Hadisə 

Həcc ziyarətindən dönən zəvvar VƏFAT ETDİ

Həcc ziyarətindən dönərkən təyyarədə halı pisləşərək xəstəxanaya yerləşdirilən zəvvar Tural Mehdiyev vəfat edib. Məlumata görə, uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən pilotlar təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıblar. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar. Sonra isə vəziyyəti stabilləşən zəvvar Bakıya gətirilib. Təəssüf ki, həkimlərin səyinə baxmayaraq, yenidən halı pisləşən zəvvarı xilas etmək

Read More
Hadisə 

Ötən gün ölkə ərazisində 52 kiloqramdan çox narkotik aşkarlanıb

Azərbaycanda iyunun 20-də 52 kiloqramdan çox narkotik aşkarlanıb. Bu barədə Musvat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 52 kiloqramdan artıq narkotik vasitə, 299 ədəd psixotrop tərkibli həb və 769 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 13,4 tondan artıq 20359 ədəd çənətə kolu isə aşkar olunaraq məhv edilib.

Read More
Hadisə 

Onlayn kredit götürmək istədi, qarşı tərəfin dələduzluğunun qurbanı oldu

Onlayn kredit götürmək istəyən şəxsin başına iş gəlib. Paytaxt sakini Həsən Məmmədov iddia edir ki, ötən il sosial şəbəkələrin birindən tapdığı səhifəyə kredit üçün müraciət edib, bunun üçün onlara şəxsiyyət vəsiqəsinin şəklini də göndərib. Lakin daha sonra Həsən Məmmədov onların dələduz olduğunu anlayaraq, vəsiqəsinin şəklini mesajlardan silib, lakin o, gözləmədiyi hadisə ilə qarşılaşıb. Həsən Məmmədov bildirib ki, ona məxsus şəxsiyyət vəsiqəsi ilə səhifə sahibi tərəfindən digər şəxslərə qarşı dələduzluq edilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov deyib ki, vətəndaş Həsən Məmmədovun…

Read More
Hadisə 

Saatlıda yeniyetmə Araz çayında BATDI

Saatlıda yeniyetmə Araz çayında batıb. Hadisə Araz çayının Saatlı ryonunun Novruzlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bildirlir ki, yeniyetmənin çayda boğulması barədə əlaqədar qurumlara məlumat daxil olub. Hadisə yerində xilasedicilər cəlb olunub və yeniyetmənin axtarışları davam etdirilir.//Report

Read More
Hadisə 

Bakıda evdən 14 min manatlıq qızıl OĞURLANDI

Bakı şəhərində soyğunçuluq edən 3 şəxs saxlanılıb. DİN-dən Musavat.com-a verilən xəbərə görə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb. Belə ki, 2 naməlum şəxs bir evə daxil olaraq qəsəbə sakininə məxsus seyfdən 1100 manat pul və 14 400 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə talayıb. Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı F.Omarova və daha bir nəfər müəyyən olunaraq saxlanılıblar. Yasamal rayonunda isə paytaxt sakininə fiziki zor tətbiq edərək ona məxsus pul kisəsini talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı…

Read More
Hadisə 

Osetiyada azərbaycanlı gənc vəfat etdi

Rusiya Federasiyasının Şimali Osetiya Muxtar Respublikasında ağır yol qəzasına düşən azərbaycanlı gənc vəfat edib. Hadisə iyunun 18-də Mozdok şəhəri yaxınlığında baş verib. Vəfat edən şəxsin Salyan rayon sakini Tural Ağalarov olduğu qeyd olunub. Faktla bağlı Şimali Osetiya polisi tərəfindən araşdırma aparılır. T. Ağalarovun işləmək məqsədilə Şimali Osetiyaya getdiyi bildirilib./qafqazinfo

Read More
Hadisə 

TƏCİLİ: DTX əməliyyat keçirdi – İcra başçısı, müavinləri SAXLANILDIYENİLƏNİB

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub. “Report”un əldə etdiyi xəbərə görə, onlar rüşvət almaqda, mənimsəmədə və vəzifə səlahiyyətlərini aşma ilə bağlı araşdırma aparılır. Hazırda DTX istintaq hərəkətlərini davam etdirir. *** 14:58 Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qaxda əməliyyat keçirib. ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, əməliyyat zamanı Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb. Hazırda onlar Bakıya gətirilir. Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı məlumatı…

Read More
Hadisə 

“Mahir Ay Brat” həbs edildi

“Mahir Ay Brat” kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən həbs edilib. Mahir Qonşuyev elektron qandal qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib. Hazırda Mahir Qonşuyev tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq…

Read More
Hadisə 

Sevgilisi azadlığa çıxanda şikayət etmişdi – İndi “barışmışıq” deyir

Bəniz kimi tanınan tiktoker Aybəniz Xəlilovanın sevgilisindən şantajla 1 milyon manata yaxın pul alma ittihamı ilə bağlı məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində ötən gün keçirilən proses bir sıra maraqlı çıxışlarla yadda qalıb. Bənizin vəkili deyib ki, zərərçəkmiş Xalid Kərimov ilkin istintaq vaxtı müvəkkilinə bilərək böhtan atıb, real vəziyyət isə başqadır. Əslində, Bənizlə Xalidin kəbini var, onlar ailə kimi birlikdə yaşayıblar: “Xalidin müxtəlif vaxtlarda müvəkkilimlə görüşdükdən sonra “300, 500 manat vermişəm” deməsi yalandır. Xalidin Bənizin övladı ilə səmimi danışıqları var. Düzdür, kəbin kağızı rəsmi nikah hesab edilməsə də,…

Read More