Bölgə 

Rayonlarda hotellərin 90 faizi bron edildi – VİDEO

Gələn həftə 1 həftəlik qeyri iş günlə əlaqədar artıq turizm bölgələrində hotellərdə yerlərin 80-90 faizi artıq bron edilib. Xezerxeber.az xəbər verir ki, tələbatın çox olması qiymətlərə də təsir edib. Hotellərdə qalmaq istəməyənlər isə fərdi  evlərə üz tutur. Ev sahibləri isə mənzillərini şəraitinə uyğun fərqli qiymətlərə təklif edirlər. Hətta ölkə daxili turlarla bərabər xaricə də üz tutanlar kifayət qədərdir.Elə talabatın çox olması aviabiletlərin qiymətinə də təsirsiz ötüşməyib. Qeyd edək ki, yerli turistlərlə bərabər xaricdən də ölkəmizə bu günlərdə gələn turistlərin sayında artım var. Daha ətraflı süjetdə:

Read More
Bölgə 

Ağcabədi İcra Hakimiyyəti şəhidlərə hörmətsizlik edib? – AÇIQLAMA + VİDEO

Ağcabədi Rayon İcra Hakimiyyətinin rəsmi saytında Vətən müharibəsi şəhidlərinin fotolarının keyfiyyətsiz yerləşdirilməsi narazılığa səbəb olub. Şəkillərin uğursuz formada təqdim edilməsi sosial şəbəkələrdə tənqid edilib və bu addım vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. Sözügedən təqdimat şəhidlərə hörmətsizlik kimi qiymətləndirilib. Məsələ ilə bağlı Ağcabədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, saytdakı fotolara mütəmadi olaraq nəzarət olunur: “Sadəcə, işlərin çoxluğu səbəbindən bunu hər gün etmək mümkün deyil. Amma hər ay saytda məlumatlar yenilənir, düzəlişlər edilir”. İcra Hakimiyyətindən qeyd edilib ki, mübahisəli məsələ tezliklə həllini tapacaq və müvafiq tədbir görülücək. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
Bölgə 

Daşkəsəndə leysan yağışlar fəsadlar törədib – FOTO

Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar yaranıb. “Report”un məlumatına görə, Daşkəsən rayonu ərazisinə yağan güclü yağışlar Daşkəsən şəhərində yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub. Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb. Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Evin sakinləri müvəqqəti olaraq oradan köçürülüb. Dəymiş ziyanların aidiyyəti yerli qurumlarla tərəfindən aradan qaldırılması işləri davam etdirilir.  

Read More
Bölgə 

Təbii fəlakət, yoxsa baxımsızlıq? – VİDEO

Gəncədə yağıntıların bol olduğu günlərdə Xan arxı adlanan suvarma kanalının daşması nəticəsində ətrafdakı evlərə ziyan dəyib. Hadisədən sonra kanala xidmət göstərməli olan Göygöl Suvarma sistemləri İdarəsini fəaliyyətsizlikdə günahlandırıblar. “Kanalın içi təmiz olsa, belə olmaz. Hər dəfə yağış yağanda daşır”, – deyə şəhər sakini Elmira Mirzəyeva qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
Bölgə 

Lənkəranda uşaqların kabusuna çevrilən uşaq bağçası – VİDEO

Lənkəran rayonunun Girdəni kəndində yerləşən uşaq bağçası qəzalı vəziyyətdədir. Sakinlər deyirlər ki, kənddə əksər valideynlər mövcud problem səbəbindən övladlarını başqa bağçalara aparmaq məcburiyyətində qalırlar. Onların sözlərinə görə, bağça binası artıq uşaqlar üçün təhlükəyə çevrilib: “Binanın altı ilan, kərtənkələ, qırmızı əqrəblə doludur. Uşaqlar qapıya, pəncərəyə yaxınlaşa bilmirlər”. Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Read More
Bölgə 

Bəzi çaylardan sel keçir: Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA – YENİLƏNİB

Azərbaycanın bəzi bölgələrində leysan yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Zaqatala, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonundan axan Dəstəfurçaydan və Gədəbəy rayonu ərazisindən axan Şəmkirçaydan sel keçir. 10:51 Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb,…

Read More
Bölgə 

Sakinlər avtovağzallardan NARAZIDIR… – VİDEO

Şəhərlərarası sərnişinlərin daşınması üçün ən uyğun kompleks hesab edilən avtovağzalların yerləşdiyi yerdən sakinlər narazıdır. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə rayonlarda yaşayan sakinlər avtovağzalın gediş-gəliş üçün uyğun ərazidə yerləşmədiyini, yaxud ərazisinin kiçik olduğunu bildirirlər. Elə hazırda Tovuz avtovağzalındayıq. Elə sürücülər də narazıdırlar… maşını saxlamağa yer tapmadıqlarını bildirdilər. Şirvan şəhər sakinləri isə avtovağzalın şəhərdən çox uzaq olmasından narazıdır. Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, avtovağazalların yerinin əlverişli olmamasının həll yolu var. Ekspert bildirdi ki, avtovağzallardakı mövcud vəziyyət onların büdcsinə də təsirsiz ötüşmür. Elməddin Muradlı onu da vurğuladı ki, sərnişinlər…

Read More
Bölgə 

Sel Tovuzu su altında qoydu – VİDEO

Tovuz rayonunda güclü küləklə müşayiət olunan leysan yağışları fəsadlar törədib. Rayonun Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsində sel suları fəsadlara səbəb olub. Güclü yağış və külək bir neçə evin yardımçı tikililərinin uçmasına səbəb olub. Elektrik enerjisinin verilişində fasilələr yaranıb. Sel ağacları da kökündən çıxarıb. Əhalinin təsərrüfatına ziyan dəyib. Bəzi sakinlərin ev quşları tələf olub. Evlərin zirzəmilərinə su dolub. Kəndlərdəki su arxları daşıb. Nəticədə Qaziqulu kəndində küçə və kiçik körpülər su altında qalıb. Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Read More
Bölgə 

Xarici diplomatlar üçün Şuşaya səfər təşkil edilib – FOTO

“Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı – 2023” adlı beynəlxalq təlimin iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. ADA Universitetindən APA-ya verilən xəbərə görə, səfər zamanı xarici iştirakçılar işğaldan azad edilmiş ərazilərdə 30 ilə yaxın işğal dövrünün dağıdıcı nəticələri və Azərbaycanın zəngin mədəni-tarixi irsinə vurulmuş ziyanla tanış olublar. Gövhər Ağa məscidini və “Güllələnmiş Heykəllər” meydanını ziyarət edən qonaqlar daha sonra ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində açılan “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar. Xurşidbanu Natəvanın evi və Qala divarlarını ziyarət edən əcnəbi diplomatlara Şuşa şəhərinin tarixi,…

Read More