Hadisə 

Tovuzda ağır qəza: 1 ölü, 5 yaralı var

Tovuz rayonunda minik avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var. İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri – 1962-ci il təvəllüdlü Hümbətov Rauf aldığı xəsarətdən dünyasını dəyişib. Qəza nəticəsində daha beş nəfər – 1974-cü il təvəllüdlü Nəsimi Abdıyev, 1994-cü il təvəllüdlü Ramiz Məmmədov, 1976-cı il təvəllüdlü Vasif Zeynalov, 2005-ci il təvəllüdlü Fatimə Məmmədova və 1989-cu il təvəllüdlü Mahir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır. (Report)

Read More
Hadisə 

ANAMA əməkdaşı faciəli şəkildə öldü

Qazaxda zəhərlənmə faktı qeydə alınıb. Hadisə rayonun Nəriman Nərimanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü V.Yaqubov yaşadığı evin vanna otağından zəhərlənib. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb. Meyt müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Fakt araşdırılır. Qeyd edək ki, dəm qazından boğularaq ölən V.Yaqubov Ağdam rayon sakinidir. Onun ANAMANIN əməkdaşı olduğu bildirilir. (APA)

Read More
Hadisə 

Goranboyda AĞIR QƏZA – 6 nəfər xəsarət aldı

Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var. Hadisə rayonun Balakürd kəndində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Hüseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov, 1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-ci il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Baxşəliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Tiktoker “Adel” də həbs edildi

Naxçıvanda “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər görülür. Tiktokerlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10 000 manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub. Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “adel085” səhifəsinin admini Nurəddin Babayev və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar. Məlumatı Naxçıvan MR DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir./Qafqazinfo.az/

Read More
Hadisə 

Bakı-Qazax magistralında ağır qəza- Ölən var

Bakı-Qazax əsas magistral yolunda ağır yol-nəqliyyatı hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə magistral yolun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ – 2107” markalı avtomobil “Ford” markalı mikroavtobusa çırpılıb. Qəzada minik avtomobilinin sürücüsü İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Hüseynli hadisə yerində dünyasını dəyişib. Qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Hüseynli müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Lənkəranda qadın dəm qazından boğularaq ÖLDÜ

Lənkəranda hamam otağında huşsuz tapılan qadın ölüb. Hadisə axşam saatlarında Lənkəran rayonunun Səpnəkəran kəndində baş verib. Kənd sakini 1983-cü il təvəllüdlü X. Səfərovanın hamam otağında halı pisləşib. Dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hamam otağını qızdırmaq üçün kömürdən istifadə edildiyi, kömürdən ayrılan dəm qazının onun ölümünə səbəb olduğu bildirilir. Meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//APA

Read More
Hadisə 

Şirvanda ağır qəza – sürücü öldü

Şirvanda 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb. Sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. /APA *** Şirvanda baş verən qəzada sürücü ağır yaralanıb. Hadisə Şirvan şəhəri Mahir Aydınov küçəsində baş verib. Şirvan sakini, 2000-ci il təvəllüdlü Novruzlu Vüqar Eldar oğlunun idarə etdiyi VAZ 2106 markalı avtomobil sürətlə fərdi yaşayış evinin hasarına çırpılıb. Sürücü ağır vəziyyətdə kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasia şöbəsinə…

Read More
Hadisə 

Təyyarə qəzasında bu şirkətin 2 əməkdaşı həlak olub

Qəzaya uğrayan AZAL-a məxsus Embraer ERJ-190 təyyarəsinin göyərtəsində 6 Qazaxıstan vətəndaşı olub. Qazaxıstanın “KazMunayQaz” şirkətinin kollektivi Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib və bildiriblər ki, həlak olanlar arasında şirkətin 2 işçisi də olub: “Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması nəticəsində həmkarlarımız Baurjan Cumaqulov və Sandibek Tulesinov-un faciəli şəkildə həlak olmasını kədərlə bildiririk. “KazMunaiQaz” “ÖzenMunaiService” və “MunaiFieldService” şirkətlərinin vəfat etmiş əməkdaşlarının qohumlarına və yaxınlarına bütün lazımi yardımı göstərir”, – deyə şirkətdən bildirilib. Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin…

Read More