Bölgə 

Leysan yağışları Gəncədə fəsadlar törətdi

Leysan yağışları Gəncə şəhərində bir sıra fəsadlar törədib. “Report”un Qərb bürosunun məlumatına görə, leysan nəticəsində bəzi fərdi yaşayış evlərinin həyətləri subasmaya məruz qalıb. Eləcə də şəhərin küçə və prospektlərində nəqliyyatın və piyadaların hərəkətində qismən çətinlik yaranıb. Hazırda yağıntılı hava şəraiti davam edir.

Read More
Bölgə 

Məhkəmə Söyüdlüdə saxlanılanlarla bağlı qərar verdi

Gədəbəyin Söyüdlü kəndində süni gölün tikintisi zamanı yaranan insidentdə iştirak edən 5 nəfər məhkəmə qarşısına çıxarılıb. “Qafqazinfo” xəbər verir ki, etirazçılar İnzibati Xətalar Məcəlləsinin 513.2-ci (toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə təqsirli bilinib. Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə hər biri barəsində inzibati qaydada 20 sutka həbs qərarı verilib. Qeyd edək ki, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Həmçinin ötən gün Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşüb, ikinci süni göl yaradılmayacağını bəyan…

Read More
Bölgə 

Hərbi xidmətdə vərəmə tutulan şəxsin pensiyası niyə kəsilib? – VİDEO

Oğuzun Padar kənd sakini, 35 yaşlı Sənan Əhmədov pensiyasının kəsilməsindən şikayətçidir. Hərbi xidmətdə olarkən ağciyərlərində yaranan problemə görə ordudan tərxis olunan S.Əhmədova ağciyərin vərəmi diaqnozu qoyulub və ikinci qrup əlillik təyin olunub. “Beş il pensiya alandan sonra komissiyadan keçə bilmədim. İlyarımdır ki, pensiyamı ala bilmirəm. Müraciət etmədiyim yer qalmayıb. Ciyərimin yarısı yoxdur, pensiyamı kəsiblər”, – şikayətçi söyləyib. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, hazırda Sənan Əhmədovun müraciəti ilə bağlı araşdırma aparılır. S.Əhmədov Baku TV-yə bildirib ki, çəkilişdən sonra onunla əlaqə saxlanılıb və yenidən yoxlanışa dəvət edilib. Ətraflı videonu…

Read More
Bölgə 

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb

Mingəçevirdə 35 yaşlı qadın itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Çinarə Fəxrəddin qızı Süleymanova iyunun 19-u səhər saatlarında yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Şəkildəki qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti – Zəng Mərkəzinə, eləcə də Mingəçevir Şəhər Polis Şöbəsinin (024) 275-26-04 şəhər və (050) 793-01-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Read More
Bölgə 

Cəlilabadda taxıl sahələri yararsız hala düşüb – FOTO

Son günlər havaların qeyri-sabit keçməsi Cəlilabad rayonunun bir sıra kəndlərində biçilməmiş əkinləri yararsız hala salıb. AZƏRTAC-ın bölgə müxbiri sözügedən ərazilərdə olub, mövcud vəziyyəti araşdırıb. Dolu ilə müşayiət olunan yağış Cəlilabadın, əsasən, dağlıq ərazilərdə yerləşən kəndlərinə daha çox ziyan vurub. Rayonun Kövüzbulaq kəndində, demək olar ki, əksər əkinlər yararsız hala düşüb. Aran bölgələri ilə müqayisədə taxıl zəmiləri burada gec yetişdiyi üçün sahələrdə biçinə hazırlıq gedirmiş. Torpaq sahibi Əli Həsənov bildirir ki, onun da əkdiyi taxıl sahələri yararsız vəziyyətə düşüb. “Sanki bir bəla idi, gəldi, getdi. Yarım saat yağan dolu bütün əkinimizi…

Read More
Bölgə Region Xəbərləri 

Bərdənin Çəmənli kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir-FOTOlar

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Çəmənli kəndində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi. Son illərdə kənd qazlaşdırılıb, kənddaxili 2 km yollar qum-çınqılla əsaslı təmir edilib, Zümürxan-İmamqulubəyli-Çəmənli kəndlərarası yol qum-çınqılla təmir edilib və ildə 2-3 dəfə qreyderlə hamarlanır, 2022-ci ildə kəndin ərazisində 1 km açıq dren-kanal, 0,6 km təsərrüfatdaxili lildən təmizlənib, kəndin ərazisində suvarma üçün 1 ədəd subartezian quyusu bərpa…

Read More
Bölgə 

Ağsu sakinini ilan sancıb

Ağsu sakinini ilan sancıb. APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Elabad kəndində olub. Rayon sakini, 1991-ci il təvəllüdlü Bahar Ramiz qızı Nəbiyevanı ilan sancıb. Təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılan şəxsin vəziyyətinin stabil olduğu bildirilir. Hazırda reanimasiya şöbəsində müşahidə altındadır.

Read More
Bölgə 

Doğmalarına qovuşan şəhər: Laçından FOTOREPORTAJ

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlayıb. 31 illik həsrətdən sonra laçınlı ailələrin ilk qrupu mayın 28-də doğma yurdlarına dönüb. Birinci mərhələdə şəhərə 20, növbəti mərhələlərdə isə 22 və 13 ailə köçürülüb. Hazır olan digər evlərə də ailələrin köçürülməsi davam edəcək. “Report”un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, ata-baba ocağına qayıdan laçınlıların gözündə üzərlərindən məcburi köçkün adının götürülməsinin sevinc və məğrurluğunu aydın görmək olurdu. Şəhərə daxil olarkən onların ilk dayanacağı Həkəri çayı oldu. Elə ilk dayanacaqda laçınlıların təəssüratlarını…

Read More
Bölgə 

Gədəbəydə o hadisə niyə oldu – cəmiyyətdə postmüharibə aqressiyası…

Postmüharibə dövründə, xüsusilə son 5-6 ayda bütövlükdə cəmiyyətdə aşırı aqressiya əmələ gəlib. Müşahidə edirəm ki, çoxları əsəbidir, sərt reaksiyalıdır. Psixoloji gərginliklər öz işini görməkdədir… Müharibə dövründə xalq, ordu, polis… hər kəs əl-ələ, çiyin-çiyinə oldu və millət kimi ən ağır sınaqdan üzüağ, alnıaçıq çıxdıq. Hər kəs Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Həmişə belə olmasını o qədər çox dilədik ki. Və sanki gözə gəldik, yaxud nələrsə düz olmadı… Əlbəttə, o da gözləniləndir ki, kimlərsə – anti-Azərbaycan güclər, ermənilər bu vəhdətdən narahat olduğu üçün nifaq toxumu səpməyə bəhanələr axtaracaq. Belə bəhanələri…

Read More