Kriminal 

Anasını balta ilə qətlə yetirən şəxs axtarılır – FOTO

Yanvarın 13-ü Xaçmaz rayonunda anasını qətlə yetirən şəxs axtarılır. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Xaçmazın Əzizli kənd sakini Ramiz Sultanov anasını qətlə yetirərək hadisə yerini tərk edib. Həmin şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.  

Read More
Kriminal 

Bakıda gənc oğlan küçədə bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə Gəncə prospektində baş verib. Bir milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslərə bəraət verilib 1995-ci il təvəllüdlü Umarov Amil Füzuli oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı A.Umarov hər iki ayağından bıçaqlanıb. Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılır.

Read More
Kriminal 

Arvadını 22 bıçaq zərbəsi ilə öldürən şəxsin istintaqı başa çatdı

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Yadigar Cəfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azad Məcidovun icraatına verilib. Qeyd edək ki, hadisə ötən il iyulun 8-də Xəzər rayonun Binə qəsəbəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Yadigar Cəfərov ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı 1986-cı il təvəllüdlü Elnarə Musayevaya 22 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. O, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib. Yadigar Cəfərov Cinayət Məcəlləsinin…

Read More
Kriminal 

Bakıda 45 yaşlı kişi qətlə yetirilib

Yanvarın 17-si saat 1 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nərimanov Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişlərin tanışı 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri…

Read More
Kriminal 

Xaçmazda gənc oğlan bıçaqlanıb

Xaçmazda gənc oğlan bıçaqlanıb. “Report”un Şimal bürosunun xəbərinə görə, rayonun Çiləgir kənd sakini, 1991-ci il təvəllüdlü Rusif Məmmədov münaqişə zəminində tanımadıqı şəxs tərəfindən bıçaq xəsarəti alıb. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır. Faktla bağlı araşdırma başlanılıb.

Read More
Kriminal 

Bakı sakini dava zamanı bıçaqlandı

Bakının Sabunçu rayonunda 34 yaşlı kişi bıçaqlanıb. APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Savalan məhəlləsində 1988-ci il təvəllüdlü Mustafayev Allahverdi Mətləb oğlu tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Read More
Kriminal 

Xaçmazda oğul anasını baltaladı

Xaçmazda oğul anasına balta ilə xəsarət yetirib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə rayonun Əzizli kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanova müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona baş və sifətin kəsilmiş-deşilmiş yarası, kəllə-beyin travması diaqnozu qoyulub. İlkin məlumata görə, hadisəni qadının oğlu anası ilə münaqişə zəminində yetirib. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Oğurladığı qızılları satıb əyləncəyə xərclədi

Şəkidə fərdi yaşayış evindən oğurluq edən şəxs polis şöbəsinin cinayət-axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polisə müraciət edən zərərçəkmiş qadın ona məxsus mənzildən 5 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törədən şəxsin şəhər sakini Ramiz Cabbarov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və əməlini etiraf edib. Araşdırma zamanı R.Cabbarovun qızıl-zinət əşyalarını oğurladıqdan sonra Bakı şəhərinə apararaq orada satdığı, əldə etdiyi pulu isə əyləncə mərkəzlərində xərclədiyi məlum olub. Faktla…

Read More
Kriminal 

Göyçayda silsilə oğurluqlar edən həmkəndlilər SAXLANILDI – FOTO/VİDEO

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mağaza və evlərdən silsilə oğurluqlar edən həmkəndlilər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, dekabr-yanvar aylarında polisə müraciət edən zərərçəkmişlər onlara məxsus ərzaq mağazasından pul və tütün məmulatları, evlərdən məişət əşyaları, eləcə də su nasoslarının oğurlandığını bildiriblər. Daxil olmuş müraciətlər əsasında keçirilən tədbirlərlə oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Hüngütlü kənd sakinləri – Yalçın Qəribov və Qismət Hacıyev şübhəli şəxs qismində saxlanılıblar. Onlar ifadələrində əməllərini etiraf ediblər və cinayət yolu ilə əldə etdikləri məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, pulu isə öz…

Read More
Kriminal 

Xaçmazda 36 yaşlı kişi güllələndi

Xaçmaz rayonunda güllələınmə olub. Xaçmaz rayon Prokurorluğundan ARANTV.AZ-a veriln məlumata görə, yanvarın 8-i saat 21 radələrində Xaçmaz rayonu Köhnə Xaçmaz kənd sakini 1986-cı il təvəllüdlü Cavid Mahmudova odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1982-ci il təvəllüdlü Nail Mahmudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Cavid Mahmudovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır. Nail Mahmudov…

Read More