“A Yel baba, Yel baba, qurban olum gəl baba” – Lənkəranda Yel çərşənbəsi VİDEO
Bu gün Baharın müjdəçisi, Novruzun gəlişindən xəbər verən üçüncü çərşənbə – Yel çərşənbəsidir. El arasında bu çərşənbə “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” kimi də tanınır. Yel xalqımızın mifik təfəkküründə yol göstərən bələdçi rolunu da oynayır. Folklorşünas Ağamir Cavad AZƏRTAC-ın əməkdaşı ilə söhbətində bildirib ki, Azərbaycan şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır. Bir inancda isə deyilir ki, Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə…
Read More