İdman 

“Marca” “Real”ı “topa tutdu” – “Sanki Azərbaycan filminə baxırsan”

“Real Madrid”in La Liqanın 18-ci turunda “Rayo Valyekano” ilə görüşdəki uğursuz çıxışı İspaniya mətbuatı tərəfindən sərt tənqid olunub.  “Kral klubu” “kiçik Madrid derbisi”ndə qapısında 3 qol görərək bir xalla kifayətlənib (3:3). İspaniyanın hazırkı çempionu 17 xal artıq topladığı rəqibi qarşısında çətinlik çəkməklə yanaşı, “Barselona”nı birinci pillədən kənarlaşdıra bilməyib. Ölkənin ən çox oxunan idman nəşri olan “Marca” “Real”ı tənqid edərkən Azərbaycanın da adını çəkib: “Real”ın oyununa baxmaq mümkün deyil, cansıxıcıdır. Sanki Azərbaycan filminə baxırsan”. Qeyd edək ki, 17 turdan sonra hesabında 37 xal olan “Real Madrid” lider “Barselona”dan 1 xal geri…

Read More
İdman 

Qurban Qurbanov: “İsveçə qələbə üçün gəlmişdik”

İsveçə qələbə üçün gəlmişdik. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin “Elfsborq” komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib. O, məğlub olduqları görüş barədə danışıb: “Yaxşı müdafiə olunan komandaya qarşı mübarizə aparırdıq. Təəssüf ki, məğlub olduq. İsveçə qələbə üçün gəlmişdik. Oyunçularım sona qədər mübarizə apardılar. Lakin futbol səhvlərin üzərində qurulan bir oyundur. Ani diqqətsizlik səbəbindən qapımızda qol gördük. Hər bir halda futbolçularıma təşəkkür edirəm. Onlar bu il çox əziyyət çəkdilər. Cari il uğursuz nəticələrimiz olsa da, irəlidəki görüşlərə baxacağıq. Daha da böyümək üçün.…

Read More
İdman 

“Qarabağ” cərimələndi – MƏBLƏĞ

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 2000 manat cərimələyib. Buna Ağdam təmsilçisinin Misli Premyer Liqasının XVI turunda “Sabah”la heç-heçə etdiyi (1:1) matçda yaşananlar səbəb olub. “Köhlən atlar” azarkeşlər pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat ziyana düşüb. Ağdam təmsilçisi sözügedən qarşılaşmada fanatlar tərəfindən təhqiramiz ifadələr səsləndirildiyi (bu hal cari mövsüm ikinci dəfə yaşanır) üçün 500 manat ödəyəcək. “Səbail” klubu isə 700 manat cərimə olunub. “Dənizçilər”in dörd üzvü “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzduqları görüşdə sarı vərəqə ilə cəzalandırılıb./Milli.Az/

Read More
İdman 

Messinin Bakıda imzaladığı papaq fantastik qiymətə satışa çıxarıldı – FOTO

Ulduz futbolçu Lionel Messinin Bakıda imzaladığı papaq satışa çıxarılıb. Bu barədə elan saytlarının birində məlumat yerləşdirilib. Qeyd olunub ki, “Barselona” klubunun emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını çəkib. Satışa qoyulan papaq 10 min manata təklif olunur. Xatırladaq ki, Lionel Messi dekabrın 11-də Bakıya gəlib./ lent.az

Read More
İdman 

Qurban Qurbanov: “Elfsborq”la oyunda çox güc sərf etməli olacağıq”

Sabahkı görüşdə çox güc sərf etməli olacağıq. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin “Elfsborq” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib: “Hər iki komanda üçün vacib qarşılaşmadır. Avropa Liqasında 2024-cü il üçün sonuncu oyun olacaq. Rəqib komandanın baş məşqçisi Oskar Hilyemarkın “Qarabağ”la bağlı fikirləri ilə tanış oldum. Bizimlə oyuna çox ciddi hazırlaşırlar və səbirsizliklə bu matçı gözləyirlər. Xüsusi ilə səliqəli oyun nümayiş etdirməliyik. Çalışacağıq ki, bizə sərf edən nəticəni qazanaq. Sabahkı qarşılaşmaya tam olmasa da,…

Read More
İdman 

Messi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi – FOTOLAR

Azərbaycanda səfərdə olan futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki, onlar Ümummilli Liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar. Dünyaşöhrətli futbolçuları tanınmış iş adamı Adnan Əhmədzadə müşayiət edib.

Read More
İdman 

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində olublarFOTO

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Heydər Əliyev Mərkəzində olublar. ARANTV.AZ  xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər. Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, “Klassik avtomobil sərgisi” və digər ekspozisiyalarla tanış olublar.

Read More
İdman 

Adnan Əhmədzadənin “Mingəçevir” planıVİDEO

Azərbaycanlı iş adamı Adnan Əhmədzadənin “Mingəçevir” klubuna sponsorluq edəcəyi ilə əlaqədar xəbərlər son dönəmlərdə ölkə gündəmini zəbt etmişdi. Biznesmenin sosial şəbəkədə bu xəbərləri təkzib etməsinə baxmayaraq, mingəçevirli futbolsevərlərə şad xəbər var. “Offside” verilişinin bugünkü buraxılışında Ceyhun Rzayev A.Əhmədzadənin adı hallanmasa da, yaxını vasitəsilə bu kluba himayədarlıq edəcəyini açıqlayıb. Videonu təqdim edirik:    

Read More
İdman 

Suriya millisi forma və loqosunu dəyişdiFOTO

Suriya Futbol Federasiyası ölkənin yeni bayrağının rənglərinə uyğun olaraq komandanın loqotipinin və formasının qırmızıdan yaşıla dəyişdirildiyini açıqlayıb. Təşkilat bunu “Suriya idmanında qohumbazlıq, favoritizm və korrupsiyadan uzaq ilk tarixi dəyişiklik” adlandırıb. Xatırladaq ki, noyabrın sonunda Bəşər Əsədin hücuma başlayan əleyhdarları dekabrın 8-nə keçən gecə Dəməşqə daxil olaraq prezidentin devrilməsini elan ediblər. Müxalifətin bayrağı yaşıl, qara və ağ rənglərdə, mərkəzdə üç qırmızı ulduzdan ibarətdir. Bu bayraq 1958-ci ilə qədər Suriyada dövlət bayrağı olub. Əsədin dövründə Suriya bayrağı qırmızı, ağ və qara rənglərdən, mərkəzdə iki yaşıl ulduzdan ibarət idi.//Oxu.Az

Read More