Kriminal 

Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlandı

Abşeronda bıçaqlanma hadisəsi baş verib. Hadisə Xırdalan şəhərində qeydə alınıb. ARANTV.AZ  xəbər verir ki, 1988-ci il təvəllüdlü Əliyev Fuad Nazim oğlu mübahisə zəminində qonşusu tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun sol döş qəfəsində kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Read More
Kriminal 

Hamilə arvadını 18 bıçaq zərbəsi ilə öldürdü, həbs cəzası verilmədi – MƏHKƏMƏ + VİDEO

2020-ci il aprelin 29-da daxil olan məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Qobu qəsəbəsi, “Xoş gəldin” yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Leyla Bəkirovanın meyitini aşkar ediblər. Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində qadının həyat yoldaşı Anar Bəkirov dindirilib. O bildirib ki, doğulduğu Ağsu rayonundan Bakı şəhərinə köçüb və əvvəl şadlıq evində xidmətçi işləyib, daha sonra şəxsi iş qurub. 2014-cü ildə sosial şəbəkədə Leyla adlı qızla tanış olub. Telefonda səsini eşidəndə qızın əmisi…

Read More
Kriminal 

Füzulidə sürücü avtomobillə vurduğu piyadanın boğazını kəsdi

Oktyabrın 12-i saat 18 radələrində Füzuli rayonu ərazisində1994-cü il təvəllüdlü Ceyhun Quliyevə bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.   Bununla bağlı Füzuli Rayon Prokurorluğu məlumat yayıb.   Aparılmış araşdırmalarla rayon sakini, 1988-ci il təvəllüdlü Müşfiq Əsədovun aralarında yaranmış mübahisə zamanı Ceyhun Quliyevin üzərinə avtomobillə hərəkət edərək sonuncunu vurması, daha sonra bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.   Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.   Müşfiq Əsədov şübhəli şəxs…

Read More
Kriminal 

Şirkətdə fəhlə iş yoldaşını bıçaqlayaraq öldürüb

Oktyabrın 7-si saat 22:00 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri “Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib, nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Elnur Salmanov şübhəli…

Read More
Kriminal 

Qəbələdə 18 yaşlı gənc tanışını bıçaqlayıb

Oktyabrın 9-u saat 21:00 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitinin Tikanlı kəndinə yaxın ərazidə aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qəbələ Rayon Prokurorluğundan verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə ilə əlaqədar törədilməsi müəyyən edilib. Kənan Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb…

Read More
Kriminal 

14 milyon manat rüşvət alan keçmiş MTN generalının məhkəməsi başlayır – FOTO

Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayacaq. APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Bu gün təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına veriləcəyi gözlənilir. Qeyd edək ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd…

Read More
Kriminal 

Bakıda mənzildə qadın meyiti aşkar edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Məmmədova Gülbaxça Əmrəli qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Read More
Kriminal 

“Yaxşı oğlanın anası…” – Şəmkirdə bu cümləyə görə qətl

Bu ilin yanvarında Şəmkirdə həmyaşıdını bıçaqlayaraq öldürən 17 yaşlı yeniyetmənin cinayət işi ilə bağlı detallar bəlli olub. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, iş üzrə aparılan məhkəmə araşdırmasında məlum olub ki, R. Hüseynov tanışı Əhliman Tağıyevi anasının ünvanına dediyi ifadələrə görə öldürüb. Belə ki, R.-nin anası ikinci dəfə ailə qurubmuş. Ə.Tağıyev R.Hüseynovla ortaq dostlarına “R.-lə dostluq etmək məsləhət deyil”, “yaxşı oğlanın anası ikinci dəfə ailə qurmaz”, “R.-ə salam verən mənə salam verməsin” kimi sözlər deyib. Bunu öyrənən R.Hüseynov Əhliman Tağıyevi bıçaqlayaraq öldürüb. Məhkəmədə dindirilən R.Hüseynov özünü qismən təqsirli bildiyini deyib:…

Read More
Kriminal 

Azərbaycanda yüksək vəzifəli şəxs iş otağında QƏTLƏ YETİRİLDİ – YENİLƏNİB

Goranboy rayon prokurorluğu Kənd Təsərrüfatı Nazirliyinin Goranboy rayonundakı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, 1958-ci il təvəllüdlü Ziyad Əhmədovun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan verilən xəbərə görə, oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı…

Read More
Kriminal 

Astarada qadınlar arasında dava: Biri öldürüldü – YENİLƏNİB

Oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Astara Rayon Prokurorluğundan verilən məlumata görə, zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 13:24 Astara…

Read More