Bölgə 

Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib

Laçında 2 tondan artıq çətənə bitkisi yandırılaraq məhv edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Malıbəy kəndinin ərazisində, Həkəri çayının sahilində çətənə bitkiləri aşkar edilib. Həmin ərazidə yabanı halda bitən çəkisi 2 ton 850 kiloqram olan 5100 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

Read More
Bölgə 

DYP beynəlxalq velosiped turniri ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən daxil olan müraciətdə deyilir: “Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna daha bir töhfə verən “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi başa çatıb. Bu gün yarışın dördüncü mərhələsinə Gəncə şəhərindən start veriləcək. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Gəncə-Şəmkir avtomobil yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək. Mötəbər idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün sürücülərdən qeyd olunan müddət…

Read More
Bölgə 

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradılır – Talıbovların həbsi tələb edilir -VİDEO

Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradılır. TNS xəbər verir ki, Naxçıvan Şəhər Məhkəməsinin sabiq sədri, tanınmış hüquqşünas, vəkil Hüseyn Həsənov belə bir təşəbbüs irəli sürüb. Birliyin yaradılmasında məqsəd Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə insanlara vurulmiş ziyanın hesablanması və ödənilməsinə nail olmaqdır. Son 30 il ərzində Vasif Talıbov və onun yaxın adamları tərəfindən minlərlə insanın əmlakı zorla əlindən alınıb, muxtar respublikada və ondan kənarda yaşayan naxçıvanlılara böyük məbləğədə ziyan vurulub. İnsanlara dəymiş zərərin Vasif Talıbovun və yaxın ətrafının şəxsi vəsaiti hesabına ödənilməsi məsələsi qaldırılıb. Naxçıvanlı Zərərçəkmişlər Birliyi yaradıldıqdan sonra onun…

Read More
Bölgə 

Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Lənkəranda quş kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, agentlik əməkdaşları tərəfindən H.Z.Tağıyev küçəsi, döngə 2 ünvanında fəaliyyət göstərən İdrak Əliməmməd oğlu Əkbərova məxsus fərdi yaşayış sahəsində yerləşən quş kəsimi müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının pozulduğu, istehsal edilən məhsulların etiketlənmə aparılmadan və baytarlıq-sanitariya nəzarətindən keçirilmədən satışının həyata keçirildiyi məlum olub. Həmçinin döşəmə, divar, tavanın tamlığının pozulduğu və dezinfeksiyaedici maddələrin…

Read More
Bölgə 

Baş prokuror Hacıqabul rayonunda vətəndaşları qəbul edib – FOTO

İyunun 9-u Baş prokuror Kamran Əliyev Hacıqabul rayon prokurorluğunun inzibati binasında Hacıqabul, Salyan rayon və Şirvan şəhərindən, eləcə də digər rayonlardan olan vətəndaşları qəbul edib. Baş Prokurorluqdan ARANTV.AZ-a verilən xəbərə görə, qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib. Qəbulda iştirak edən 23 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı…

Read More
Bölgə 

“Azərsu”: “Laçında şəhərdaxili şəbəkədə işlərin 95%-i yekunlaşıb”

“Azərsu” ASC Laçın şəhərində daxili şəbəkədə işlərin 95%-ni yekunlaşdırıb. “Report” xəbər verir ki, bunu səhmdar cəmiyyətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib. “Hazırda işğaldan azad olunmuş ərazilərdə su təchizatı ilə bağlı əsas işlər Şuşa və Laçında davam edir. Laçında mövcud mənbənin bərpası və mənbədə yeni anbarın, nasos stansiyasının və buradan şəhərə yeni yüksək təzyiqli magistral su kəmərinin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, şəhərdaxili şəbəkədə də işlərin 95%-dən çoxu icra olunub. Yəni Laçında mövcud mənbədən şəhərə suyun verilməsi təmin edilib. Bu ay həmin mənbədən yeni artezian və subartezian quyularına…

Read More
Bölgə 

“Ona dedim ki, Kürdəmirdə yeddi kiloqram qızıl basdırılıb, axtarmağa getdik”

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kürdəmir rayon sakini, 1955-ci il təvəllüdlü Abbasqulu Nəsibovun məhkəməsi başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tanışına qarşı 210 min dollarlıq dələduzluqda təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham olunub. Məhkəmədə A.Nəsibov özünü təqsirli bilmədiyini deyib. O, xaricdən müxtəlif malların və avtomobillərin idxalı ilə məşğul olan iş adamı Adildən faizlə 260 min dollar borc aldığını və 11 ay ərzində ona 273 min dollar qaytardığını deyib: “Adili 1983-cü ildən tanıyıram. Onunla birgə bir vaxtlar Dərnəgül prospektində yerləşən “Avtodetal” zavoduna…

Read More
Bölgə 

Qarabağın erməni sakinləri “Laçın” sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçirlər – VİDEO

Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən rahat istifadə etməsi ilə bağlı yeni görüntülər yayılıb. APA xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər. Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.  

Read More
Bölgə 

Naxçıvanda reseptsiz antibiotik satışına qadağa qoyulur

Naxçıvan Muxtar Respublikasında reseptsiz antibiotik satışına qadağa qoyulacaq. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən antibiotiklərin apteklərdə reseptsiz satılmasının qadağan olunması, bu məsələnin tənzimlənməsi istiqamətində tədbirlər görülür. Bununla bağlı, bu gün nazirlik tərəfindən konfrans keçiriləcək. Konfransın gündəliyinə antibiotiklərin aptek şəbəkəsində reseptsiz satılmasının birmənalı şəkildə qadağan olunması, dərman preparatlarının yalnız resept əsasında satılması məsələsi daxil edilib.

Read More
Bölgə 

Gədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Gədəbəydə su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 1A ünvanında fəaliyyət göstərən fiziki şəxs Quliyev Akif Siyaş oğluna məxsus “Çaldaş” su emalı müəssisəsində yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə qanunvericiliyə zidd olaraq məhsulların üzərində “müalicəvi” sözünün qeyd olunduğu, mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil…

Read More