Category: Bölgə
Göyçayda sahibsiz itlər qoyun sürüsünə hücum edib
Göyçay rayonunda sahibsiz itlər xırda buynuzlu heyvanlara hücum edib, nəticədə bir neçə qoyun tələf olub. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaraməryəm kəndində qeydə alınıb. Belə ki, sahibsiz itlərin qoyun sürüsünə hücumu nəticəsində kənd sakini Kamil Niftəliyevə məxsus 3 baş heyvan tələf olub, daha 7 baş heyvan isə yaralanıb. Hadisənin baş verdiyi əraziyə baytarlar cəlb olunublar və yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub.
Read MoreUlu öndərə həsr edilən Gənclər Festivalı keçirilib – FOTO
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə 18 may tarixində Dənizkənarı Milli Parkda Gənclər Festivalı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində ulu öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə həyata keçirilən festivalda gün boyunca minlərlə gəncin iştirakı ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi, ümummilli liderə həsr edilən “Heydər Əliyev və Azərbaycan” guşəsində sərgi təşkil olunub, gənclərə onun həyat və fəaliyyətindən bəhs edən videosüjetlər nümayiş edilib. Açıq hava altında qurulan festival ərazisində aparıcı gənclər və könüllü təşkilatlarının məlumat stendləri yaradılaraq…
Read MoreSakin: “Sabirabada elə ziyan vururlar ki, milyonlarla pul da ayrılsa, problemlər həll olunmayacaq” – VİDEO
Ötən gün Sabirabadda asfalt örtüyünün keyfiyyətsiz və piyada səkisindən hündür olduğuna dair videogörüntü paylaşılmışdı. Məsələ ilə bağlı aidiyyəti qurumlardan münasibət bildirildi və asfalt örtüyünün prosedur qaydalarına uyğun şəkildə çəkildiyi qeyd edildi. Sözügedən məsələ ilə bağlı sosial şəbəkələrdə daha bir video yayılıb. Sabirabad sakini şəhər boyu mərkəzi küçələri çəkərək asfalt örtüyünün səliqəsiz, keyfiyyətsiz şəkildə döşəndiyini iddia edir: “Asfalt örtüyü piyada səkisindən hündür oldu. Sabah yağış yağsa küçələri sel-su aparacaq. Sabirabada Rayon İcra Hakimiyyəti, ərazi nümayəndəliyi vaxtında məsələyə nəzarət etməsə, sabah bunun fəsadlarının qarşısını ala bilməyəcək. Yağış sularının tökülməsi üçün nəzərdə tutulan yeri də…
Read MoreFüzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi – FOTO
Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi Əbdürrəhmanlı inzibati ərazi dairəsində, düzənlikdə yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi yerlə bir edərək xarabalığa çeviriblər. Vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradan qəhrəman Azərbaycan Ordusu 2020-ci il oktyabrın 20-də kəndi işğaldan azad edib. AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Yuxarı Əbdürrəhmanlı kəndinin görüntülərini təqdim edir.
Read MoreNaxçıvanda iki nazirliyin birgə komissiyası ləğv olunub
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat yayıb. Bildirilib ki, Nazirlər Kabinetinin 15 may tarixli 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasına sənədləri təqdim olunan şəxslərin təkrar müayinəsinin aparılması üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə komissiyası ləğv olunub. Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların…
Read MoreBu gün Ağcabədinin qaz təchizatında fasilə yaranacaq
Bu gün Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi QPS qolu” qaz kəmərində siyirtmənin quraşdırılması ilə bağlı mayın 17-də saat 10:00-dan təmir işləri başa çatanadək “Ağcabədi” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Read MoreNaxçıvan Ali Məclisinin sessiyası keçirilir – Seymur Talıbov… – VİDEO
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir. APA-nın Naxçıvan bürosu xəbər verir ki, sessiyada Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib. Anar İbrahimov16 saylı Qıvraq seçki sairəsindən deputat seçilib, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının sədr müavini-aparat rəhbəri, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir. O, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəridir. *** Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası başlayıb. APA-nın Naxçıvan bürosu xəbər verir ki, onuncu sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının 2022-ci il büdcəsinin icrasının…
Read MoreSürüşmə zonaları yenidən aktivləşir? – Son vəziyyət AÇIQLANDI
“Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir”. Bunu “Trend”ə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib. Onun sözlərinə görə, bir müddət əvvəl Siyəzəndə sürüşmə olub. “Hazırda həmin ərazidə aktivlik yoxdur. Abşeronun sürüşmə zonalarında yalnız Masazır və Nübar yaşayış massivində zəif dislokasiyalar var. Bakının Bayıl qəsəbəsində aparılan müşahidələrə əsasən deyə bilərəm ki, həmin ərazidə heç bir dəyişiklik və gərginlik yoxdur. Cənub zonasında lokal sürüşmələr qeydə alınır. Yardımlı-Masallı yolunun sağ çiynində qırılıb düşmə var. Yağışların mövsümi xarakterli artmasıyla sürüşmə proseslərində zəif aktivlik baş verə bilər”. Xidmət rəisi deyib ki, bu gün…
Read MoreAstarada elektrik stansiyasına yağış suları dolub
Mayın 14-dən başlayaraq Astara rayonunda yağan intensiv yağışlar nəticəsində Astara Modul Tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsi yağış suları ilə dolub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının müvafiq qüvvə və texnikaları suçəkmə işlərinə cəlb olunub. Hazırda suçəkmə və digər təcili və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir. Əlavə məlumat veriləcək.
Read More