Kriminal 

Söyüşə görə qonşusunu boğazından bıçaqlayan yeniyetmənin istintaqı başa çatdı

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən 2005-ci il təvəllüdlü Bəhruz Mehrəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Belə ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib. Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu 1-ci mədən 9-cu korpus ərazisində baş verib. 1990-cı il təvəllüdlü Elnar Qədimov 16 yaşlı yeniyetmə ilə əlbəyaxa dava edib. Bu zaman yeniyetmə bıçaqla E.Qədimovu boğazından vurub. Sonuncu hadisə yerində ölüb. Məlumata görə, mübahisəyə səbəb E.Qədimovun yeniyetmənin ünvanına nalayiq ifadə işlətməsi olub. Bəhruz Mehrəliyev…

Read More
Kriminal 

Qadını naqillə boğub öldürən şəxsin məhkəməsi başlayır

Bakıda tanışı olan qadını qətlə yetirməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Belə ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib. Qeyd edək ki bu il, mayın 31-də saat 13:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 31 yaşlı Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə…

Read More
Kriminal 

Bakıda ər arvadını bıçaqlayıb

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon Prokurorluğundan “İki sahil”ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Xalid Hüseynovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb. Xalid Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş…

Read More
Kriminal 

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü – YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdlü Sabir Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 1981-ci il təvəllüdlü Yaşar Yusifovun sol döş qəfəsi nahiyəsinə xəsarət yetirərək qəsdən öldürməsinə, sonuncunun qardaşı Müşvik Zeynalovun isə sol kürək nahiyəsinə xəsarət yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki…

Read More
Kriminal 

Yardımlıda 22 yaşlı oğlan qətlə yetirildi

Sentyabrın 12-si saat 13:00 radələrində Yardımlı rayon, Arvana kənd sakini 1999-cu il təvəllüdlü Nəsrəddin Sətizadənin odlu silahdan açılan atəşlə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Yardımlı Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1988-ci il təvəllüdlü Asif Ağayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Nəsrəddin Sətizadənin sinə nahiyəsinə ov tüfəngindən atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Asif Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi…

Read More
Kriminal 

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü

Ağstafa rayonunda qətl hadisəsi olub. ARANTV.AZ-ın məlumatına görə, rayonun Köçəsgər kəndində yerləşən kafelərin birində düşən mübahisə zəminində Zeynalov Yaşar Əmirxan oğlu və qardaşı, 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq xəsarətləri alan Y.Zeynalov hadisə yerindəcə dünyasını dəyişib. M.Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb. Hadisəni törətməkdə 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğlu şübhəli bilinir. Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Read More
Kriminal 

Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə… – FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. ARANTV.AZ xəbər verir ki, Musavat.com İdris Məhərrəmovun törətdiyi dəhşətli cinayət əməlinin şok təfərrüatlarını əldə edib. İstintaqla müəyyən edilib ki, İdris Məhərrəmov gəlini Banı Məhərrəmovanı başqa şəxslərlə münasibəti olmasına görə öldürüb. Belə ki, İdris Məhərrəmovun oğlu ölkə xaricində olub. O, gəlininə sərbəst həyat tərzi sürməsinə görə bir neçə dəfə xəbərdarlıq edib və aralarında mübahisələr olub. Sonuncu…

Read More
Kriminal 

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü

Göyçay rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. ARANTV.AZ-ın məlumatına görə, Göyçay şəhəri sakini, 2005-ci il təvəllüdlü İsmayıl Babazadə və 1968-ci il təvəllüdlü Əli Əliyev sonuncunun evində məclis təşkil ediblər. Daha sonra onlar arasında mübahisə yaranıb. Nəticədə İ.Babazadə Ə.Əliyevi bıçaqlayıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda 9 il əvvəl ərini öldürüb kolluğa atan qadının məhkəməsi başlayır

Neftçala rayonunda doqquz il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, 2013-cü ilin fevralın 9-da Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbiristanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb. İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 27 dekabr 2012-ci il tarixdə birgə yaşadıqları evdə olarkən saat 21:00 radələrində əri Mayis…

Read More
Kriminal 

Bakı sakinini yeznəsi bıçaqladı

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində yaşanıb. Kommunal küçəsi, ev 1 ünvanında 1980-ci il təvəllüdlü Məmmədov Əli Cəmşid oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı qarnından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Read More