Hadisə 

Bakıda 13 yaşlı qız bir kilo qızıl oğurlayıb sevdiyi oğlana verdi

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan şəxs həbs edilib. Hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib. Cəlilabad rayonu Göytəpə qəsəbə sakini 2003-cü il təvəllüdlü Elgiz Məmmədov İnstaqram sosial şəbəkəsində tanış olduğu 13 yaşlı Həliməni (şərti adlı) hədələyərək ondan külli miqdarda qızıl və pul alıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Elgiz sosial şəbəkədə Heydər Əliyev adına liseyin 7-ci sinif şagirdi olan qızla tanış olub və onu sevdiyini deyib. Onlar aprelin 17-də məktəbin qarşısında görüşüblər və 21 yaşlı oğlan 13 yaşlı qıza xoş…

Read More
Hadisə 

Vəzifəli şəxslər 1 milyonu aralarında belə bölüblər

Cinayət yolu ilə pul qazanmaq məqsədilə yaradılmış 299 sayda şirkətin rəhbərlərindən biri-axtarışda olan musiqiçi həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 37 yaşlı Yasin Əhmədov adına rəsmiləşdirilmiş şirkətlər vasitəsilə xüsuilə külli miqdarda dövlət vəsaitinin yeyintisində iştirakda ittiham edilir. Maliyyə Monitorinqi Mərkəzinin izləmələri ilə şirkətlərin şübhəli əməliyyatlar apardığı üzə çıxıb. Məlum olub ki, Yasin Əhmədov və əlbir olduğu digər şəxslərin adına olan şirkətlər ölkə xarici və daxildəki müəyyən hesablara milyonlarla pul köçürüb. Pullar xaricə guya hansısa xidməti avadanlıqların alınması üçün köçürülsə də, heç bir alış-veriş aparılmayıb. Yeganə məqsəd cinayət yolu ilə qazanılmış…

Read More
Hadisə 

Bakıda pakistanlı öldü

Ötən gün Bakıda Pakistan vətəndaşı vəfat edib.   1975-ci il təvəllüdlü Saqlain Muhammad Şafi oğlu ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evin hamam otağında səhhətinin anidən pisləşməsi nəticəsində ürək çatışmazlığından ölüb.   Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Hadisə 

DSX hərbçisi qəzaya düşdü – Hadisə yerindən VİDEO

Füzuli rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az xəbər verir ki, hadisə dekabrın 8-də saat 15 radələrində Mincivan-Hacıqabul avtomobil yolunun Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Qurban Qurbanlı idarə etdiyi “Nexia” markalı avtomobillə qəzaya uğrayıb və xəsarət alıb. Qeyd edək ki, Q.Qurbanlı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisidir. Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır. /Unikal Həmin görüntüləri təqdim edirik:

Read More
Hadisə 

Tovuzda azyaşlı yıxılaraq ÖLDÜ

Tovuzda 2 yaşlı uşaq yıxılaraq ölüb. Məlumata görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. 2022-ci il təvəllüdlü Z.M. yaşadıqları evin pilləkənindən yıxılıb. 2 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda keçinib. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.//APA

Read More
Hadisə 

DTX-nin həbs etdiyi sabiq xidmət rəisi hakim qarşısında

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun məhkəməsi başlayıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk iclasda müttəhim polkovnikin anket məlumatları dəqiqləşdirilib, ilkin dinləmələr keçirilib. Hazırlıq iclasında işə mahiyyəti üzrə baxılmır. Tərəflərin razılığı ilə cinayət işi məhkəmə baxışına verilib. İlham İbrahimovun sədrlik etdiyi hakimlər polkovnikin həbsdə mühakimə edilməsinə qərar veriblər. İlk baxış iclası dekabrın 23-nə təyin edilib. Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə təqsirləndirilən şəxsə Cinayət…

Read More
Hadisə 

Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb

Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb. “Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Belə ki, çağırışa gedən həkim Səmədov Mətin Arif oğlu xəstənin yaxınları tərəfindən döyülüb. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub. Fakt araşdırılır.

Read More
Hadisə 

Xocalıda bu müəssisə 20 min manat CƏRİMƏLƏNDİ, direktor isə…

“Gökce” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçinin əmək hüquqlarının pozulması barədə daxil olmuş material əsasında Xocalı rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Musavat.com-a Xocalı Rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) 1 nəfərin rayon ərazisində müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib. Faktla bağlı Xocalı rayon prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati…

Read More