Kriminal 

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək sonuncunu qəsdən öldürüb. Rəvan Ramazanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Quba Rayon Məhkəməsinə göndərilib.

Read More
Kriminal 

Daşkəsəndə kişi qonşusunu güllələdi

Daşkəsəndə həmkəndilisini ov tüfəngi ilə yaralayan şəxs saxlanılıb. ARANTV.AZ xəbər verir ki, DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, rayonun Ziblan kənd sakini Zahid İsmayılovun sol ayağının odlu silahla açılan atəş nəticəsində yaralanması barəsində məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Zöhrab İmanov saxlanılıb. Saxlanılan zaman məlum olub ki, Z.İmanov müvafiq sənədləri olmayan 16 kalibrili ov tüfəngi ilə şəxsi münasibətlər zəmnində Z.İsmayılova bir əl atəş açaraq sol ayağına xəsarət yetirib. Hazırda Z.İmanov saxlanılıb. Onun barəsində qanuna uyğun müvafiq araşdırmalar…

Read More
Kriminal 

Bakıda “bomj”lar arasında qanlı dava – ÖLƏN VAR

Səbail Rayon Polis İdarəsinə avqustun 31-də rayon ərazisində Bakı şəhər sakini, tüfeyli həyat tərzi keçirən Eldar Qurbanovun baş nahiyəsində əzik xəsarəti olan meyitinin tapılması barədə məlumat daxil olub. ARANTV.AZ Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalar zamanı avqustun 30-da saat 1 radələrində E.Əzizov küçəsində yaşayan M.Həmidov və R.Alyoşkinin E.Qurbanovla münaqişə etməsi və R.Alyoşkinin E.Qurbanovu yumruqla vurduqdan sonra başı divara dəyməsi nəticəsində ölməsi müəyyən edilib. Əməliyyat axtarış tədbirləri nəticəsində M.Həmidov və R.Alyoşkin saxlanılaraq istintaqa təhvil verilib.…

Read More
Kriminal 

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub – YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından Oxu.Az-a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. Bu zaman 1980-ci il təvəllüdlü Məhəbbət Əhmədova ondan binanın qarşısında yun çırpmamasını istəyib. Nəticədə tərəflər arasında münaqişə yaranıb, bir-birinin ünvanına nalayiq ifadələr işlədiblər. Bu zaman M.Əhmədova kəsici-deşici alətlə S.Məmmədovanın ürək nahiyəsinə zərbə endirib. O, hadisəni törətdikdən sonra Qazax rayonuna qaçsa da, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. M.Əhmədovanın psixoloji problemləri…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli qətl: Qadın qeyri-rəsmi nikahda yaşadığı şəxsi öldürüb cəsədini yandırdı – YENİLƏNİB

06.05.2021-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Neftçala rayon prokurorluğundan verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürmüş, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb. Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb…

Read More
Kriminal 

Bakı sakini küçədə bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb. 2005-ci il təvvəllüdlü Hüseynov Seymur Hüseyn oğlu küçədə gəzərkən ona naməlum şəxs hücum edib. Qarnının ön divarından ağır bıçaq xəsarəti alan S.Hüseynov 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Qadını qonşusu qətlə yetirdi

Gəncədə qətl hadisəsi törədilib. ARANTV.AZ xəbər verir ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Məmmədova Sücayət Əli qızı bıçaqla qətlə yetirilib. Onun qonşusu olan, 1980-ci il təvəllüldü Əhmədova Məhəbbət Qədir qızı tərəfindən qətlə yetirilməsi şübhəli bilinir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More
Kriminal 

Masallıda 36 yaşlı kişi həyat yoldaşını öldürmək istədi

Avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. ARANTV.AZ xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri…

Read More
Kriminal 

Bərdədəki dəhşətli qətlin TƏFƏRRÜATI

Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bərdə rayon prokurorluğundan verilən məlumata görə, həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər. Faktla bağlı Bərdə…

Read More
Kriminal 

Bakıda tanınmış klubda mühafizəçi müştərini döyərək öldürüb

Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə alınıb. Belə ki, “Berlin pub” klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunu döyərək qətlə yetirib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanılıb. O.Şahbazov saxlanılıb.

Read More