Hadisə 

Şirvanda 9-cu sinif şagirdi vəfat edib

Şirvan şəhərində 9-cu sinif şagirdi vəfat edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Şirvan şəhər M.B.İsrailov adına təbiət və humanitar fənnlər təmayüllü məktəb-lisey məlumat yayıb. Bildirilib ki, məktəbin 9-cu sinif şagirdi Məmmədova Türkan Samit qızı yanvarın 8-də uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Read More
Hadisə 

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Ölən Var

Cəbrayılda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Karxulu kəndi ərazisində qeydə alınıb. “Mitsubishi” markalı avtomobil hərəkətdə olan zaman idarəetməni itirərək aşıb. Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə həyatını itirib. Qəza nəticəsində həlak olan 1981-ci il təvəllüdlü Nicat Ağayevin Lənkəran sakini olduğu bildirilir. Mərhum ehtiyatda olan hərbi qulluqçu olub. 44 günlük Vətən müharibəsi iştirak edib və bir sıra medallarla təltif olunub. DİN-nin mətbuat xidmətinin Bərdə regional qrupundan məlumatı təsdiqləyiblər. Faktla bağlı Cəbrayıl rayon Polis Şöbəsində araşdırma başlanılıb./APA

Read More
Hadisə 

Bakıda məktəbin həyətində valideynlər arasında insident – DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlər arasında baş verən insidentə münasibət bildirib. Qurumun əməkdaşı Lumu İsrəfilli Musavat.com-a açıqlamasında qeyd edib ki, 18 dekabr 2024-cü il tarixində mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər: “Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədi ilə hər iki şəxs ekspertizaya göndərilib. Polis İdarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi…

Read More
Hadisə 

Ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər SAXLANILDI

Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər tutulub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com– a verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Zülfiqar Hüseynov və 27 yaşlı Nurlan Əliyev saxlanılıb. Həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər. Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. Z. Hüseynov və N. Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa…

Read More
Hadisə 

Özünü qatarın altına atan oğlan vəfat etdi – Şəhid qardaşı imiş

Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib   Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.   Bildirilir ki, gənc 1-ci kurs tələbəsidir.   Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, hadisədən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, heç kimin günahkar olmadığını bildirib./Qafqazinfo

Read More
Hadisə 

Azərbaycanda zəncirvari qəza – sürücünün sükan arxasında ürəyi tutdu

Naxçıvanda sürücünün ürəyinin tutması nəticəsində zəncirvari qəza baş verib. Hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb. Sürücü Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlunun sükan arxasında ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq qəza törədib. Qəza zamanı “Mercedes”, “Hyundai” və “Chevrolet” markalı avtobillər toqquşub. Ürəyi tutan sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır./APA

Read More
Hadisə 

Liftdə köməksiz qalanlar belə xilas edildi – VİDEO

Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq prospektində doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan bina sakinləri xilas edilib.

Read More
Hadisə 

Azərbaycanda yeni doğulan körpə öldü

Zaqatalada yeni doğulan körpə ölümü baş verib. Yanvarın 7-si Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum şöbəsinə müraciət edib. X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Körpə doğuşdan bir qədər sonra ölüb. Xanım Didiyevanın yaxınlarının məlumatına görə, bu onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl o, Zaqatala RMX-də müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib. Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon…

Read More