İtkin düşən 13 yaşlı Əfsanə vəzifəli şəxsin qızıdır
Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyeva hələ tapılmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hazırda Əfsanə Tağıyevanın yerinin müəyyən olunması istiqamətində axtarış tədbirləri davam etdirilir. Reportyor.info-nun yaydığı məlumatda Ə.Tağıyevanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızı olması bildirilib. Onun evdən qaçması ehtimalının olduğu da qeyd edilib. Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi…
Read More