Cəlilabadda bədbəxt hadisə: pirotexniki vasitə azyaşlını yaraladı
Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb. Rayon sakini, 7 yaşlı Ş.A. pirotexniki vasitənin partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb. Azyaşlı rayon xəstəxanasına yerləşdirilib. Ona üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.\\report.az
Read More