Kriminal 

Azərbaycanda DƏHŞƏT: Müəllim qohumunu öldürüb, sonra yandırdı

Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun 2021-ci il aprelin 14-də Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 1968-ci il təvəllüdlü Hüseynova  Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə  həmin hadisədə iştirakının olub-olmaması istiqamətində  intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat yayıb. Prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri…

Read More
Kriminal 

Balakən və Zaqatala sakinlərindən odlu silahlar götürülüb – FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində əməliyyat keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Püştətala kənd sakini Nikolay Ovçinnikovdan qanunsuz olaraq saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə Dardoqqaz kənd sakini Sərvər Ramazanovdan “İJ” markalı müvafiq sənədləri olmayan tüfəng götürülüb. Polisə müraciət edən şəhər sakini Elçin Davudov isə AK-74 markalı “Kalaşnikov” avtomatını könüllü olaraq  təhvil verib. Faktlarla bağlı araşdırma aparılır.…

Read More
Kriminal 

Bakıda davada bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. 1986-ci il təvəllüdlü Məmmədov Niyaməddin Köçəri oğlu dava zamanı bıçaqlanıb. O, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Narkotiki şüşə qablara yığıb, it damında gizlətdi – FOTO

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Meşəşambul kənd sakini, əvvəllər də məhkum olunmuş Nurani Kahayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə şübhəli şəxs qismində saxlanılan N.Kahayevin üzərindən qurudulmuş marixuana aşkarlanıb. Yaşadığı ünvana baxış keçirilən zaman isə saxlanılan şəxsin narkotik vasitəni şüşə qablara yığıb, evin həyətindəki it damında gizlətdiyi müəyyən edilib. O, ifadəsində kənar şəxslərin əlinə keçməməsi üçün narkotiki orada gizlətdiyini və vaxtaşırı istifadə…

Read More
Kriminal 

Silahla hədə-qorxu gələn şəxs saxlanıldı – FOTO

Göyçay rayonu Kürdəmiş kəndindəki soyuducu anbara qanunsuz daxil olan naməlum şəxs üzərində olan ov tüfəngindən havaya atəş açıb və obyektin mühafizəçilərinə hədə-qorxu gəlib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ARANTV.AZ-a verilən məlumata görə, hadisə ilə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilninən şəxsin rayonun Bığır kənd sakini Elvin Rəşidov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı E.Rəşidovdan narkotik vasitə olan tiryək və soyuq silah hesab edilən bıçaq da aşkarlanıb. Davam etdirilən tədbirlərlə E.Rəşidovun yaşadığı…

Read More
Kriminal 

Bakı sakini ödəmə terminalından oğurluq etdi – ANBAAN VİDEO

Dekabrın 9-da Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan “E-Manat” ödəmə terminalı sındırılaraq içərisində 1 011, obyektin kassasından isə 306 manat pul naməlum şəxs tərəfindən oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə barədə ərazi üzrə Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Qısa zamanda həyata keçirilən əməliyyat nəticəsində ödəmə terminalını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Röyal Məmmədyarov saxlanılıb və o, ifadəsində törətdiyi hadisəni etiraf edib. Onun marketə daxil olaraq oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də anbaan görüntülənib.…

Read More
Kriminal 

XİN-in sabiq vəzifəli şəxslərinə 7 il cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror Fərhad Mollazadə və Səlim Əlizadənin hər birinin 7 il azadlıqdan məhrum edilməsini istəyib. Qeyd olunub ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş ev dustaqlığı ləğv edilməli və məhkəmə zalında həbs olunmalıdırlar. Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar. Onlar barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə),…

Read More
Kriminal 

Bakıda arvadını qətlə yetirib, qonşusunu bıçaqlayan şəxsin istintaqı başa çatıb

Bakıda arvadını qətlə yetirib, qonşusunu bıçaqlamaqda təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib. Qeyd edək ki, bu il avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranmış mübahisədən sonra küsüb sığındığı qonşusu…

Read More
Kriminal 

Gizli çəkilişə görə aradan götürdülər, ölüm səbəbini gizlətdilər – Xalq artisti ilə bağlı ŞOK FAKTLAR

Bu gün Xalq artisti, böyük sənətkar Rəşid Behbudovun doğum günüdür. ARTANTV.AZ Kulis.az-a istinadən bu münasibətlə müğənni haqqında 10 maraqlı faktı təqdim edir. 1. Rəşid Behbudov SSRİ-də mikrofonsuz oxuması ilə məşhur idi. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verirdi. 2. 1943-cü ilin sonunda Bakıda çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alır. Film tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. *** 3. Günlərin birində Qarabağa konsert verməyə gedir. Onun papaq və təsbehini oğurlayırlar. Rəşid Behbudov təsbehi oğurlayana bağışladığını bəyan edir, ancaq papağı geri istəyir.…

Read More
Kriminal 

20 yaşlı dayısı oğlunu ürəyindən bıçaqladı

Ağstafada qətl hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğluna yaşadığı evin önündə 1999-cu il təvəllüdlü Əsgərov Əli Mübariz oğlu ürək nahiyəsindən bıçaq zərbəsi endirib. O, hadisə yerində dünyasını dəyişib. Mübahisə edənləri aralamaq istəyən kənd sakini, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kələntər oğlu da bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxs tutulib. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, Çingiz Vəlizadə ilə Əli…

Read More