Hadisə 

İranda yaşayış binası uçdu – ANBAAN VİDEO

Bu gün səhər erkən saatlarda İranın Əhvaz şəhərində dəhşətli hadisə baş verib. Altımərtəbəli yaşayış binası birdən-birə çöküb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə regional Yanğınsöndürmə Xidmətindən xəbər verilib. Xoşbəxtlikdən, sakinlər ilk yeraltı təkanları hiss edərək vaxtında binadan çıxa biliblər. Yanğınsöndürmə Xidmətindən hadisə nəticəsində xəsarət alanın olmadığı vurğulanıb. 16 yaşayış mənzilindən ibarət altımərtəbəli binanın çökməsinin səbəbi kimi tikinti konstruksiyasında qüsurlar göstərilib.

Read More
Hadisə 

Türkiyədə azərbaycanlı qadını qatar vurdu

Türkiyənin Ege vilayətində yerləşən Aydın şəhərinin Köşk rayonunda 64 yaşlı azərbaycanlı qadını qatar vurub. 1960-cı il təvəllüdlü Həcər Cavadzadə Ovaköy Məhəlləsində keçiddən keçmək istəyib və bu zaman anidən gələn qatar onu vurub. Yaralı qadın təcili tibbi yardım maşını ilə Aydın Adnan Menderes Universitetinin xəstəxanasına aparılıb./qaynarinfo

Read More
Hadisə 

Biləsuvarda AĞIR QƏZA – İki qardaş xəsarət aldı

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan iki nəqliyyat vasitələri toqquşub. Nəticədə onlardan biri idarəetməni itirərək aşıb. Qəza nəticəsində Biləsuvar rayonun İsmətli kənd sakinləri Əfqan Qarayev və qardaşı Nadir Qarayev xəsarət alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.//APA

Read More
Hadisə 

Qubadakı partlayışda xəsarət alan qadının vəziyyəti açıqlandı

Dekabrın 15-də saat 09:14-də Quba rayonu Alekseyevka kəndi ərazisində mənzildə partlayış baş verməsi səbəbilə xəsarət alan 1962-ci il təvəllüdlü şəxs (qadın cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən bildirilib. Ona üzün, hər iki əlin və sağ diz oynağinin I-II dərəcəli termiki yanığı (10%) diaqnozu təyin olunub və xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə zəruri tibbi yardımlar göstərilib və hazırda müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Read More
Hadisə 

Azərbaycanda 20 yaşlı gənc toyu yasa döndərdi: 18 il həbs cəzası aldı

Yevlaxda toyda tanışını qətlə yetirməkdə təqsirləndirilən 20 yaşlı oğlanın məhkəmə prosesi yekunlaşıb. Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Tahir Abdullayev 18 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd edək ki, hadisə bu il iyunun 10-da Yevlax rayonunda toyda baş verib. 2004-cü il təvəllüdlü Tahir Abdullayev həmyerlisi 2000-ci il təvəllüdlü Elmir Abışova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib. Elmir Abbasov xəstəxanaya aparılırakən yolda ölüb. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin…

Read More
Hadisə 

Bakıda evdə qaz balonu partladı: ölən var

Bakıda yaşayış evində qaz balonu partlayıb. Hadisə bir neçə gün əvvəl Bakının Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Türkan qəsəbəsindəki evlərdən birində qaz balonunun partlaması nəticəsində yanğın olub. Nəticədə ev sahibi, 1956-cı il təvəllüdlü Eyyub Qasım oğlu Əliyev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq E.Əliyev dekabrın 12-si orada ölüb. Faktla bağlı araşdırma aparılır./Lent.az

Read More
Hadisə 

Azərbaycanda canavarlar sakinlərə hücum etdilər – Xəsarət alanlar var

Şəkidə 3 nəfərə canavar hücum edib. Bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib. Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində isə canavar iki nəfərə hücum edib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseynəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədov xəsarət alıblar. Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub./APA.AZ/

Read More
Hadisə 

Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi

Jurnalist Qənirə Ataşovanın araşdırması nəticəsində bir vətəndaşın diş həkimi adı altında fəaliyyət göstərən bir şəxs tərəfindən aldatılması barədə məlumat ortaya çıxıb. Araşdırma zamanı həmin şəxs həkimlik diplomu belə olmadığı üzə çıxıb. Şikayətçi bildirir ki, “instaqram” sosial şəbəkəsində “Dr. Farid Əşrəfli” adlı bir səhifə ilə qarşılaşıb. Həmin səhifədə bir çox məşhurun dişlərini düzəltdiyi haqqında paylaşımlar görən vətəndaş həkimə müraciət etməyə qərar verir. Dişlərini düzəltmək üçün həmin şəxs əvvəlcə “Nəbz” klinikasına yönləndirilir ki, dişlərinin rentgeni çəkilsin. Ardınca “Dent House” klinikasına gəldikdə isə məlum olur ki, həmin şəxs burda həkim yox, əslində mühafizə…

Read More
Hadisə 

Təcili yardım maşını qəzaya düşdü, qadın öldü – FOTO

Noyabrın 26-da Lənkəranda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan həmin maşındakı xəstə vəfat edib. “Mercedes” markalı tibbi avtomobildə xəsarət alan Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə Lənkəranın Digah kəndi ərazisində qeydə alınmışdı. Belə ki,  Astaradan Lənkərana xəstə gətirən Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi “Hundai Tucson” markalı minik avtomobili ilə toqquşub. Qəzada, avtomobildə olan xəstə, Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova və onun yaxınları…

Read More