Hadisə 

Bakıda külək fəsad törətdi – VİDEO

Aprelin 8-də Bakıda müşahidə olunan güclü külək bir sıra fəsadlara səbəb olub. ARANTV.AZ  İqtisadiyyat.az-a istinadən xəbər verir ki, Azadlıq prospekti, Rəsulzadə qəsəbəsi 3 ünvanında ağac avtomobilin üzərinə aşıb. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə zamanı yaxınlıqda heç kim olmayıb və xəsarət alan yoxdur. Görüntüləri təqdim edirik:

Read More
Hadisə 

Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Özbəkistana təhvil verdi

Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Baş Prokurorluqdan Musavat.com-a verilən məlumata görə, 1997-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Akbarov Abror Anvar oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Özbəkistanda xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş A.A.Akbarov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib. «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya…

Read More
Hadisə 

Gözləri görmür, amma qətl törədib- Bakıda qeyri-adi cinayət

Bakıda qeyri-adi cinayət hadisəsi baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iki gözdən əlil kişi adam öldürüb. Hadisə bir müddət əvvəl Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, 43 yaşlı Qulu Abbasov mübahisə zəminində 41 yaşlı qonşusu Xanlar Əmirovu bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə araşdırılacaq. Gözdən əlil şəxsin cinayəti necə törətdiyi və hadisənin motivi məhkəmə istintaqı ilə məlum olacaq. Qeyd edək ki, Qulu Abbasov barəsində Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlovun qərarı ilə həbs qətimkan…

Read More
Hadisə 

Gəncədə qadın paltarı geyinən kişi uşaqları oğurlayıb? – İDDİA – FOTO

Gəncədə qadın paltarı geyinib marketlərə girən şəxs vətəndaşlar tərəfindən tutulub.  Həmin şəxsin məktəbdən, parkdan uşaqları oğurlayıb apardığı iddia olunur. Bu hadisə Gəncə şəhərində sakinlər arasında təhlükəsizliklə bağlı narahatlıq yaradıb. Şəhər sakinlərinin məlumatına görə, həmin şəxs qadın paltarı geyinərək özünü başqa cinsdən biri kimi təqdim edib, bu üsulla diqqəti özündən yayındıraraq qurbanlarını asanlıqla seçib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Milli.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, həmin şəxsin psixoloji problemləri var. “Hazırda disponserdədir. Dedikləri isə həqiqəti əks etdirmir”./Milli.az/  

Read More
Hadisə 

Bulvarda dənizdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə 

Gömrük Komitəsində əməliyyat – Vəzifəli şəxslər həbs edildi

Dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə və onlardan rüşvət almaqla himayədarlıq etməkdə təqsirləndirilən şəxslər ifşa edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri barədə həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir. İstintaqla Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinin əməliyyat müvəkkili Hidayət Məmmədov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin inspektoru Bayram…

Read More
Hadisə 

Azərbaycanlı qızdan 1 həftədir xəbər yoxdur – TƏFƏRRÜAT

Gürcüstanda 21 yaşlı azərbaycanlı qız itkin düşüb. Belə ki, azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədovadan aprel ayının 1-dən məlumat yoxdur. Ailə üzvlərinin Baku TV-yə verdikləri məlumata görə, 21 yaşlı Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar paytaxtda yaşayıb. Aytacla ailəsinin son telefon danışığı isə dostunun doğum gününə getməsi barədə olub. Ətraflı sujetdə:

Read More
Hadisə 

DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində qərar verildi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb. Xətai rayon Məhkəməsində keçirilən prosesdə bununla bağlı təqdimata baxılıb. Məhkəmə təqsirləndirilən şəxslərin həbs-qətimkan tədbirinin müddətini mayın 5-dək uzadıb. Qeyd edək ki, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I…

Read More
Hadisə 

Biləsuvarda mikroavtobus 20 yaşlı oğlanı vurdu

Biləsuvarda mikroavtobus piyadanı vurub. Hadisə Biləsuavar-Bəhrəmtəpə avtomol yolunda, Nəsimi kəndi ərazisində qeydə alınıb. Biləsuvar rayonunun Bəydili kənd sakini Tofiq Əliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus kənd sakini 2005-ci il təvəllüdlü Rəşad Əkbərovu vurub. Müxtəlif dərəcəli xəsarətlər alan piyada sürücü tərəfindən xəstəxanaya çatdırılıb. O, reanimasiyaya yerləşdirilib. Məlumata görə, R.Əkbərov bir neçə gün öncə hərbi xidmətdən geri dönüb. Faktla bağlı araşdırma aparılır.//APA

Read More