Bölgə 

Qərb bölgəsinə leysan yağıb, Gəncədə bəzi küçələrə sel gəlib – FAKTİKİ HAVA

Qərb bölgəsinin dağlıq rayonlarında və Gəncə şəhərlərində hökm sürən qeyri-sabit hava şəraiti bir sıra fəsadlar törədib. “Report”un Qərb bürosunun məlumatına görə, Daşkəsən, Gədəbəy, Göygöl Şəmkir rayonlarında həmçinin, Gəncə şəhərinə leysan yağışlar yağıb. Güclü küləklə müşahidə olunan yağıntılı hava şəraiti əkin sahələrinə, meyvə ağaclarına və digər təsərrüfatlara ciddi ziyan vurub. Ucqar kəndlərə dolu düşüb, bəzi kəndlərin ərazilərindən sel keçib. Yaxış suları səbəbindən Gəncə şəhərinin bir neçə küçəsində nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Read More
Bölgə 

Daşkəsən yollarında selin fəsadları aradan qaldırılıb – VİDEO

Qeyri-sabit hava şəraiti nəticəsində Daşkəsən rayonunun ərazisində bir neçə avtomobil yolunda yaranmış məhdudiyyətlər aradan qaldırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilir ki, intensiv yağıntılar nəticəsində respublika əhəmiyyətli Daşkəsən-Gəncə (10-15-ci km-lər), yerli əhəmiyyətli Daşkəsən-Əmirvar-Qabaqtəpə, Çovdar-Çaykənd və Dəstəfur-Qıyıxlı avtomobil yollarında sel sularının özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb, suötürücü borulara ziyan dəyib. Sözügedən yollarda yaranmış problemlə bağlı məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Agentliyə məxsus “31 N-li Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər…

Read More
Bölgə 

Qazaxda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb – FOTO

Qazaxda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkar olunub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Qazax şəhəri, Azadlıq küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rüfət Cahangir oğlu Bədəlova məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına riayət edilmədiyi aşkar olunub. Belə ki, müəssisədə döşəmə və divarların asan yuyula bilən materialdan hazırlanmadığı, süni havalandırma sisteminin quraşdırılmadığı, un kisələrinin birbaşa döşəməyə və divara bitişik halda yığıldığı, eləcə də müvafiq temperatur və saxlanma şəraitinə riayət edilmədən…

Read More
Bölgə 

AQTA Cəlilabadda kartofçuluq təsərrüfatlarında monitorinqlər aparıb – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Cəlilabadda kartofçuluq təsərrüfatlarında monitorinqlər aparıb. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, Milli Monitorinq Planına uyğun olaraq, Agentlik əməkdaşları tərəfindən Cəlilabad rayonunun Muğan, Söyüdlü, Maşlıq, Cəfərxanlı, Bədirli, Əliqasımlı və Ocaqlı kəndlərində yerləşən 32 kartofçuluq təsərrüfatında monitorinqlər aparılıb. Monitorinqlər zamanı kartof yumrularından və torpaqdan ümumilikdə 56 nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sınaq laboratoriyalarında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində karantin tətbiq edilməyən zərərli orqanizmlərdən Soya paxlası sistaəmələgətirən nematodu, karantin tətbiq edilən zərərli orqanizmlərdən isə kartof yumrularında halqavari bakterial çürümə və qızılı kartof nematodu aşkarlanıb. Aşkarlanan…

Read More
Bölgə 

Parça-parça məhv edilən TƏPƏBAŞI məhəlləsi… – VİDEO

arixi ərazilərimizdən izlərini silməyi dövlət siyasətinə çevirmiş Ermənistanın anti-Azərbaycan addımları hər zamankı kimi davam edir. ARANTV.AZ Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Qərbi Azərbaycanın, tədqiqatçıların şəhərin nüvəsi adlandırdığı İrəvan şəhərinin Təpəbaşı məhəlləsindən gedir. Millət vəkili Əhliman Əmiraslanov Milli Məsclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı bildirib ki, bu məhəllə indi məhv olmaq təhlükəsi ilə üz üzədir. Dinləmə çərçivəsində Qərbi Azərbaycan ərazisinə qayıdış məsələləri ilə yanaşı, həmin ərazilərdə tarixi mədəni irsimizi…

Read More
Bölgə 

İsveç səfiri Gəncədə Vətən müharibəsi zamanı raket hücumuna məruz qalmış ərazidə olub – FOTO

Gəncədə səfərdə olan İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulmuş ərazilərə baş çəkib. “Report”un Qərb bürosunun məlumatına görə, diplomat Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerini ziyarət edib, həlak olan şəhər sakinlərinin xatirəsini anıb. İsveç səfiri burada şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə və xatirə lövhələri önünə tər qərənfillər düzüb, ehtiramını bildirib. Tobias Lorentzsona Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu cinayətlə bağlı məlumatlar verilib.  

Read More
Bölgə 

Oğuzun Çaldaş kəndinin “özəl” Stalini – FOTO/VİDEO

Oğuz rayonunun Çaldaş kəndində İosif Stalinin heykəli bu günədək qalmaqdadır. Hazırda heykəl yerli bələdiyyədən həyətyanı torpaq sahəsi almış kənd sakinlərindən birinin həyətindədir. Bizim.Media-nın əməkdaşı Oğuz rayonunun Böyük Söyüdlü inzibati ərazi dairəsinin Çaldaş kəndində, Stalinin heykəli yerləşən ərazidə olub. Məlumata görə, İosif Stalinin heykəli kənddə sovet dövründən qalıb. Həmin dönəmdə keçmiş Astraxanovka kəndində kolxoz fəaliyyət göstərib. Yerli sakinlər həmin vaxtdan indiyə qədər Stalinin heykəlini qoruyub-saxlayıblar. Hazırda heykəlin yerləşdiyi torpaq sahəsinin sahibi də kəndin ənənəsini davam etdirəcəyini deyir, yəni onu sökməyi planlaşdırmır.  

Read More
Bölgə 

Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib

Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib. Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Read More
Bölgə 

DYP beynəlxalq velosiped turniri ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna daha bir töhfə verən “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi başa çatıb. Bu gün yarışın dördüncü mərhələsinə Gəncə şəhərindən start veriləcək. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Gəncə-Şəmkir avtomobil yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək. Mötəbər idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün sürücülərdən qeyd olunan müddət…

Read More