İdman 

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində “Elfsborq”a (İsveç) qarşı səfərdə keçirəcəkləri matçla əlaqədar azarkeşlərinə müraciət edib. Müraciətdə bildirilib ki, matçı “Borås Arena” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi “Scandic Plaza Borås” (Allégatan 3, 503 32 Borås, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidir. Biletlərin qiyməti 30 AZN-dir. Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən  şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır. Vauçeri əldə edən azarkeş şəxsi məlumatları şəxsiyyətini təsdiq edən sənəddə olduğu kimi doldurmalıdır. Qeyd…

Read More
İdman 

“Qarabağ” çətin durumda

Son ölkə çempionu “Qarabağ” çətin durumdadır. Ağdam təmsilçisi 2 ciddi itki ilə üzləşib. Klubdan aldığımız məlumata görə, Aleksey İsayev və Kevin Medina ciddi zədələnib. Onlar üçün bu il başa çatıb. Yarımmüdafiəçi dünən əməliyyat olub. Alekseydə qasıq yırtığı aşkarlanıb. Millimizin üzvü 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Kevin Medinanın isə baldır əzələsi gərilib. Kolumbiyalı 4-6 həftə müalicə alacaq. Bu zədələlər Ağdam təmsilçisini çətin duruma salıb. Belə ki, “Qarabağ” 1 həftə ərzində 2 çətin oyuna çıxacaq. “Köhlən atlar” şənbə günü Premyer Liqada “Sabah”ın qonağı olacaq. Gələn cümə axşamı günü isə Avropa Liqasının…

Read More
İdman 

Azərbaycan Kuboku matçında bədbəxt hadisə: Futbolçunun ayağı bir neçə yerdən sındı

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ayağı bir neçə yerdən sınan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi mövsümü erkən başa vura bilər. Bu barədə “Report”a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini Əli Balakişiyev məlumat verib. O, “Sabah”la matçın 21-ci dəqiqəsində rəqib oyunçu ilə girdiyi mübarizədə zədələnən futbolçunun dərhal təcili tibbi yardım maşını ilə Gəncəyə aparıldığını bildirib: “Marandiçi Gəncədəki özəl klinikalardan birinə aparıldı. İlkin müayinədən sonra onun ayağının bir neçə yerdən sındığı müəyyən edildi. Ayağına gips qoyulub və oradan da əməliyyat üçün Bakıya göndəriləcək. Böyük ehtimalla sabah və ya o biri gün…

Read More
İdman 

Azərbaycanda görünməmiş hadisə – Bir rayonda 4-cü klub yaradıldı

Azərbaycan futbolunda nadir hadisə baş verib. Eyni rayonda dördüncü futbol klubu fəaliyyətə başlayıb. Söhbət İmişlidən gedir. Burada «Araz» adlı yeni komanda formalaşdırılıb. Sözügedən kollektiv ilk addımlarını Region Liqasında atacaq. AFFA tərəfindən qeydiyyata alınan «Araz» qarşıdakı mövsümün iştirakçıları arasında yer alıb. İmişli buna qədər I və II Liqada təmsil olunub. Rayonun eyniadlı komandası I Liqada çıxış edirsə, «Kür-Araz» II Liqada qüvvəsini sınayır. «Araz» və «Lokomotiv» Region Liqasında adından söz etdirməyə çalışacaq. (sportinfo.az)

Read More
İdman 

“Qarabağ”ın penaltidən vurduğu qol – VİDEO

“Qarabağ” – “Lion” oyununda beşinci qol vurulub.  UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” və “Lion” arasında keçirilən qarşılaşmada beşinci qol qeydə alınıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçın 87-ci dəqiqəsində “Qarabağ”ın oyunçusu Juninyo penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 4:1-ə çatdırıb.

Read More
İdman 

Qurban Qurbanov: “Hesab oyuna görə olmadı”

Hesab oyuna görə olmadı. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Fransanın “Lion” komandasına qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib: “Azakeşlərimizə təşəkkür edirəm. Soyuq havada komandamıza dəstək oldular. Oyuna gəlincə, hesab üzücü oldu. Futbol bu cür səhvləri bağışlamır. Xüsusi ilə ikinci qol zamanı Kevin Medinadan bu cür səhv gözləmirdik. Buraxılan qola görə Medinaya hər hansısa iradım yoxdu. Çünki texniki səhv idi. Həqiqətən futbolçularımdan razı qaldım. Çünki hər iki hissədə qol imkanlarımız oldu. Hesab oyuna görə olmadı”. O,…

Read More
İdman 

“Qarabağ”ın “Lion”la oyun üçün – Heyəti

Avropa Liqasının 5-ci turunun “Qarabağ” (Azərbaycan) – “Lion” (Fransa) oyunu üçün heyətlər müəyyənləşib. Saat 21:45-də başlanacaq oyuna komandalar aşağıdakı tərkibdə çıxacaq: “Qarabağ”: 99. Mateuş Koxalski, 29. Marko Veşoviç, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 8. Marko Yankoviç, 66. Patrik Andrade, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 18. Olaviyo Juninyo Ehtiyat heyət: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 2. Mateua Silva, 11. Emmanuel Addai, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 90. Nəriman Axundzadə, 44. Elvin…

Read More
İdman 

Qurban Qurbanov “Lion”la oyundan danışdı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda Bakıda “Lion”la (Fransa) keçiriləcək oyundan əvvəl mətbuat konfransı baş tutub. Milli.Az xəbər verir ki, təcrübəli mütəxəssis öncə oyun barəsində fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: “Çox keyfiyyətli komandaya qarşı oynayırıq. Oyun sistemi olaraq, fərdi oyunçuların bacarığı olaraq belədir. Bizim üçün vacib matçdır. Pis hazırlaşmamışıq. Çalışacağıq ki, sabahkı matçda diqqətli olaq. Bu çox vacibdir. Çox istəyirik ki, azarkeşlərimizi sevindirək, uğurlu nəticə əldə edək”. – Marko Veşoviç və Mateus Silvanın hazırlıq durumu imkan verir ki, ilk dəqiqələrdən meydana…

Read More
İdman 

Türkiyə Superliqasında çıxış edən futbolçu zədə səbəbindən mövsümü başa vurub

Türkiyə təmsilçisi “Göztəpə”nin futbolçusu İsaak Sole zədə səbəbindən mövsümü erkən başa vurub. “Report” xəbər verir ki, fransalı futbolçu Superliqanın XII turunda “Beşiktaş”a qarşı matçda çarpaz bağından zədə alıb. 23 yaşlı yarımmüdafiəçi 6 ay yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, “Beşiktaş” – “Göztəpə” matçı qonaq komandanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Read More
İdman 

AFFA “Qarabağ”ı cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. “Səbail” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Eyni matçın 62-ci dəqiqəsində “Səbail”in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə klub 500 manat cərimələnib. Həmin oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib. “Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimələnib.…

Read More