Bakı sakini bıçaqlanıb
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. 1963-cü il təvəllüdlü Məmmədov Mirverdi Məmiş oğlu küçədə tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.
Read More