Kriminal 

Bakıda kişi arvadını balta və bıçaqla qətlə yetirdi – YENİLƏNİB + FOTO

Xətai Rayon Prokurorluğu bu gün günorta saatlarında Əhmədli qəsəbəsində baş verən dəhşətli qətl ilə bağlı məlumat yayıb. Bildirilib ki, yanvarın 4-ü saat 15 radələrində 1991-ci il təvəllüdlü Həmidə Həsənovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1987-ci il təvəllüdlü Orxan Alıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Həmidə Həsənovaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Orxan Alıyev şübhəli şəxs qismində…

Read More
Kriminal 

Bakıda kişi arvadını qətlə yetirdi – FOTO

Bakıda kişi arvadını qətlə yetirib. ARANTV.AZ-ın məlumatına görə, hadisə paytaxtın Əhmədli qəsəbəsi General Əliağa Şıxlinski 29/42 ünvanında yerləşən yaşayış binasında baş verib. Belə ki, ailə münaqişəsi zəminində 1987-ci il təvəllüdlü O.Əliyev həyat yoldaşı N.Əliyevanı bıçaqlayaraq qətlə yetirib. O, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin və 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.  

Read More
Kriminal 

Azərbaycanda qadın ərini yatdığı yerdə balta ilə qətlə yetirdi – TƏFƏRRÜAT + YENİLƏNİB

Ağstafa rayonunda qadının həyat yoldaşını qətlə yetirməsinin bəzi təfərrüatı məlum olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Aynur Abdullayeva Ağstafa Rayon Polis Şöbəsinə gedərək əri, 1984-cü il təvəllüdlü Elvin Mübariz oğlu Abdullayevi qətlə yetirdiyini etiraf edib. O, hadisəni həyat yoldaşı ilə aralarında ailədaxili münaqişə zəminində yaranmış mübahisədən sonra törətdiyini bildirib. A.Abdullayeva ötən gün səhər saatlarında E.Abdullayev yatan zaman balta ilə boynundan vuraraq onu öldürdüyünü bildirib. O, əvvəlcə törətdiyi əməli gizli saxlamağa çalışsa da, yaxınları sonradan məsələdən xəbərdar olub. Qeyd edək ki, onların 2 övladı…

Read More
Kriminal 

Saatlıda qardaşını öldürən şəxslə bağlı RƏSMİ AÇIQLAMA

Dekabrın 28-i saat 15 radələrində Saatlı rayonu Qırağlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarət nəticəsində həmin gün saat 17 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Saatlı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Abdulrəhman Əliyevin sağ kürək nahiyəsindən bıçaqla xəsarət  yetirməsinə, həmçinin həmin vaxt onları ayırmağa cəhd edən sonuncunun arvadı Arzu Əliyevanın sağ bilək nahiyəsinə  xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin…

Read More
Kriminal 

“Yeni doğulan uşağımıza yemək almırdı, qadınlarla danışırdı” – Ərini öldürən Sevda

Bakıda həyat yoldaşını bıçaqlayaraq öldürməkdə ittiham olunan qadın hakim qarşısına çıxarılıb. Qətli törədən qadın son zamanlar əri tərəfindən tez-tez döyüldüyünü bildirib. ARANTV.AZ Musavat.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Sevda Babayevanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sonuncu prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror törətdiyi əmələ görə Sevda Babayevanın 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib. Qətl hadisəsi Qaradağ rayonunda baş verib. S.Babayeva Əskərzadə Elvin Pənah oğlunu yaşadıqları evdə bıçaqlayaraq öldürüb.…

Read More
Kriminal 

Baş Prokurorluqdan Balakəndə baş vermiş yanğın hadisəsi ilə bağlı AÇIQLAMA

2021-ci il dekabrın 16-da bəzi media resurslarında “Prokurorluğun FHN-nə göndərdiyi sənəd saxta çıxdı” başlıqlı həqiqətə uyğun olmayan məqalə dərc edilməklə 2020-ci ilin iyul ayında Balakən rayonu, Meşəşambul kənd sakini Həcər Dibirovaya məxsus obyektdə baş verən yanğın hadisəsi ilə bağlı Balakən rayon prokurorluğunda aparılan istintaq zamanı “Azərişıq” ASC tərəfindən təqdim edilən sənədlər əsasında qərar qəbul edildiyi, lakin həmin sənədlərdəki imzaların saxta olduğu qeyd edilib. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Baş Prokurorluq tərəfindən həmin məlumat qəti surətdə təkzib olunmaqla bildirilir ki, Həcər Dibirovaya məxsus ticarət obyektində yanğının…

Read More
Kriminal 

Bakıda iki qardaş dörd evdən oğurluq etdi – ANBAAN VİDEO + FOTO

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində rayon ərazisində dörd mənzildən qızıl-zinət əşyaları və pul oğurlayan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Əməliyyat nəticəsində Göygöl rayon sakinləri Şahin Dursunov və qardaşı Sərvin Dursunov saxlanılaraq istintaqa təqdim ediliblər. Onlar zərərçəkənlərə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurublar. Hər iki şəxsin oğurluğa getməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib. Saxlanılan şəxslər ifadələrində oğurluq etdiklərini etiraf ediblər. Qeyd edək ki, Şahin Dursunov saxlanılan zaman ondan əlavə olaraq narkotik maddə olan heroin də aşkar…

Read More
Kriminal 

Gömrükçülər avtomobildən dərman vasitələri müsadirə etdi

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında külli miqdarda dərman preparatlarının Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb. Bu barədə DGK məlumat yayıb. Belə ki, idarənin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn “Scania” markalı yük avtomobili saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı yük nəqliyyat vasitəsində müxtəlif adda 347 qutu və 211 flakon dərman vasitələri aşkarlanıb.…

Read More
Kriminal 

Pərviz Abbasova hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika” Publik Hüquqi Şəxsin həbsdə olan sabiq direktoru Pərviz Abbasov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Vüsalə Əliyeva son sözünü deyib. V.Əliyeva bildirib ki, iki övlad anasıdır və hazırda hamilədir. “Həyat yoldaşım təqaüdçüdür. Bu işlə bağlı Əvəz Hüseynov və Qalib Nəcəfov hər xəstəyə görə mənə faiz veriləcəyini dedi. Mən də imkanım olmadığı üçün buna razı oldum. Özümü qismən təqsirli bilirəm. Etdiyim əmələ görə məhkəmədən bir daha üzr…

Read More
Kriminal 

Heroin satan şəxs Xızıda saxlanıldı – FOTO

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Akif Heybətov saxlanılıb. Həmin şəxsin  üzərinə və yaşadığı evə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.  

Read More