Kriminal 

Azərbaycanlı gənc iş adamını öldürdü – Rusiyada DƏHŞƏTLİ qətl

Rusiyada 30 yaşlı Cəmil Abdullayev qətldə şübhəli bilinərək saxlanılıb.   ARANTV.AZ  lent.az-a istinadən xəbər verir ki, o, Rusiyanın Voronej şəhərində törədilən qətldə ittiham olunur. Məlumata görə, C.Abdullayev Voronejdə bir iş adamını döyərək öldürüb. Daha sonra onun meyitini palaza bükərək maşınına qoyub. Cəmil dərhal Voroneji tərk edib. Ancaq o, Moskvaya gedərkən yolda saxlanılıb. Bildirilir ki, Abdullayev həmin iş adamını öldürdükdən sonra qarət edibmiş. O, mərhumun üzərindən 5 milyon rublu ( təxmini 117 min manat ) götürərək aradan çıxıb.

Read More
Kriminal 

DTX-nın həbs etdiyi sabiq icra başçısı və müavininə hökm oxundu

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılan Ağstafanın sabiq icra başçısı və müavininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 9 il, onun müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, qeyd olunub ki, məhkəmə cinayət yolu ilə əldə edilmiş vəsaitlərə görə, istintaqla üzərinə həbs qoyulmuş əmlakların dövlətin xeyrinə xüsusi müsadirə olunması barədə qərar qəbul edib. Qeyd edək…

Read More
Kriminal 

Bakı sakini qaynı tərəfindən bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb. Özəl klinikaların birinin qarşısında 1984-cü il təvəllüdlü Hüseynov Elşən Məmmədağa qaynı ilə əlbəyaxa dava zamanı başından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Read More
Kriminal 

Bakıda arvadını öldürən hakimin işi məhkəməyə göndərilib

30 may 2021-ci il tarixdə paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, İstintaqla Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlunun 30 may 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhiş bağları” adlanan yaşayış massivində birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq arvadı Pərvanə…

Read More
Kriminal 

“Borcum var, səni satacağam” deyən ərini öldürdü və…

Ötən il Ankarada ərini oğlu ilə birləşib öldürən qadın məhkəmədən bəraət istəyib. ARANTV.AZ  Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəməsi keçirilən üç uşaq anası olan Elif Katar ifadəsində ərini məcburiyyət qarşısında qaldığı üçün öldürdüyünü deyib. O məhkəmədə ifadəsində bildirib ki, əri evə sərxoş gəlib, uşaqları və onu döyüb, təhqir edib. Ərini “borcum var, səni satacağam” deyəndən sonra namusuna xələl gəlməsin deyə öldürüb. Hadisə baş verən gün qadın sərxoş halda evə gələn və uşaqlarını döyən həyat yoldaşı İsmayıl Katarla dalaşıb. Sonra isə oğlu ilə birləşib onu öldürüb. Məhkəmənin hökmü ilə Elif…

Read More
Kriminal 

Bakı sakini dava zamanı bıçaqlanıb

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Novruzov Novruz Rafiq oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Ona ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Read More
Kriminal 

Abşeronda qadın əri tərəfindən boğazından bıçaqlanaraq qətlə yetirilib

Abşeron rayonunda qətl hadisəsi törədilib. ARANTV.AZ xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. Belə ki, 1975-ci il təvəllüdlü Əliyeva Nailə Məcnun qızı evində mübahisə zamanı həyat yoldaşı tərəfindən boğazından bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

İmişlidə polis əməkdaşı bıçaqlanıb

İmişli rayonunda polis əməkdaşı bıçaqlanıb. ARANTV.AZ xəbər verir ki, hadisə İmişli və Biləsuvar rayonlarının sərhədində yetləşən məcburi köçkün düşərgəsində baş verib. Cəbrayıl rayonunun Mərcanlı kənd sakini, 1987-ci il təvəllüdlü Qurbanov Qurban Əbülfət oğlu qəsəbə sakini tərəfindən bıçaqlanıb. Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı olan polis serjantı Q.Qurbanov boğazından, qarın və bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alaraq, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Samuxda çoban ferma müdirini qətlə yetirib

Samuxda qətl hadisəsi olub. ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Qarabağlar kəndində, fermada qeydə alınıb. Fermada çoban işləyən 1976-ci il təvəllüdlü Samir Quliyev ferma sahibi Gəncə sakini, 1990-cı il təvəllüdlü Arzu Abdullayevə bıçaqla zərbə vurub. A. Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb. Qətli törədən şəxs hadisə yerindən qaçıb. Hazırda S. Quliyevin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Bakı sakini küçədə bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, 1991 təvəllüdlü Aslanov Asif Ağaəmioğlu küçədə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb.O,ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı Suraxanı polis idarəsində araşdırma aparılır.

Read More