Hadisə 

Körpü tikintisində bədbəxt hadisə: ölən var

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində Qobustan rayon sakini 1964-cü il təvəllüdlü Umud Cəfərov hündürlükdən yıxılıb. Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq. /Qafqazinfo

Read More
Hadisə 

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döydü

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb. Hadisə rayonun Yeni-Sudur kəndində baş verib. Kənd sakini, 1962-ci il təvəllüdlü Cəfər Məmmədov axşam saatlarında spirtli içki qəbul edərək evinə gəlib. O, evdə yenidən spirtli içki qəbul edib və gəlininə paltarlarını təmizləməyi əmr edib. Gəlin isə onun içkili vəziyyətdə evə gəlməməsini tapşırıb və onu evdən çıxarmaq istəyib. Nəticədə aralarında yaranmış münaqişə nəticəsində C.Məmmədov gəlinini döyərək ona xəsarətlər yetirib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib./oxu.az

Read More
Hadisə 

Əcnəbilər üçün saxta nikah təşkil edən azərbaycanlılar saxlanıldı

Ukraynada maddi ehtiyacı olan qadınlarla pul müqabilində saxta nikahlar təşkil edən və əcnəbilərin sərhədi qanunsuz keçməsini leqallaşdıran iki Azərbaycan, iki Özbəkistan vətəndaşı saxlanılıb. Bu haqda Kiyevin Desnyanski Rayon Prokurorluğu məlumat yayıb. Müəyyən edilib ki, şəbəkənin təşkilatçısı azərbaycanlılardan biri olub. O, bu yolla yaşayış icazəsi əldə etmək istəyən əcnəbilərdən “xidmət haqqı” kimi 3 min ABŞ dollarınadək vəsait alırmış. Qanunsuz nikaha razılıq verən qadınların isə hər birinə 10 min qrivna pul ödənilirmiş. Şəbəkə üzvlərinə Ukrayna Cinayət Məcəlləsinin 27.5 və 332.3-cü bəndləri ilə ittiham irəli sürülüb. Onlar dövlət sərhədini qanunsuz keçməyə təşkilatçılıq etməkdə…

Read More
Hadisə 

Sumqayıtda “Kalaşnikov” aşkarlandı

Sumqayıt şəhərində iki müxtəlif ünvanda avtomat silahlar aşkarl edilib. Musavat.com-un yerli bürosu məlumat verir ki, keçirilən tədbirlərlə şəhərin Yaşma bağları ərazisində 1 ədəd 7,62 çaplı “AK-74 Kalaşnikov” markalı avtomat, “Betonzavod” yaşayış massivində isə 1 ədəd 5,45 çaplı “AK-74 Kalaşnikov” avtomatı aşkarlanıb. Aşkarlanmış silahlarla bağlı aidiyyəti üzrə araşdırmalara başlanılıb.

Read More
Hadisə 

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlərə hökm oxundu

Azərbaycanda qanunsuz olaraq “Kərimə dövləti” qurmaq niyyətində olan şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Şəlalə Həsənovanın sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar məhkəmə istintaqında toplanmış sübutlarla təsdiqini tapıb. Hökmə əsasən Arif Cümşüdov və Anar İsayev 17 il, Xəqani Məmmədov, Sənan Məmmədov, İqbal Axundov və Tərzan Qaraşov hər biri ayrı-ayrılıqda 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, adıçəkilən şəxslərin cinayətkar planları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən ifşa edilib. Onlar dövlətə qarşı yönəlmiş cinayət…

Read More
Hadisə 

“Mənə 6000 maaş veriləcəyini dedi” – STP əməkdaşı iş yoldaşını aldadıb

İş yoldaşına qarşı dələduzluq etmiş Sumqayıt Texnologiyalar Parkının koordinatoru 1995-ci il təvəllüdlü Elmar S. barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. MMC-nin baş mütəxəssisi olan Z.M-i aldadaraq 49 500 manat almış keçmiş iş yoldaşına hökm oxunub. Məhkəmədə bildirilib ki, Elmar STP-nin rəhbərliyi ilə qohum olduğundan Z.M ona inanıb və yuxarı vəzifəyə təyin olunmaq üçün hissə-hissə olmaqla 50 min manata yaxın pul verib. Zərərçəkmiş şəxs ifadəsində bildirib ki, Elmar onu STP-nin tərkibində yeni yaradılacaq şöbəyə rəhbər təyin etdirəcəyinə söz verib: “2009-cu ildən STP-də çalışmağa başlamışam, Elmar isə İnzibati idarəetmə departamentində işə…

Read More
Hadisə 

Bakıda məktəbdə İNSİDENT

Bu gün 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı insident baş verib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, saat 10:30 radələrində VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) mübahisə zamanı yüngül xəsarət yetirib. Xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.

Read More
Hadisə 

Polis Yasamalda ƏMƏLİYYAT KEÇİRDİ: Yaşayış binası mühasirəyə alındı – ŞOK GÖRÜNTÜLƏR

Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Musavat.com-a bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var. Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram…

Read More