Bölgə 

Qarabağda “Ağdamın dirçəlişi” adlı tədbir keçirilir

Ağdam şəhərindəki Konfrans Mərkəzində “Ağdamın dirçəlişi” adlı tədbir keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəhbər heyəti, ölkəmizin diplomatik nümayəndəliklərinin rəhbərləri, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları iştirak edirlər. “Report” xəbər verir ki, tədbir işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə bağlı videoçarxın nümayişi ilə başlayıb. Tədbirdən sonra iştirakçılar Ağdam şəhərində aparılan bərpa və quruculuq işləri ilə tanış olacaqlar.

Read More
Bölgə 

Ağalı – dünən və bu gün – VİDEO

Vaxtilə Vətənimizin cənnət guşələrindən biri olan Zəngilanı 30 illik işğaldan sonra tanımaq mümkün deyildi. Şanlı qələbəmizdən, torpaqlarımızın azad edilməsindən çox vaxt keçməsə də, Zəngilan sürətlə dəyişir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın öz sahiblərinə qovuşmasından cəmi 3 il, Zəngilanın Ağalı kənd sakinlərinin ilk köçündən isə 1 il keçir. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. Bu kənd tamamilə yenidən qurulub və burada insanların rahatlığı üçün zəruri olan hər şərait yaradılıb. Bu il iyulun 19-da ağalılılar öz qayıdışlarının birinci ilini qeyd…

Read More
Bölgə 

Lənkəranda meyvə ağaclarını şaxtadan qoruyan “pərvanə”lər quraşdırıldı – VİDEO

Qeyri-neft sektorunun inkişafı üçün görülən işlər çərçivəsində rayonlarda baramaçılığın sitrus və subtropik meyvə bağlarının salınmasına investisiyalar qoyulub. Bu tip bağlardan biri də Lənkəranın Separadi kəndində salınıb. Belə ki, bağda meyvə ağaclarını qış aylarında şaxtadan qoruyan xüsusi üsuldan, “pərvanələrdən” istifadə olunur. Daha ətraflı “ATV Xəbər”in süjetində:

Read More
Bölgə 

Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisinin müavini vəzifəsinə təyinat olub.

Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisinin müavini vəzifəsinə təyinat olub. “Report”un məlumatına görə, Gənclər və İdman naziri Fərid Qayıbovun müvafiq əmri ilə bu vəzifəyə Samux rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışmış Rəşad Qarayev təyin edilib. Xatırladaq ki, Gəncə-Daşkəsən Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsi isə İntiqam Hüseynova həvalə edilib.

Read More
Bölgə 

Naxçıvanda sel nəticəsində uçan körpü yenidən tikilir – FOTO

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir, Göynük, Nəcəfalı Dizə kəndlərini birləşdirən və sel nəticəsində uçan körpü yenidən qurulur. “Report”un yerli bürosu xəbər verir ki, seldən sonra körpü istifadəyə yararsız vəziyyətə düşüb. Layihəyə uyğun olaraq körpü tamamilə sökülüb, ərazidə hamarlama və bərkitmə işləri aparılıb. Yeni körpünün salınması üçün beton təməl işlərinə başlanılıb. Qeyd edək ki, mayın sonunda yağan güclü yağışlar nəticəsində Nəhəcir çayında daşqın olub. Nəticədə körpünün əsas dayaq hissələri aşıb və qəzalı vəziyyətə düşüb. Həmçinin ötən illərdə körpü və asfalt yol üzərində aparılan təmir-bərpa işləri ərazinin relyefinə uyğun aparılmadığından yolun…

Read More
Bölgə 

Güclü sel Ağdamla Tərtəri də su altında qoydu – FOTO/VİDEO

İntensiv davam edən güclü yağıntılar Xaçınçaya da sel gətirib. Bizim.media-nın yerli bürosu xəbər verir ki, çayın səviyyəsinin sürətlə artması müşahidə olunur. Gələn sel Ağdamın işğaldan azad edilmiş Qızıl Kəngərli kəndi ərazisində, o cümlədən çay yatağı boyunca ağacları su altında qoyub, bəzi infrastruktura ziyan vurub. Sel axını işğaldan azad edilmiş əraziləri keçərək Ağdam və Tərtər rayonlarına doğru irəliləyir. Mütəxəssislər sel sularının partlamamış döyüş sursatları və minalar gətirmə ehtimalının olmasını bildirir. Hələlik ciddi fəsadlar qeydə alınmayıb.  

Read More
Bölgə 

Mingəçevirdə həyətləri su basıb, ağaclar aşıb: Xəsarət alan var

Qeyri-sabit havanın Mingəçevirdə yaratdığı fəsadlar aradan qaldırılır. Bu barədə “Report”un Qarabağ bürosuna Mingəçevir Şəhər İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Qeyd olunub ki, güclü yağış və küləklə başlayan təbii fəlakət şəhər ərazisində selə səbəb olub. Daşqın zamanı fərdi təsərrüfatlara dolan su vətəndaşların əkinlərinə və evlərinə ziyan vurub. Şəhərin bir neçə küçəsində küləyin təsiri nəticəsində aşan ağaclar yollarda nəqliyyatın hərəkətində məhdudiyyətlər yaradıb. Ağacların aşması nəticəsində bir minik avtomobilinə ziyan dəyib, bir nəfər isə xəsarət alıb. Həmçinin bildirilib ki, aidiyyəti qurumlarla birgə təbii fəlakət nəticəsində baş verən fəsadlar aradan qaldırılır. Hazırda…

Read More
Bölgə 

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alındı – FOTO

Gəncədə qanunsuz tikinti işlərinin qarşısı alınıb. “Qafqazinfo” xəbər verir ki, aparılan monitorinqlərdə 38 nömrəli hərbi şəhərciyində müvafiq icazəverici sənədləri olmadan qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın,  FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Tikinti işləri tərəfindən şəhər ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Qurumların nümayəndələri tərəfindən edilən xəbərdarlıqlar nəticəsiz qaldığı üçün müvafiq qərar qəbul edilib və qanunsuz tikinti işləri…

Read More
Bölgə 

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınır – FOTO

Bu gün Laçın şəhərinə daha bir neçə ailənin köçürülməsinə başlanılır. “Report” xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür. Köç Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən Laçına yola salınacaq. Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak edirlər. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Köçürülən ailələr Laçın şəhərində…

Read More
Bölgə 

Sel bölgələrə ağır fəsadlar verməkdə davam edir… – VİDEO

Goranboyda leysan yağışdan sonra yaranan sel suları rayonun 6 kəndində fəsadlar törədib. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, güclü yağış Nizami, Dəyirmanlar,  Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində  əkin sahələrinə, yol infrastrukturuna, Azad-Nizami avtomobil yolunda olan körpüyə ziyan vurub. Azad kənd sakinləri bildirib ki, son 25 ildə ilk dəfədir ki,yaşayış məntəqəsində belə vəziyyət yaranıb. Sel suları bir neçə sakinin evinin zirzəmisinə dolub. Həmçinin biçilməmiş taxıl,otlaq,günəbaxan sahələri də zərər görüb. Yağışdan sonra yarana sel rayonun Todan kəndində fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurub, həmçinin Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə…

Read More