Kriminal 

İmişlidə dəhşətli hadisə: 2 nəfəri qanına qəltan etdi, daha sonra öz boğazını…

İmişli rayonunda 2 nəfəri bıçaqlayan şəxs intihara cəhd edib. ARANTV.AZ xəbər verir ki, İmişli şəhəri Ə.Şıxlınski küçəsi 14 ünvanında 1995-ci il təvəllüdlü Əhmədov Qamət İlqar oğlu bıçaqla tanışı, 1962-ci il təvəllüdlü Abdullayeva Səliqə Əziz qızını və 1998-ci ildə anadan olmuş Abdulzadə Sadiq Əziz oğluna müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib. O, daha sonra İmişli rayonu Qaralar kəndində yaşadığı evə gələrək bıçaqla öz boğazını kəsib. Ağır xəsarətlər alan 26 yaşlı Qamət və onun bıçaqladığı şəxslər xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Read More
Kriminal 

Bakıda polisə məktəbə bomba qoyulması barədə yalan məlumat verilib

Oktyabrın 29-da DİN-in “102 – Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, lakin fakt təsdiqini tapmayıb. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunan 36 yaşlı P.Məmmədov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.

Read More
Kriminal 

Lənkəranda vətəndaşdan pul tələb edən saxta polis saxlanılıb

Masallı rayon sakini olan bir nəfər şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib. Daxili İşlər Nazirliyindən ARANTV.AZ-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib. Həmin şəxsin bu kimi əməllərindən zərər çəkən…

Read More
Kriminal 

Bakıda 28 yaşlı oğlan qonşusunu öldürdü – RƏSMİ

Oktyabrın 29-u saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1978-ci il təvəllüdlü Zakir Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   Suraxanı Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişin qonşusu, 1993-cü il təvəllüdlü Anar Salmanovun yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarına yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Zakir Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.   Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.   Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.  …

Read More
Kriminal 

Bacısını öldürüb sevgilisini bıçaqlayan şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə bacısını öldürməkdə və onun sevgilisini bıçaqlamaqda təqsirləndirilən Əsgərov Elmidar Rəhim oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. ARANTV.AZ-ın məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, bu il fevralın 14-də saat 01:00 radələrində Bərdə rayonu ərazisində Aynur Əsgərovaya məxsus üzərində xəsarət izləri olan meyitin aşkar edilməsi və Rəsul Orucova bıçaq zərbələri vurularaq xəsarətlər yetirilməsi barədə Bərdə Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla 1991-ci il təvəllüdlü Elmidar Əsgərovun…

Read More
Kriminal 

Bakıda DƏHŞƏT: Dostları ilə birləşib sevgilisini yataqda öldürdü – FOTO/VİDEO

Bakıda kişi tanışları ilə birləşib sevgilisini yataqda öldürüb. Lent.az-ın istintaq materiallarına əsasən, əldə etdiyi məlumata görə, dəhşətli qətl qadının evindən oğurluq etmək məqsədilə törədilib. Məlumata görə, hadisə paytaxtın Yeni Yasamal-1 yaşayış massivində qeydə alınıb. Həmin mənzildə yataq otağındakı çarpayının üzərində 1970-ci il təvəllüdlü Maya Kərimovanın meyiti aşkar edilib. Mətbəx otağındakı divanda, açıq vəziyyətdə, üstündə açar olan kiçik çamadan tapılıb. Maddi sübut kimi yataq otağından qana bulaşmış paltarlar, qan nümunələri və hamamda olan kül qabının üzərindən əl-barmaq izləri götürülüb. Əməliyyat çəkilişi Keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində sentyabrın 29-da şübhəli şəxs…

Read More
Kriminal 

Bakıda arvadını azyaşlı övladının gözü qarşısında öldürən şəxsdən XƏBƏR VAR

30 iyul 2021-ci il tarixdə 1975-ci il təvəllüdlü Nailə Əliyevanın evə gedərkən küçədə öldürülməsi faktı ilə Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin əri, 1980-ci il təvəllüdlü Elçin Ələkbərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürüb. Elçin Ələkbərov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə…

Read More
Kriminal 

Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələndi

Bakının Sabunçu rayonunda 59 yaşlı kişi bıçaq xəsarətləri alıb. ARANTV.AZ  xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Əhmədov Asəf İslam oğlu qonşuluğunda yaşayan, hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı o döyülüb, daha sonra A.Əhmədova bıçaq xəsarəti yetirilib. Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Read More
Kriminal 

Dünyanın ən məşhur narkobaronu belə saxlanıldı – VİDEO

Kolumbiya polisi hərbçilərlə birgə keçirdiyi əməliyyat zamanı dünyanın ən məşhur narkobaronunu saxlayıb. ARANTV.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, “Körfəz Kralı” cinayətkar dəstəsinin başçısı “Otoniel” ləqəbli Dairo Usuqunun saxlanılması barədə “El Tiempo” nəşri məlumat yayıb. Qeyd edək ki, Kolumbiya tarixində Pablo Eskobardan sonra ən çox axtarılan narkobaron “Otoniel” ləqəbli Dairo Antonio Usuq olub. Onun yeri barədə məlumat verənlərə 800.000 dollar mükafat təyin olunmuşdu.

Read More
Kriminal 

Goranboyda oğurluq edən şəxslər saxlanılıblar – FOTO/VİDEO

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluqlar törədən Naftalan şəhər sakinləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, Naftalan şəhər sakini əvvəllər məhkum olunmuş, Namiq Cavadov və həmyerlisi Sərxan Azər oğlu oktyabr ayının müxtəlif vaxtlarında, qabaqcadan əlbir olaraq, rayonun Qızılhacılı qəsəbəsində 2 mağazaya qeyri-qanuni yolla daxil olaraq hər bir mağazadan ümumi dəyəri 3 484 və 3 238 manat olan tütün məmulatları və danışıq kartları oğurlayıblar. Bundan başqa, saxlanılan şəxslərin ətrafında keçirilən…

Read More