İdman 

“Real” “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb

“Real Madrid” İspaniya La Liqasının 14-cü turunda səfərdə “Leqanes”i darmadağın edib və “Barselona” ilə arasındakı fərqi azaldıb. “Report” xəbər verir ki, Leqanesdəki “Munisipal de Butarke” stadionunda keçirilən qarşılaşmanı Xavyer Alberola Roxas idarə edib. 43-cü dəqiqədə “Real Madrid”in hücumçusu Kilian Mbappe hesabı açıb. 66-cı dəqiqədə yarımmüdafiəçi Federiko Valverde “kral klubu”nun üstünlüyünü artırıb. Oyunda son nəticəni 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem müəyyənləşdirib – 3:0. 13 oyundan sonra “Real Madrid” La Liqa turnir cədvəlində 30 xalla ikinci yerdədir. “Leqanes” 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya…

Read More
İdman 

Zaur Paşayev Azərbaycan millisindəki karyerasını BİTİRDİ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Zaur Paşayev yığmadakı karyerasını bitirib. 41 yaşlı basketbolçu son oyununu dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsveçrə ilə matçda keçirib. Zaur Paşayev hazırda “Quba” komandasında çıxış edir. Qeyd edək ki, Zaur Paşayev karyerası ərzində “NTD-Devon”, “Qala”, “NTD- Tbilisi” (Gürcüstan), “Araz-NTD”, “Kutaisi” (Gürcüstan) və “Cəlilabad” kimi komandaların formasını geyinib. O, iki dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.//AZƏRTAC

Read More
İdman 

Ronaldo İstanbul nəhənginə doğru – fantastik transfer həmləsi

“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı “Cadena SER” yayıb. Mənbəyə görə, portuqaliyalı forvard “Fənərbağça”nın diqqət mərkəzindədir. Ulduz futbolçuya İstanbul təmsilçisindən təklif gəlib. “Sarı bülbüllər”in baş məşqçisi Joze Mourinyonun keçid üçün Ronaldoya zəng edərək danışıq apardığı da bildirilir. Qeyd edək ki, Ronaldo və Mourinyo daha öncə “Real”da bir yerdə çalışıblar.

Read More
İdman 

Azarkeşlər millimizi səfər matçında BELƏ dəstəkləyir – VİDEO

Azərbaycan millisi səfərdə İsveçə qarşı keçirdiyi UEFA Millətlər Liqasının sonuncu turunun oyununda dəstəksiz qalmayıb. “Report”un İsveçə ezam olunan əməkdaşı xəbər verir ki, tribunada 200-ə yaxın həmyerlimiz yer alıb. Qeyd edək ki, “Stroberri Arena”dakı qarşılaşmada hələlik hesab açılmayıb. Meydan sahibləri C Liqasının I qrupunda 13 xalla liderdir. Komandamız isə 1 xalla sonuncu – dördüncü sırada qərarlaşıb.

Read More
İdman 

Mahir Emreli: “Komanda uduza bilər, lakin baxır necə”

Komanda uduza bilər, lakin baxır necə. Bunu “Report”un Solna şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib. O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb: “Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura bildik, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm”. Qeyd edək ki, “Stroberri Arena”da baş tutmuş C Liqasının matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesabı ilə uduzub.

Read More
İdman 

Mahir Emreli: “Cüzi də olsa…”

“Cüzi də olsa, C Liqasında qalmaq şansımız var”. “Report” xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli İsveç yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunundan öncə baş tutan mətbuat konfransında deyib. O, sabah güclü rəqibə qarşı mübarizə aparacaqlarını bildirib: “Cüzi də olsa şansımız var, rəqib bizə çox yaxşı məlumdur. Yaxşı çıxış edib, uğurlu nəticə qazanmaq istəyirik. Hər bir hücumçunun istəyi qol vurmaqdır. Lakin qolu kimin vurmasından asılı olmayaraq, əsas yığmanın uğurlu nəticə qazanmasıdır”. Qeyd edək ki, noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da keçiriləcək İsveç-Azərbaycan matçının start fiti Bakı vaxtı…

Read More
İdman 

Fatih Terim Qurban Qurbanovla görüşdü – VİDEO

Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fatih Terim, “Qalatasaray”ın idarə heyətinin üzvləri İbrahim Hatipoğlu və Emin İmanov “Qarabağ” klubunun bazasını ziyarət edib. Qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçisi Qurban Qurbanov ilə görüşüb. Sonra Azərbaycan çempionunun baş direktoru Emrah Çelikel ilə görüşən tanınmış mütəxəssis Fatih Terimə və “Qalatasaray”ın idarə heyətinin üzvü İbrahim Hatipoğluna ziyarətin sonunda klubun adından xüsusi hədiyyə təqdim edilib. Sonda xatirə fotosu çəkilib. (Report)

Read More
İdman 

“Xalqımız bağışlasın, daha üzr istəməyə də üzümüz gəlmir”

Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Millətlər Liqasında Estoniya ilə bərabərə bitən (0:0) qarşılaşmadan sonra Sportinfo.az-a müsahibə verib. – Matç barədə deyəcək nələrsə var? – Oyun barədə danışılası nəsə yoxdur. Hər şey göz önündədir. Rəqib məğlub olmamaq üçün bura gəlmişdi. 90 dəqiqə müdafiə olundular. Üstün oynadıq, əlimizdən gələni etdik, amma olmadı. Nələrisə dəyişməyin vaxtıdır. Biz futbolçularda daha çox günah var. Rəhbərlik, media, xalqımız bizim yaxşı olmağımız üçün çalışır. Amma yaxşı yerlərə gəlib çıxa bilmirik. – Niyə? Hər kəs oturub, düşünməlidir. Belə getməyəcək. Hardasa sürpriz edib 1 oyun udmaqla özümüzü aldada bilmərik. Deyəsi söz…

Read More
İdman 

Millidəki MÜƏMMALI ayrılığın SƏBƏBİ bilindi

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. Müdafiəçilər Elvin Cəfərquliyev, Rahil Məmmədov və yarımmüdafiəçi Mustafa Əhmədzadə heyətdən çıxarılıb. Adıçəkilənlər bu səbəbdən İsveçə səfərinə yollanmayacaq. Rahil Məmmədovun millidən uzaq düşməsinə Estoniya ilə qarşılaşmada aldığı zədə, Elvin Cəfərquliyevin isə gördüyü növbəti sarı vərəqə milli komandadan kənarda qalmasına səbəb olub. Maraqlıdır, ilk dəfə milliyə dəvət edilən Mustafa Əhmədzadənin adı niyə siyahıdan çıxarılıb? Nəzərə alaq ki, ağır səfər öncəsi heyət də kasaddır. Əldə etdiyimiz məlumata görə, qərarı Fernandu Santuş verməyib. Müəmmanın səbəbi Əhmədzadənin sənədlərində yaranan problem olub. Orta sahə oyunçusu üçün viza almaq mümkün…

Read More
İdman 

“Qarabağ”ın rəqibi diskvalifikasiya edildi

“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki rəqiblərindən biri olan Lion “Olimpik”i maliyyə problemləri səbəbindən diskvalifikasiya edilib. Fransa futbolunun önəmli klublarından olan “Olimpik” borclarını ödəyib maliyyə vəziyyətini düzəldə bilməsə, cari mövsümün nəticələrindən asılı olmayaraq aşağı liqaya düşəcək. Lion klubu həmçinin transfer yasağına məruz qalıb və bu qadağa vəziyyətin həlli tamamlanana qədər davam edəcək. (offisdeplus.az)

Read More