Kriminal 

Bakıda kişi 24 yaşlı arvadını öldürdü

Noyabrın 10-u saat 17:00 radələrində Pirallahı rayonu, Pirallahı qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Pirallahı Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla zərərçəkmişin əri 1992-ci il təvəllüdlü Əsgər Musayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ayşən Rəhimovanın boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Pirallahı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əsgər Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Read More
Kriminal 

Mingəçevirdə xəstə anasını boğaraq öldürən qadınla bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində Mingəçevirdə anasını boğaraq öldürməkdə təqsirləndirilən Sədaqət Əsgərovanın barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, S.Əsgərovanın apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, hadisə 2020-ci il oktyabrın 9-da Mingəçevir şəhərində qeydə alınıb. Belə ki, 1956-cı il təvəllüdlü S.Əsgərova anası, 1936-cı il təvəllüdlü Bənövşə Ələkbərovanı qətlə yetirib. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qızı S.Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb. S.Əsgərova…

Read More
Kriminal 

Qayınanasını öldürüb, həyat yoldaşını ağır yaralayan şəxsdən xəbər var

Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən İntizam Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. “Report”un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, hadisə Şəmkir rayonunun Şiştəpə kəndində qeydə alınıb. Belə ki, Şəmkir rayon sakini 1976-cı il təvəllüdlü İ.Hüseynov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı və qayınanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb. Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda vəfat edib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Qonşusunu valideynlərinin gözləri qarşısında öldürən şəxsdən XƏBƏR VAR

22 iyul 2021-ci il tarixində Neftçala rayonu, Bankə qəsəbə sakini,1989-cu il təvəllüdlü Mirağa Musayevin qəsdən öldürülməsi faktı ilə bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. Neftçala Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qonşusu Famil Baloğlanov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mirağa Musayevə bıçaqla xəsarətlər yetirərək sonuncunu valideynlərinin gözləri qarşısında qəsdən öldürüb. Famil Baloğlanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli qətl: Bibisini çəkiclə öldürüb, damarını kəsdi – VİDEO

Azərbaycanda kişi bibisini xüsusi amansızlıqla öldürüb. İTV-nin məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Orxan Allahverdiyevin cinayət işi üzrə proses başa çatıb. Belə ki, adıçəkilən şəxs bibisini çəkiclə vurub, bıçaqla damarını kəsərək qətlə yetirib. Qeyd edək ki, 62 yaşlı Afət Allahverdiyeva Sabunçu rayonunda yerləşən öz evində öldürülüb. Hadisəni mərhumla bir evdə yaşayan qardaşı oğlu törədib. 30 yaşlı Orxan Allahverdiyev bibisini onun anası barədə işlətdiyi sözə görə öldürdüyünü bildirib.

Read More
Kriminal 

Salyanda arvadını öldürən kişini psixiatrik xəstəxanaya saldılar

İyunun 27-də Nuranə İsbəndarovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin əri Ənvər İsbəndarov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Nuranə İsbəndərovanı qəsdən öldürüb. Ənvər İsbəndarov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, daha sonra anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin psixiatrik stasionara yerləşdirilməsi təhlükəsizlik tədbiri tətbiq edilib. Oktyabrın 20-də cinayəti törədən zaman və…

Read More
Kriminal 

“Yaşma Quşçuluq” MMC-də mühafizəçilər bıçaqlandı, ölən var

Xızıda şirkət mühafizəçiləri arasında bıçaqlaşma olub. Xızı rayon prokurorluğundan verilən məlumata görə, noyabrın 3-ü saat 09 radələrində Xızı rayonu ərazisində yerləşən “Yaşma Quşçuluq” MMC-nin ətraf mühafizəsində işləyən 1999-cu il təvəllüdlü Sərxan Mirzəbabayevin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı, onunla eyni vəzifədə işləyən 1998-ci il təvəllüdlü Şəhriyar Salahlı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərxan Mirzəbabayevin döş qəfəsinin ön səthinin sol yarısına bıçaqla bir neçə xəsarət yetirərək onu qəsdən öldürüb. Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin…

Read More
Kriminal 

Boşandığı arvadını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Keçmiş arvadını qətlə yetirməkdə təqsirləndirilən Qafar Amanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.   ARANTV.AZ xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.   Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.   Qeyd edək ki, Gəncə şəhəri, Kəpəz rayonu Məmməd Xələfov küçəsində qətl hadisəsi baş verib.   Şəhər sakini 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızı 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu tərəfindən qətlə yetirilib.   Qadın yaşadığı evin qarşısında bıçaqla öldürülüb.   İlkin məlumata görə, Günay Amanova Qafar…

Read More
Kriminal 

Bərdə rayon sakini Bakıda bıçaqlandı

Nizami rayonunda gənc oğlana 5 bıçaq zərbəsi vurulub. ARANTV.AZ xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsi 41 ünvanında baş verib. 1994-cü il təvəllüdlü Qarazadə Nahid Tahir oğlu dostu ilə əlbəyaxa dava zamanı kürək və üz nahiyəsindən 5 bıçaq xəsarəti alıb. Yaralı ağır halda xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

Read More
Kriminal 

İmişlidə dəhşətli hadisə: 2 nəfəri qanına qəltan etdi, daha sonra öz boğazını…

İmişli rayonunda 2 nəfəri bıçaqlayan şəxs intihara cəhd edib. ARANTV.AZ xəbər verir ki, İmişli şəhəri Ə.Şıxlınski küçəsi 14 ünvanında 1995-ci il təvəllüdlü Əhmədov Qamət İlqar oğlu bıçaqla tanışı, 1962-ci il təvəllüdlü Abdullayeva Səliqə Əziz qızını və 1998-ci ildə anadan olmuş Abdulzadə Sadiq Əziz oğluna müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. O, daha sonra İmişli rayonu Qaralar kəndində yaşadığı evə gələrək bıçaqla öz boğazını kəsib. Ağır xəsarətlər alan 26 yaşlı Qamət və onun bıçaqladığı şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Read More