Hadisə 

“Ulduz”da relsin üzərinə düşən gəncin son durumu AÇIQLANDI

Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb. TƏBİB-dən Musavat.com-a bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub: “Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.

Read More
Hadisə 

TƏBİB Zaqatalada körpə ölümünün ilkin səbəblərini AÇIQLADI

Zaqatalada körpə ölümünün ilkin səbəbləri açıqlanıb. ARANTV.AZ  xəbər veirr ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Zaqatala rayonunun Gözbarax kənd sakini, 1992-ci il təvəllüdlü şəxs yanvarın 7-si saat 11:10 radələrində 38 həftəlik hamiləlik diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına planlı keysəriyyə əməliyyatı üçün müraciət edib: “Saat 15:30-da əməliyyat icra edilib, yaşama qabiliyyətinə mane olan çoxsaylı qüsurlar və anomaliyalarla, çəkisi 2800 qram, cinsi qız olan diri körpə (ağır vəziyyətdə) dünyaya gəlib. İki saat sonra göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, körpədə ölüm faktı qeydə alınıb”. Vurğulanıb ki,…

Read More
Hadisə 

Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər – DETALLARVİDEO

2023-cü il aprelin 13-də Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə könüllü gələn Bakı şəhər sakini 42 yaşlı İsrafil Yusifov arvadı Aygün Yusifovanı öldürməsi barədə məlumat verib. Hadisə 5-ci Binəqədi küçəsi, 2 ünvanında yerləşən “Stil Beauty” gözəllik salonunda baş verib. Giriş qapısının qarşısında, döşəmədə qadın meyiti aşkar edilib. Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Aygün Yusifovanın ölümünə ürəyi, hər iki ağciyəri və sol böyrəyi zədələyən çoxsaylı yaralar nəticəsində inkişaf etmiş massiv daxili və xarici qanitirmə səbəb olub. İstintaqla…

Read More
Hadisə 

Yarım milyonluq qızıl Bakı aeroportundan necə keçirilib?- Vəzifəli şəxs tək olmayıb

Qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl külçə keçirmiş şəxsin və eləcə də,  həmin cinayətin törədilməsində iştirak etmiş vəzifəli şəxsin qanunsuz əməlləri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. Baş Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, istintaq zamanı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Hədəfləmə və Koordinasiya şöbəsinin böyük inspektoru Mirzəliyev Əfsər Nüsrət oğlunun öz qulluq mövqeyindən istifadə edib vətəndaş Səfərov Səfər Həsən oğlu ilə qabaqcadan əlbir olaraq 27 dekabr 2024-cü il…

Read More
Hadisə 

İmişlidə avtoxuliqanlıq edən sürücü cəzalandırıldı

İmişlidə avtoxuliqanlıq edən sürücü inzibati məsuliyyətə cəlb edilib. Musavat.com-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün “saxla” işarəsi verilib. Lakin sürücü, rayon sakini Şahin Tağızadə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb. O, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququnun olmaması müəyyən…

Read More
Hadisə 

Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib   Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “VAZ” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb. E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Read More
Hadisə 

Bakıda gecə saatlarında insident törədən idmançılar SAXLANILDI

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən – Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Cəlilabadda iki avtomobil toqquşdu – xəsarət alanlar var

Cəlilabad rayonunda iki avtomobil toqquşub. Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonuna daxil olan hissəsində qeydə alınıb. Belə ki, qadın sürücünün idarə etdiyi “Honda” markalı minik avtomobili ilə “Shevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər – 1971-ci il təvəllüdlü Nəzakət Gəncəliyeva, 1961-ci il təvəllüdlü Fərman Cəfərov və 1980-ci il təvəllüdlü Seyfəddin Nəbiyev xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./report.az

Read More