Kriminal 

Bərdədə 68 yaşlı kişi tanışı tərəfindən öldürülüb

İyunun 26-sı saat 16 radələrində Bərdə rayonu ərazisində 1954-cü il təvəllüdlü Çapay Sadıqlının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1968-ci il təvəllüdlü Xazər Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Ç.Sadıqlıya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. X.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Read More
Kriminal 

Gəncədə kişinin öz həyat yoldaşını qətlə yetirməsini əks etdirən görüntülər yayılıb – VİDEO

Gəncə şəhərində 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yetirilməsini əks etdirən görüntülər yayılıb. Hadisənin iyun ayının 23-də baş verdiyi bildirilir. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Bayramovanın həyat yoldaşı Rauf Vəliyev saxlanılıb. Fakta bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açlıb.

Read More
Kriminal 

Azərbaycanda tanınmış şairi nəvəsi öldürüb? – YENİLƏNİB + FOTO

Bu gün Sumqayıtda qətlə yetirilən 84 yaşlı Qənirə Mehdixanlının tanınmış şəxs olduğu üzə çıxıb. “Qafqazinfo” xəbər verir ki, şairə, QHT rəhbəri kimi tanınan Q.Mehdixanlı həm də Aşıqlar Birliyinin Sumqayıt şöbəsinin rəhbəri imiş. Əslən Ağstafa rayonundan olan tanınmış şairə Qazax Müəllimlər Seminariyasının məzunu olub və Sumqayıtda 60 ilə yaxın pedoqoji fəaliyyət göstərib. Onu yaşadığı evdə qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nicat Əliyev bu ilin martında nişanlanıb. Həmin vaxt Q.Mehdixanlı nəvəsinin nişanlanması münasibətilə təbrikləri qəbul edib. Qətlin səbəbləri hələlik tam müəyyənləşməyib, faktla bağlı araşdırmalar davam etdirilir. Fotoda: Qənirə Mehdixanlı və onu qətlə yetirməkdə şübhəli…

Read More
Kriminal 

“MTN işi”: “General Rüstəm Usubovun həbsinə göstəriş verdi, mən icra etmədim” – FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. “Qafqazinfo” xəbər verir ki, ötən gün Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Sahib Ələkbərov çıxış edib. O, hədə-qorxu ilə pul alma və rüşvət ittihamlarını rədd edib: “Mən bu gün təqsirləndirilən şəxs qismində qarşınızdayamsa, mənim sağımda Zakir Qaralov, solumda Rüstəm Usubov dayanmalıdırlar. Onların hər biri bizim kimi bütün ölkə boyu rüsvay olmalıdır. Buradakı hər kəlməmizi mətbuat yazır. Hörmətli…

Read More
Kriminal 

Bərdədə baş verən dəhşətli qətlin TƏFƏRRÜATI – VIDEO

Bərdədə qonşusunu tüfənglə öldürən kişi daha sonra özünü güllələyib. Hadisənin onlar mübahisə etdikdən sonra baş verdiyi bildirilir. Bərdə sakini qonşusunu qətlə yetirdikdən sonra intihar edib… hadisə bu gün rayonun Şatırlı kəndində baş verib. Kənd sakini, 59 yaşlı Namiq Hüseynov qonşusu 34 yaşlı Anar Hüseynovu kənara çagırıb və orada mübahisə edib. Bu zaman Namiq Anarı güllələyib. Anar Hüseynov hadisə yerində ölüb. Daha sonra Namiq Hüseynov təxminən 15 – 20 metr aralıda tüfənglə qəfil özünə atəş açıb. O da hadisə yerində ölüb. Anarın valideynləri iddia edir ki, oğlu Namiqin bir qadınla münasibətdə…

Read More
Kriminal 

Ağdaşda kişi 14 illik arvadını niyə döyüb? – Təfərrüat

Ağdaş rayonunda 1985-ci il təvəllüdlü Səlim şəxsi münasibətlər zəminində arvadı Faziləyə (adlar şərti verilib – red.) xəsarət yetirib. ARANTV.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə rayonun Aral Bir kəndində baş verib. Səlim bu ilin martın 1-də yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadını döyərək, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İstintaq orqanı tərəfindən Səlimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Sultanovun sədrliyi ilə araşdırılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Səlim…

Read More
Kriminal 

Qətlə yetirilən Orxan qazi imiş… – FOTOLAR

İyunun 15-də Şabranda qətlə yetirilən Orxan Əliyevin Vətən müharibəsi qazisi olduğu müəyyənləşib. ARANTV.AZ “Qafqazinfo”ya istinadən bildirir ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilən 1997-ci il təvəllüdlü Orxan Əliyev nişanlı olub. Mərhum Vətən müharibəsində iştirakına görə, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. Qeyd edək ki, hadisəni törədən Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir. Məqaləyə dair fotomateriallar:  

Read More
Kriminal 

Bakıda erməniyə “işləyən” azyaşlı qız tutuldu: Görün nələr danışdı – ŞOK VİDEO

Dövət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Ermənistan Xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı xüsusi əməliyyatı ifşa ediblər. ARANTV.AZ bildirir ki, bu barədə REAL TV-nin “Mir Şahinin vaxtı” verilişində məlumat verilib.Qeyd edilib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla ifşa etdiyi erməni xüsusi xidmətlərinin əməliyyatının mərkəzində azyaşlı, şərti adı Fidan kimi göstərilən azərbaycanlı qız durub. Belə ki, Fidan öz vaxtını internet resurslarında keçirərkən təhlükəli tora düşüb. Ermənistanın revanşist qüvvələri, anti-Azərbaycan, anti-türk qrupunun üzvləri ona fokuslanırlar və Fidan Ermənistan xüsusi xidmət orqanlarının tərtib etdiyi ssenariyə uyğun olaraq revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin…

Read More
Kriminal 

“Üç evin pulunu verib rəis gəlmişəm” – DYP rəisi (AUDİO)

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin rüşvət aldığı iddia edilib. ARANTV.AZ  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb. Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur. Səslənən iddiaya görə, o, kiminləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib. Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır: “Bu barədə ətraflı məlumat veriləcək”.

Read More
Kriminal 

Xaçmazda 38 yaşlı kişi bıçaqlanıb

Xaçmaz rayonunda bıçaqlanma baş verib. ARANTV.AZ “Report”a istinadən bildirir ki, hadisə Çarxı kəndində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Mustafayev Havadar Mirzə oğlu tanışı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona sağ çiynin kəsilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Read More