Hadisə 

Sumqayıtda çoxmərtəbəli binada YANĞIN – VİDEO

Sumqayıt şəhərində yanğın hadisəsi qeydə alınıb. Hadisə 17-ci mikrorayonda yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib. Məlumata görə, yanğın 2 otaqlı mənzildə başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğının səbəbləri və dəymiş ziyanın miqdarı araşdırılır.//Report

Read More
Hadisə 

Sexdə bədbəxt hadisə – Maşın hərəkətə gəldi, ustanı öldürdü

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayonun Sincanboyad kəndində yerləşən sexdə usta işləyən 1971-ci il təvəllüdlü Ədalət Nəcəfov təmirə dayanmış “Mercedes” markalı yük avtomobili ilə divar arasında sıxılaraq ölüb. Belə ki, nasaz avtomobil hərəkət edərək ustanı divara sıxıb. Nəticədə ağır xəsarətlər alan 54 yaşlı kişi həyatını itirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır./qafqazinfo

Read More
Hadisə 

“28 May” stansiyasında BƏDBƏXT HADİSƏ – Tələbə qatar yoluna düşdü

Səhər saatlarında Bakı metrosunun “28 May” stansiyasında sərnişin qatar yoluna düşüb. Qatar stansiyaya çatmamış dayandırılıb. Gənc sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib. Məlumatı sayta açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib. O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb. “O, stansiya yolundan bileti götürüb və çıxıb. “Bakı Metropoliteni” QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib”, – açıqlamada bildirilib./modern.az

Read More
Hadisə 

11 nəfəri dövlət işinə düzəltmək adı ilə 42 min manat aldatdı

Dövlət qurumunda işə düzəltmək adı ilə 11 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın məsuliyyətə cəlb edilib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 33 yaşlı Fidan Məmmədova saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 11 vətəndaşı dövlət qurumlarına müxtəlif vəzifələrə işə düzəltmək vədi ilə aldadaraq 42 min manata yaxın pul vəsaitini ələ keçirib. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, hazırda cinayət işi üzrə araşdırma davam etdirilir.

Read More
Hadisə 

Polis əməliyyat keçirdi – Saxlanılan var

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rövşən Bağırov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, ondan 1 kiloqram marixuana və 350 qram heroin aşkarlanıb. R.Bağırov narkotikləri onlayn yolla satmaq niyyəti ilə əldə edib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə 

Qəzada həlak olan baba və nəvəsinin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvarda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Ağalıkənd kəndi ərazisində “VAZ 2107” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində Elxan Feyziyev və 16 yaşlı nəvəsi Qabil həlak olub. Həyatını itirən baba və nəvəsinin fotosunu təqdim edirik. (Qafqazinfo)

Read More
Hadisə 

4 tondan artıq çətənə kolu məhv edildi

Azərbaycanda iyunun 14-də və 15-də 60 kiloqramdan artıq narkotik aşkarlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 14-də və 15-də ümumi çəkisi 60,2 kiloqramdan artıq narkotik vasitə, 326 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 606 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 4,6 ton çəkidə 4263 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Read More
Hadisə 

İsmayıllıda hotel yandı

İsmayıllıda hotel yanıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə İsmayıllı rayonu Gəndov kəndindəki “Family İnn” hoteldə qeydə alınıb. Yanğın zamanı T.Həsənova məxsus üçmərtəbəli hotelin üçüncü mərtəbəsinin 525 k/m sahəsi içərsindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Hotelin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Read More