllüdlü A.Çərkəzli ilə 1994-cü il təvəllüdlü N.Çərkəzli ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı ilk olaraq əri A.Çərkəzliyə bıçaqla xəsarət yetirib, daha sonra isə A.Çərkəzli bıçaqla N.Çərkəzliyə boyun nahiyəsinə xəsarət yetirib. Nəticədə kişi qanaxmadan vəfat edib. A.Çərkəzli isə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilib. Faktla bağlı prokurorluqda araşdırma aparılır.Oxu.Az

Read More
Kriminal 

Cəbrayılda əlləri və qolları qandalla bağlanmış kişi meyiti tapıldı

İyulun 20-də, saat 15 radələrində Araz çayının işğaldan azad edilmiş Cəbrayıl rayonunun Xələfli qəsəbəsi ərazisindən keçən hissəsində salınmış “Qız Qalası” hidroqovşağında təxminən 25-30 yaşlarında, hər iki qol və ayaqları plastmas qandalla bağlanmış vəziyyətdə naməlum kişi meyiti tapılıb. Cəbrayıl Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Meyitin xarici müayinəsi zamanı müəyyən edilib ki, boyu 176 sm, qarnın aşağı üçdəbir hissəsində qara rəngdə, üzərində sarı metaldan muncuqları olan qadın şalı bədəninə düyünlənərək bağlanıb, əynində isə “XL” ölçüdə, ön hissəsində “Reebok” yazısı olan çəhrayı…

Read More