Şəmkirdə qohumlar arasında bıçaqlaşma olub – YENİLƏNİB
Şəmkirdə bıçaqlanmanın bəzi təfərrütları məlum olub. ARANTV.AZ-ın məlumatna görə, 1985-ci il təvəllüdlü Hüseynov Nemət 2 bıçaq xəsarəti, 1982-ci il təvəllüdlü Rəhimov Ədalət isə 1 bıçaq xəsarəti alıb. Məlumata görə, onların arasında mübahisə düşüb, bu zaman bir-birlərinə bıçaq xəsarəti yetiriblər. Ədalətin Nemətin yeznəsi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. 22:04 Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. ARANTV.AZ xəbər verir ki, hadisə parkda qeydə alınıb. İlkin məlumata görə, bir nəfər bıçaqlanıb. Hadisənin təfərrüatları hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More