Hadisə 

Naxçıvanda mikroavtobus dərəyə aşdı: 4 nəfər… – FOTO

Naxçıvanda mikroavtobus dərəyə aşıb, 4 nəfər xəsarət alıb. Hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, 67-BF-243 dövlət nömrəli nişanlı “Mercedes” markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasında yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.  (Report)

Read More
Hadisə 

Avtobusun altında qalaraq ölən şəxsin FOTOSU

Xəbər verdiyimiz kimi, dünən saat 07:45 radələrində Həsən bəy Zərdabi küçəsində 18 saylı marşrut xətti üzrə avtobusun iştirakı ilə qəza baş verib. Hadisə nəticəsində piyada avtobusun altında qalaraq ölüb. “Unikal” həmin şəxsin fotosunu əldə edib. Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Read More
Hadisə 

8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb öldü

Ötən gecə Bakının Nərimanov rayonu Balaəmi Dadaşov küçəsində yerləşən “Zümrüd Residence”də bədbaxt hadisə baş verib. 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb. TƏBİB-dən bildirilib ki, 14 iyun 2025-ci il tarixində 8 yaşlı şəxs (kişi cinsli) bədənin müştərək travmaları diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə hospitalizasiya olunub. Aparılan bütün zəruri tibbi yardımlara baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb.|qafqazinfo

Read More
Hadisə 

Binə qəsəbəsində narkotacir saxlanıldı – FOTO

Binə qəsəbəsində narkotacir saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri sonuncu əməliyyat zamanı 36 yaşlı Ramin Məmmədov Binə qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 1 kiloqrama yaxın psixotrop maddə metamfetamin, marixuana və narkotiklərin satışında istifadə edilən elektron tərəzi aşkarlanıb. R.Məmmədov ifadəsində narkotik vasitələri həm şəxsi istifadə, həm də satış məqsədilə əldə etdiyini bildirib. Araşdırma aparılır. Qeyd edək ki, Şöbə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotiklərə qarşı həyata keçirilən əməliyyatlar zamanı…

Read More
Hadisə 

Bakıda ƏMƏLİYYAT: daha 3 nəfər iranlıların güdazına getdi – VİDEO

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər – 38 yaşlı Murtaza Həsənov, 45 yaşlı Baba Cəfərov və 44 yaşlı Qəzənfər İbrahimov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın heroin, marixuana, psixotrop maddə metamfetamin, o cümlədən Qəzənfər İbrahimovdan əlavə olaraq 266 ədəd psixotrop tərkibli preqabalin, 37 ədəd və 200 qrama yaxın toz formasında olan ekstazi aşkarlanaraq dövriyyədən çıxarılıb. Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi…

Read More
Hadisə 

Bank kartlarından talamanın qarşısını alacaq qanun təsdiqləndi – PUL OĞRULARINI BELƏ TUTACAQLAR

Ölkəmizdə son illərdə ən çox yayılan cinayət növlərindən biri də bank kartı fırıldaqları, elektron hesabların talanması və insanları aldadaraq onların plastik kart məlumatlarını əldə edib pullarını ələ keçirmək hallarıdır. Bu cür halların sayının artması təkcə hüquq-mühafizə orqanlarını deyil, bank sektorunu, dövlət strukturlarını, həm də hər bir Azərbaycan vətəndaşını narahat etməyə başlayıb. Bu təhlükənin artıq qanunvericilik səviyyəsində daha ciddi nəzarət altına alınmasına qərar verilib. Milli Məclisin son iclasında Cinayət-Prosessual Məcəlləyə mühüm dəyişiklik edilib. Əgər əvvəllər belə cinayətlərlə bağlı istintaq tədbirlərinin icrası üçün məhkəmə qərarının alınması müəyyən müddət aparırdısa, indi bu müddət…

Read More
Hadisə 

Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI – Hadisənin təfərrüatı

Ağdaş rayonunda toyda baş verən davanın təfərrüatları məlum olub. Hadisə rayon ərazisindəki “Ağ saray” restoranında baş verib. Toyda iştirakçı olan Namiq Hüseynov mahnı sifarişi üstündə müğənni Tural Hüseynovla mübahisə edib. Mübahisə nəticəsində N.Hüseynov müğənnini söyüb və restoranda dava düşüb. Nəticədə müğənni Tural Hüseynov və onun qardaşı, ansamblın üzvü Orxan Hüseynov Namiq Hüseynovu döyüblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, müğənni və qardaşı saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.//Oxu.az

Read More