Kriminal 

Arvadını öldürüb, baldızını bıçaqladı – Hadisə yerindən qaçdı

Sabirabad sakini həyat yoldaşını qətlə yetirib, baldızını isə yaralayıb. APA-nın məlumatına görə, hadisə Şirvan şəhəri Xəqani küçəsi 11-də yerləşən mənzillərdən birində baş verib. Həmin ünvanda kirayə yaşayan Sabirabad rayonunun Qarağac kənd sakini, 1992-ci il təvəllüdlü Qəmbərov Kəmaləddin Rasəddin oğlu həyat yoldaşı – Sabirabad rayonunun Beşdəli kənd sakini, 1994-cü il təvəllüdlü Qəmbərova Cəmilə Yaqut qızını bıçaqla qətlə yetirib. Qəmbərov Kəmaləddin daha sonra baldızı Məcidova Sevinc Yaqut qızına ayağından xəsarət yetirərək hadisə yerindən qaçıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində K.Qəmbərov saxlanılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı Şirvan…

Read More
Kriminal 

Quba sakini arvadını və daha üç qohumunu bıçaqladı

Quba sakini Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayıb. “Report”un Şimal bürosu xəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb. Quba rayonunun Dağlı kənd sakini Niyaməddin Qiyaməddin oğlu Qədirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Ülviyyə Teymur qızı Qədirovanı, Xaçmaz rayonunun Niyazoba kənd sakinləri: qayınanası, 1965-ci il təvəllüdlü Zəkiyyə Nuruyevanı, qaynı, 1997-ci il təvəllüdlü Elçin Teymur oğlu Nuruyevi və baldızı, 1998-ci il təvəllüdlü Röya Teymur qızı Nuruyevanı bıçaqlayıb. Yaralılar təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Almaniyada qətldə şübhəli bilinən azərbaycanlı saxlanılıb – FOTO

Almaniyada bir aydan çoxdur axtarışda olan 36 yaşlı azərbaycanlı Elçin Ağayev Almaniya-Polşa sərhədinə yaxın qəsəbədə saxlanılıb. Almaniya Federal Daxili İşlər Nazirliyindən “Report”un Avropa börosuna bildirilib ki, əməliyyat Polisin Xüsusi Əməliyyat Qrupu tərəfindən həyata keçirilib. E.Ağayev Polşaya qaçmağı planlaşdırırmış. Bu barədə Polşa polisi məlumatlandırılıb. Onun bu gün Kalettal şəhər məhkəməsinə çıxarılması gözlənilir. Xatırladaq ki, bu ilin iyunun 18-də, Şimali Reyn Vestfaliya əyalətinin Kalettal şəhərində 36 yaşlı azərbaycanlı Elçin Ağayev qısqanclıq zəmnində 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirib. E.Ağayev Ukraynada müharibə başlayandan sonra birlikdə yaşadığı Olqa adlı xanım və iki…

Read More
Kriminal 

Bir il sonra dəhşətli cinayətin üstü açıldı: Qadını ögey oğlu öldürübmüş

Prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, 9 may 2021-ci il tarixdə Cəlilabad rayonu, Zərbiəlli kənd sakini 1954-cü il təvəllüdlü Gülgəz Əsədovanın qeyri-aşkar şəraitdə xəsarət alması və aldığı xəsarətlər nəticəsində 27 may 2021-ci il tarixdə ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsi (şəxsləri) müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılıb. Cinayət işi yenidən öyrənildikdən sonra 6 aprel 2022-ci il tarixdə dayandırılmış icraat təzələnməklə istintaq…

Read More
Kriminal 

Salyanda qardaş qardaşı qətlə yetirdi

Salyanda qardaşını öldürən şəxs istintaqa cəlb edilib. Bu barədə Salyan Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyulun 15-i saat gecə saat 3 radələrində Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin qardaşı, 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasovun sağ ayağın bud, baldır və sol çiyin nahiyələrinə bıçaqla xəsarətlər yetirib, sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Faktla bağlı Salyan rayon…

Read More
Kriminal 

Azərbaycanda oğul anasını bıçaqladı

Ağdam rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, 22 yaşlı Eltun Kərimov anası Elnurə Kərimovanı bıçaqlayıb. O, Ağdamda xəstəxanaların birində tibb bacısı kimi çalışır. Qeyd edək ki, hadisəni törədən şəxs Gəncə Dövlət Universitetinin tələbəsidir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, iyul ayının 8-i saat 21:10 radələrində Ağdam rayon sakini Eltun Kərimov anası E.Kərimovanı münaqişə zəminində bıçaqla vuraraq müxtəlif bədən xəsarətləri yetirib: “Yaralı dərhal polis əməkdaşları tərəfindən Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti qənaətbəxşdir. Keçirilmiş tədbirlərlə Elnur Kərimov saxlanılıb.…

Read More
Kriminal 

Tərtərdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb+FOTO

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini B.Məmmədov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanaraq götürülüb. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.  

Read More
Kriminal 

Şəmkirdə mədəniyyət evinin işçisi arvadını bıçaqlayıb

Şəmkirdə qadın bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, 1985-ci il təvəllüdlü Talihə Əliyeva dörd bıçaq zərbəsi vurulub. Qadın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, qadın həyat yoldaşı Elçin Əliyev tərəfindən bıçaqlanıb. O, Gəncə Mədəniyyət evində çalışır. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More
Kriminal 

Bakıda məşhur tamada bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Mikayıl Əliyev 9b ünvanında yerləşən Altun şadlıq sarayında qeydə alınıb. Şadlıq sarayında məclis aparan Mehdiyev Yaqub İsaq oğlu toyda qonaq olan şəxsin hücumuna məruz qalıb. O, bel nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bıçaqlanan Y.Mehdiyev Natiq Dağlar oğlu təxəllüsü ilə tanınan tamadadır.

Read More
Kriminal 

Bakıda gənc oğlan bıçaqlandı

Bakının Suraxanı rayonunda bıçaqlanma baş verib. Lent.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. İlqar Əhlimanov küçəsində 1990-cı il təvəllüdlü Bağırov Bəhrəm İbrahim oğlu tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs ona iki bıçaq zərbəsi endirib. Bıçaq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir. Fakt araşdırılır.

Read More