Bakı sakini boynundan bıçaqlanıb
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Seynur Hüseynov Salman oğlu dava zamanı boyun nahiyəsi və döş qəfəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat edilib. Vəziyyəti ağır qiymətləndirilir.
Read More