Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
Qanunsuz zəbt edilmiş ərazilərdə müxtəlif növ hasilat işlərinin aparılması faktları ilə bağlı cinayət işləri başlanıb. Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Goranboy, Hacıqabul, Tərtər və İmişli rayonları ərazisində yerin təkinin qorunması qaydalarının pozularaq qanunsuz olaraq hasilat aparılması, eləcə də torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalarla Goranboy rayonu ərazisində yerləşən “Mənəşli” gips yatağında “Cavidan İstehsalat Kommersiya” MMC, Tərtər çayının Tərtər rayonu ərazisindən keçən hissəsində Səfiyar Quliyevə məxsus karxana, Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində…
Read More