Bölgə 

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınır – FOTO

Bu gün Laçın şəhərinə daha bir neçə ailənin köçürülməsinə başlanılır. “Report” xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür. Köç Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən Laçına yola salınacaq. Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayоn İcra Hakimiyyətinin rəsmiləri iştirak edirlər. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı davam edir. Köçürülən ailələr Laçın şəhərində…

Read More
Bölgə 

Sel bölgələrə ağır fəsadlar verməkdə davam edir… – VİDEO

Goranboyda leysan yağışdan sonra yaranan sel suları rayonun 6 kəndində fəsadlar törədib. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, güclü yağış Nizami, Dəyirmanlar,  Azad, Borsunlu və Nadirkənd kəndləri ərazisində  əkin sahələrinə, yol infrastrukturuna, Azad-Nizami avtomobil yolunda olan körpüyə ziyan vurub. Azad kənd sakinləri bildirib ki, son 25 ildə ilk dəfədir ki,yaşayış məntəqəsində belə vəziyyət yaranıb. Sel suları bir neçə sakinin evinin zirzəmisinə dolub. Həmçinin biçilməmiş taxıl,otlaq,günəbaxan sahələri də zərər görüb. Yağışdan sonra yarana sel rayonun Todan kəndində fərdi yaşayış evinin yardımçı tikilisinə ziyan vurub, həmçinin Dəyirmanlar kənd tam orta məktəbinin həyətinə…

Read More
Bölgə Region Xəbərləri 

Bərdədə Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunmuşdur- FOTOlar ​

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və aparatın əməkdaşları 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər. Sonra rayon İcra Hakimiyyətinin başçısı aparatın əməkdaşlarını Peşə Bayramı Günü münasibətilə təbrik etmiş, bir qrup əməkdaşlara səmərəli fəaliyyətlərinə görə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim etmişdir.

Read More
Bölgə 

Mingəçevirdə zirzəmiyə düşən qadın xilas edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, N.Nərimanov küçəsində bir nəfər yaşlı qadının təmirdə olan birmərtəbəli obyektin zirzəmisinə düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri hadisə yerinə cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1951-ci il təvəllüdlü R.Osmanova dərinliyi iki metr olan zirzəmidə köməksiz vəziyyətə qalıb. Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə vətəndaşı zirzəmidən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Read More
Bölgə 

Ombudsmanın əməkdaşları Söyüdlü kəndində saxlanılan 5 nəfərə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində növbəti başçəkmə Milli Preventiv Qrupun üzvləri tərəfindən Gədəbəy Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) keçirilib. Bu barədə Ombudsman Aparatından məlumat verilib. BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub. Başçəkmə zamanı MSY-də…

Read More
Bölgə 

Şuşada Bülbülün xatirəsi anılıb – FOTO

Şuşada Azərbaycanın opera müğənnisi, mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi Bülbülün xatirəsi anılıb. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib. İdarənin icraçı direktoru Tural Novruzov, qoruğun əməkdaşları, Prezidentin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin rəsmiləri Bülbülün doğum günü münasibəti ilə büstünü (1992-ci ildə Şuşanın işğalı zamanı ermənilər tərəfindən güllələnmiş büstü), eyni zamanda ev-muzeyini ziyarət ediblər, gül dəstələri qoyublar. Bülbülün ev-muzeyinin direktoru Fəxrəddin Hacıbəyli dahi sənətkarın Azərbaycan musiqi tarixindəki əvəzsiz rolundan, zəngin sənətindən və incəsənətə verdiyi müstəsna töhfələrindən, eyni zamanda, uşaqlıq və gənclik illərindən danışıb.  

Read More
Bölgə 

Tərtər taxılçıları bu günədək 12 min 563,8 ton məhsul tədarük ediblər

Tərtər rayonunda cari ildə 10 min 529,9 hektar sahədə taxıl becərilib. Onun 6845,2 hektarı buğda, 3684,7 hektarı dən üçün arpadır. Tərtərli fermerlər və torpaq mülkiyyətçiləri hazırda arpa ilə yanaşı, buğda biçinini də davam etdirirlər. Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 2858,6 hektar taxıl sahəsində biçin aparılıb, 12 min 563,8 ton məhsul əldə edilib. Məhsulun 1041 tonu buğda, 11 min 522,8 tonu arpadır. Hər hektar taxıl sahəsinin orta məhsuldarlığı 44 sentner, o cümlədən buğda üzrə 45,7 sentner, arpa üzrə 43,8 sentnerdir. Ötən illə müqayisədə buğdanın…

Read More
Bölgə 

İllərdir həsrətlə gözlədikləri qazın çəkilişi üçün “Azəriqaz”dan gözlə açıqlaması… – VİDEO

İllərdir qaz probleminin həllini gözləyirlər. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, Cəlilabadın Eçara kənd sakinləri uzun müddətdir ki, qaz olmadiği üçün  problem yaşayırlar. Sakinlər deyir ki, rayonun çox hissəsi mavi qazla təmin olunub. Amma onların və bir -neçə kəndin qaz problemi nədənsə həl olunmur. Onlar balon qazlarından istifadə etmək məcburiyyətində qalırlar. Qışda evləri qızdırmaq üçün  yanacaq kimi odundan istifadə  edirlər. Odun isə onlara baha başa gəlir. Problemlə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirdilər ki, regionların qazlaşdırılması prosesi növbəli şəkildə mütamadi olaraq davam etdirilir. İndi sakinlər onlara növbənin çatacağı günü səbrsizliklə gözləyirlər.

Read More
Bölgə 

Gəncə və Göygöldə su basan ərazilərdə vəziyyət nə yerdədir? – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağıntılar səbəbindən Gəncə və Göygöl şəhərlərində bəzi fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərindəki parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin yenidən artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə ilə bağlı məlumatlar daxil olub. FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, qeyd olunanlarla əlaqədar Nazirliyin müvafiq olaraq Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, o cümlədən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin endirilməsi…

Read More
Bölgə 

Dövlət Komissiyası Gədəbəyin Söyüdlü kəndində sakinlərlə görüş keçirib – FOTO

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri kənd sakinləri ilə görüşüblər. APA-nın yerli bürosunun məlumatına görə, görüşdə ərazidə süni gölün tikintisi ilə bağlı yaranmış vəziyyət müzakirə olunub, komissiya üzvləri sakinlərin fikirlərini dinləyiblər.  

Read More