Kriminal 

Toydakı dava mahnıya görə olub – Bıçaqlanan bacısı ilə əri imiş

Xəbər verdiyimiz kimi ötən axşam Gəncədə toy mərasimində ər-arvad bıçaqlanıb. Hadisədən sonra Gəncə BPİ-nin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri Şəfaət İslamlı və onun həyat yoldaşı R. İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb: “İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət…

Read More
Kriminal 

Abşeronda ata qızını ÖLDÜRDÜ

Abşeronda kişi qızını qətlə yetirib. Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri…

Read More
Kriminal 

Bərdədə oğul atasını güllələyərək qətlə yetirdi

Bərdə Rayon Polis Şöbəsinə mayın 29-da saat 23 radələrində Mirzəcəfərli kəndində Bulud Fərzəliyevin öldürülməsi barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla B.Fərzəliyevi oğlu, əvvəllər məhkum olunmuş Kənan Fərzəliyevin sərxoş vəziyyətdə münaqişə zəminində yaşadığı evin həyətində tüfəngdən açdığı atəşlə öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində K.Fərzəliyev tutularaq istintaqa təhvil verilib. Ondan cinayəti törədərkən istifadə etdiyi “İJ-16” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Read More
Kriminal 

Bərdədə kişi arvadını güllələdi

Mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bərdə rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq…

Read More
Kriminal 

Bakıda qəssabı ürəyindən BIÇAQLADILAR: “Arvadının hesabına yaşayırsan…” – CİNAYƏT İŞİ

2021-ci il yanvarın 9-u saat 17 radələrində Bakının Q.Qarayev prospekti, 124A ünvanında yerləşən tikilidə qətl hadisəsinin baş verməsi barədə polisə məlumat daxil olur. Dərhal faktla bağlı polis və prokurorluq orqanlarının əməkdaşları əraziyə cəlb olunaraq, hadisə yerinə baxış keçiriblər. Tikilinin giriş qapısında kişi meyitinin cibindən 1979-cu il təvəllüdlü İmran Səfərova aid şəxsiyyət vəsiqəsi çıxıb. Elə həmin gün hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Kamil Qurbanov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gələrək könüllü təslim olub. Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Lent.az həmin qətl…

Read More
Kriminal 

Tbilisidə sərnişin avtobusunda dəhşətli QƏTL: Arvadının boğazını kəsdi

Tbilisidə Quramişvili prospektində sərnişin avtobusunda qətl hadisəsi törədilib. “Report”un yerli bürosu xəbər verir ki, kişi mübahisə zəminində həyat yoldaşının boğazını bıçaqla kəsib. Hadisənin cütlüyün azyaşlı övladlarının gözləri qarşısında baş verdiyi bildirilir. Qadın aldığı yaralardan ölüb. Cinayəti törədən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Read More
Kriminal 

Xaçmazda oğul atasını öldürüb

Xaçmazda oğul 59 yaşlı atasını öldürüb. “Report”un məlumatına görə, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov ailə münaqişəsi zəminində öz oğlu Pərvin Neymətov tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb. Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Read More
Kriminal 

Nənə və nəvənin 18 il əvvəl qətlə yetirilməsi ilə bağlı daha bir nəfər tutulub

Baş Prokurorluq Bakıda 18 il əvvəl baş verən nənə və nəvənin qətli barədə daha bir məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, 18 il əvvəl paytaxtın Yasamal rayon sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işinin üstü açılaraq cinayətin Anar Ağalarov və qabaqcadan əlbir olduğu şəxslər tərəfindən törədilməsi müəyyən edilib. Anar Ağalarov iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Baş Prokurorluq və…

Read More
Kriminal 

Sumqayıtda DƏHŞƏTLİ qətl: Qadın 13 bıçaq zərbəsi ilə öldürüldü – VİDEO

Sumqayıtda ər, həyat yopldaşını qətlə yetirib. Hadisə Qurd dərəsi, Məhəmmədəli küçəsi ev 4891 B ünvanında qeydə alınıb. Mərhumun anası Sveta Nağıyeva xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəsətəxanasına aparılıb. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Hadisədən sonra Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunan Tofiq Həsənov Rusiyada işləyirmiş. Evdə münaqişəyə pulun səbəb olduğu bildirilir. Daxili İşlər Nazirliyinin məlumatına əsasən araşdırmalarla Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tofiq Həsənovun münaqişə zəminində bıçaqla həyat yoldaşını öldürməsi, qayınanasına…

Read More
Kriminal 

Abşeronda AİLƏ FACİƏSİ: Arvadını bıçaqlayıb intihar etdi

Azərbaycanda kişi arvadını bıçaqlayaraq intihar edib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu Güzdək qəsəbəsində qeydə alınıb. Eldar adlı şəxs həyat yoldaşı S.H.-nı bıçaqlayıb. Arvadının öldüyünü zənn edən kişi daha sonra özünü asaraq intihar edib. Bıçaqlanan qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More