Bölgə 

Dövlət komissiyası Gədəbəyin Söyüdlü kəndində süni gölə baxış keçirib – FOTO

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya süni gölün tikintisi aparılan ərazidə olub. APA-nın yerli bürosunun məlumatına görə, iclasda komissiya üzvləri zavodun ərazisindəki tullantıxanaya – gölə baxış keçirilib. Ərazidə monitorinq aparmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səyyar laborator maşını fəaliyyət göstərir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazidə monitorinq aparan qrupunun üzvləri komissiyanın sədri Muxtar Babayeva məlumat verib ki, gölün altı membranla örtülüdür, bu isə zərərli maddələrin torpağa təmas etməsinə imkan vermir. Gölə tökülən sianid isə peroksid ilə zərərləşdirilir. Qeyd olunub ki, nümunələr gölə tökülən sudan texniki su…

Read More
Bölgə 

Sabirabad Pilot Aqroparkda məhsul yığımına başlanıldı – FOTO

Bu il Sabirabad Pilot Aqroparkın arpa və buğda sahələrindən bol məhsul əldə edilir. İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə, qurumun idarəçiliyində olan Sabirabad Pilot Aqroparkında buğda biçininə başlanıb. Bu məqsədlə İZİA-nın təşkilatçılığı ilə aqroparka mediatur təşkil edilib. Media nümayəndələri aqroparkın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC-nin təsərrüfat sahəsində görülmüş işlərlə tanış olublar. Bildirilib ki, 988 ha sahədə yaradılan, investisiya dəyəri səkkiz milyon manat olan “Fructus Aqropark” MMC tərəfindən aqroparkda yararsız torpaq sahələri əkin üçün yararlı vəziyyətə gətirilib. Cari ildə rezident tərəfindən 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar…

Read More
Bölgə 

İstirahət zonalarında əl yandıran qiymətlər: Çözüm nədir?

Məktəblilərin tətilə buraxılmasından sonra iş yerlərindən məzuniyyət götürən valideynlər ailələri ilə birgə istirahət etmək üçün ya bölgələrə, ya da müxtəlif ölkələrə axın edirlər. Bəzi tur şirkətləri isə ənənəvi olaraq seçilmiş rayonlarda turistik məkanlara turpaketlər təşkil edirlər. Lakin istirahət heç də ucuz başa gəlmir. Maraqlısı odur ki, ən çox ziyarətçisi olan istirahət məkanları qiymətləri hər il artırır. Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının və Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşüb. Onun sözlərinə görə, artıq bu ilin əvvəlindən regional destinasiyalara yarım milyondan artıq səfər baş tutub…

Read More
Bölgə 

Söyüdlü ilə bağlı yaradılan komissiya Gədəbəy RİH-də iclas keçirdi – YENİLƏNİB + FOTO/VİDEO

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvlərinin iştirakı ilə Gədəbəy Rayon İcra Hakimiyyətində iclas keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, iclasda komissiya üzvləri ilə yanaşı, rayon rəsmiləri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər. İclasda Söyüdlü kəndində vəziyyət müzakirə olunub. Komissiya üzvləri iclasdan sonra Söyüdlü kəndinə gedəcək, kənd sakinləri ilə görüşəcək, süni gölün tikintisi aparılan əraziyə baxış keçirəcəklər.   11:38 “Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüş keçirəcək”. Bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real” TV-yə açıqlamasında…

Read More
Bölgə 

Ağstafa rayon sakinlərinin problem və təklifləri “Açıq mikrofon”da

“Səyyar qəbul otağı”nın növbəti ünvanı Ağstafa rayonu olub. Aksiyaya qatılan 10-a yaxın sakindən 8-i müraciətini ünvanlayıb. Mikrofon önünə keçən abonentlər qapı keçidinin quraşdırılması, debitor borcun araşdırılması və uçotu pozulmuş təbii qaz sərfiyyatının silinməsini xahiş ediblər. Bundan başqa küçə qaz xəttinin çəkilməsi və yeni qazlaşmış küçəyə mavi yanacağın verilməsi kimi müraciətlər də sakinlər tərəfindən ünvanlanıb. Görüşdə səslənən problem və təkliflər barədə Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiya iştirakçılarına ətraflı məlumat veriblər.

Read More

Xocəsəndə açıq ərazidə yanğın başlayıb – VİDEO

Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.  

Read More
Bölgə 

Gədəbəydə jurnalistlər saxlanılıblar? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Gədəbəyin Söyüdlü kəndi ərazisində çəkiliş apardığına görə bir neçə jurnalistin polis tərəfindən saxlanması barədə məlumatlar yayılıb. DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Oxu.Az -a bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil: “Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”. Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun…

Read More
Bölgə 

Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiya Gədəbəydədir

Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gediblər. APA-nın yerli bürosunun məlumatına görə, komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.…

Read More
Bölgə 

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb – FOTO

Gədəbəyin Söyüdlü kəndinə giriş məhdudlaşdırılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Oxu.Az–a açıqlamasında bildirib.   “İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayon Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb. Kəndin girişində polis postları qurulub. Kənd sakinlərini narahat edən məsələlərlə bağlı araşdırma aparılır”. Qeyd edək ki, bir neçə gün əvvəl Söyüdlü kəndində yeni süni gölün tikintisi sakinlərin etirazına səbəb olub. Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.…

Read More
Bölgə 

Daşkəsənə yağan dolu ciddi fəsadlar törətdi

Daşkəsən rayonuna dolu düşüb, əkin sahələrinə, meyvə ağaclarına zərər dəyib. “Report”un Qərb bürosunun məlumatına görə, səhər saatlarında yağan dolu əkin sahələrinə və meyvə ağaclarına zərər vurub. Həmçinin avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Read More