Hadisə 

Bakıda gecə saatlarında insident törədən idmançılar SAXLANILDI

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb. Bununla bağlı DİN-in Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən – Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Cəlilabadda iki avtomobil toqquşdu – xəsarət alanlar var

Cəlilabad rayonunda iki avtomobil toqquşub. Hadisə Ələt-Astara magistralının Cəlilabad rayonuna daxil olan hissəsində qeydə alınıb. Belə ki, qadın sürücünün idarə etdiyi “Honda” markalı minik avtomobili ilə “Shevrolet” markalı minik avtomobilinin toqquşması nəticəsində üç nəfər – 1971-ci il təvəllüdlü Nəzakət Gəncəliyeva, 1961-ci il təvəllüdlü Fərman Cəfərov və 1980-ci il təvəllüdlü Seyfəddin Nəbiyev xəsarət alıb. Onlar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır./report.az

Read More
Hadisə 

Bakıda avtomobil partlayıb, sürücü xəsarət alıb

Bakının Nizami rayonu, Babək prospektində avtomobildə partlayış olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) Musavat.com-a verilən məlumata görə, dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq, “CHEVROLET COBALT” markalı avtomobildə quraşdırılmış həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayışla əlaqədar yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış avtomobilin sürücüsü İlqar Rzayev təcili tibbi yardım briqadasına təhvil verilib.

Read More
Hadisə 

Bakıda ana 3 övladı ilə birgə YOXA ÇIXDI

Bakıda ana və 3 övladı itkin düşüb. Binəqədi rayonu, Binəqədi qəsəbəsində yaşayan 34 yaşlı Quliyeva Mənzər Hümbət qızı övladları – 11 yaşlı Tuqay, 8 yaşlı Rəcəb və 7 yaşlı Sadiqlə birgə yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb. Bu barədə qadının atası polisə müraciətində bildirib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır. (lent.az)

Read More
Hadisə 

Azərbaycanda ağır qəza, sərnişin avtobusu aşdı – yaralılar var – FOTOLAR

Sumqayıtda beş nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Səhər saat 7 radələrində BMW markalı avtomobil işıqforun qırmızı işığında sürətlə keçərək sərnişin avtobusuna və digər avtomobillərə çırpılıb. Nəticədə avtobus aşıb. Xeyli sayda yaralı olduğu bildirilir. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıblar./”unikal”

Read More
Hadisə 

Şirvanda saxta pul ƏMƏLİYYATI

Şirvanda saxta pul dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, polis əməkdaşları şəhər ərazisində saxta pulların dövriyyəsi ilə məşğul olan Mərahim Fərəcovun saxlanılması istiqamətində əməliyyat tədbiri keçirib. Adıçəkilən şəxs özünə xəsarət yetirərək məsuliyyətdən yayınmağa çalışıb. Onun bu cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb və sonuncu saxlanılaraq istintaqa təhvil verilib. Həmin şəxsdən psixotrop maddə olan metamfetamin, eləcə də saxta pul əskinasları götürülüb. Faktla əlaqədar cinayət işi açılıb, M.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib, araşdırmalar aparılır.

Read More
Hadisə 

Hacıqabulda qəzada azyaşlı ölüb, xəsarət alanlar var

Hacıqabulda baş verən qəzada ölən və yaralananlar var. Hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan “Mercedes” markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb. Qəza zamanı azyaşlı ölüb, digər 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./APA

Read More
Hadisə 

Ötən gün ölkə ərazisində 30 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 30 kiloqrama yaxın narkotik aşkarlayıblar. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 1-də ümumi çəkisi 28,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Read More