Dünya 

İsrail ordusu ölkənin şərq sərhədinin mühafizəsi üçün yeni diviziya yaradacaq

İsrail ordusu İordaniya ilə sərhədin mühafizəsi üçün yeni diviziya yaradacaq. “Report”un məlumatına görə, bu barədə Ordunun Mətbuat xidməti açıqlama verib. Qeyd edilir ki, müdafiə naziri Yoav Qalant və İsrailin Baş Qərargah rəisi Herzi Halevi, İordaniya ilə sərhədin mühafizəsi məqsədilə şərq diviziyasının yaradılmasını təsdiqləyib. Bu, müharibə dərsləri və vəziyyət qiymətləndirmələri nəzərə alınaraq, İsrail ordusunun gücünü artırmaq planlarına uyğun olaraq həyata keçirilir. Diviziyanın əsas vəzifələri arasında sərhəd bölgəsində müdafiəni gücləndirmək, terror aktlarının və qaçaqmalçılığın qarşısını almaq, eləcə də sərhədin qorunması və İordaniya ordusu ilə əməkdaşlığın gücləndirilməsi yer alır. “Diviziya İsrail ordusunun Mərkəzi…

Read More
Dünya 

İran İsrailin hücumuna BU TARİXDƏ cavab verəcək

İran İsrailin hücumuna ABŞ-də prezident seçkilərindən əvvəl cavab verə bilər. “Report”un xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb. “İran İslam Respublikası sionist rejiminin təcavüzünə cavabı qətiyyətli və ağrılı olacaq” və “cavab tədbirləri, ehtimal ki, prezident seçkiləri günündən əvvəl baş verəcək”, – CNN-in mənbələri bildirib. Telekanalın versiyasına görə, bu, Tehranın İsrail hücumunun ciddiliyini azaltmaq üçün ilkin strategiyasından imtina etdiyini göstərir.

Read More
Dünya 

İspaniyada DƏHŞƏT YAŞANIR: ölənlərin sayı 70 nəfəri keçdi

İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində azı 72 nəfər dünyasını dəyişib. Bu barədə “El Pais” qəzeti məlumat yayıb. Qeyd olunur ki, təbii fəlakət səbəbindən dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti ən çox Valensiya Muxtar İcmasının infrastrukturuna ziyan vurub. Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub./**report.az

Read More
Dünya 

Rusiya hökuməti kərə yağı idxalını rüsumdan azad edəcək

Kərə yağının bahalaşması fonunda Rusiya hökuməti altı ay müddətinə onun idxal rüsumlarını ləğv edə bilər. ARANTV.AZ  xəbər verir ki, məlumatı “İnterfaks” qərarın müzakirəsi ilə tanış olan mənbələrə istinadən yayıb. Mənbələrdən biri təklifin təşəbbüskarının Kənd Təsərrüfatı Nazirliyinin olduğunu qeyd edib. Başqa bir mənbə bildirib ki, kərə yağı idxalında rüsumların sıfırlanması məsələsinə artıq gömrük alt komitəsində baxılıb və razılıq alınıb. Başqa bir mənbə aydınlaşdırıb ki, bu qərarın qəbulu üçün bu həftə baş tutacağı gözlənilən Avrasiya İqtisadi İttifaqı Komissiyası ilə məsləhətləşmələr aparmaq lazımdır. Söhbət Aİİ-dən kənar ölkələrdən, xüsusən də İran və Hindistandan tədarükdən…

Read More
Dünya 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binası zədələnib

Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki Baş Qərargahının binası PUA mərmisinin qalıqlarının düşməsi nəticəsində zədələnib. “Report” xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk “Telegram” kanalında məlumat verib. O, hadisə yerindən fotoşəkillər də dərc edib. Ukrayna hakimiyyəti bu məlumatı hələ təsdiqləməyib.

Read More
Dünya 

Nyuton qanununun tərtibində səhv AŞKARLANDI

Dünya fizikləri tərəfindən istifadə edilən Nyutonun ilk qanununun tərtib edilməsində səhv aşkar ediblər. Buna səbəbin qanunun latın dilindən ingilis dilinə tərcümə zamanı edilən səhv olduğu üzə çıxıb. Məlumata əsasən, bu faktı filoloq Daniel Huk aşkar edib. Bu qanunun ümumi təfsirinə görə, cisim xarici qüvvənin təsiri olmadan hərəkətsiz qalır və ya bərabər şəkildə hərəkət edir. Bununla belə, Huk Nyutonun öz qeydlərini tədqiq edərək belə nəticəyə gəlib ki, qanunda “əgər” kimi tərcümə olunan birləşmə “çünki” kimi səslənməli idi. Beləliklə, Hukun fikrincə, Nyuton cisimlərin məhz xarici təsirin olmadığı üçün sükunətdə qaldığını müdafiə edirdi.…

Read More
Dünya 

Türkiyə PA rəmisi: Beynəlxalq media ikiüzlü davranır

Beynəlxalq media ikiüzlü davranır. “Report” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun “The lies of İsrail” konfransında çıxışı zamanı deyib. O bildirib ki, bunu müxtəlif regionlarda, o cümlədən Yaxın şərqdə baş verən hadisələr də göstərir: “Beynəlxalq media tərəflərdən biri haqqında “öldü”, digər haqqında “öldürüldü” ifadəsini işlədir. Bu, ikiüzlülüyün ən bariz nümunələrindəndir”. F.Altun həmçinin bütövlükdə beynəlxalq ictimaiyyətin ikiüzlü davrandığını diqqətə çatdırıb.

Read More
Dünya 

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək. Bu barədə Birliyin baş katibi Sergey Lebedev bildirib. “Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü olacaq”, – o qeyd edib. Baş katibin sözlərinə görə, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun inkişaf edir. O həmçinin vurğulayıb ki, MDB müşahidəçilər missiyası Belarusda keçiriləcək prezident seçkilərini müşahidə etmək niyyətindədir.//Report

Read More
Dünya 

Rusiya Finlandiyaya etiraz notası göndərib

Rusiya səfirliyi Finlandiya Xarici İşlər Nazirliyinə nota göndərərək Finlandiya hakimiyyətinin hərəkətlərinə kəskin etirazını bildirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik nümayəndəliyi məlumat yayıb. Səfirlik Finlandiyadakı Rusiya daşınmaz əmlakının müsadirəsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün işlərini davam etdirir. Sözügedən daşınmaz əmlak Rusiyaya məxsusdur. Qeyd olunur ki, səfirlik Finlandiya Xarici İşlər Nazirliyinə respublika hakimiyyətinin beynəlxalq hüququn müddəalarını kobud şəkildə pozan hərəkətlərinə kəskin etirazını bildirən nota göndərib. Rusiya səfirliyi Finlandiya Məhkəmə İcraçıları Xidmətinin qərarına yenidən baxılacağını gözləyir.

Read More
Dünya 

Rusiya XİN: Moskva və Ankara arasında müxtəlif sahələrdə qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır

Rusiya və Türkiyə arasında müxtəlif sahələrdə aktiv qarşılıqlı əlaqələr strateji perspektivlərə yol açır. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Türkiyə Respublikasının elan edilməsinin 101-ci ildönümü münasibətilə təntənəli qəbulda bildirib. “Biz xalqlarımızın bütün tarix boyu, o cümlədən çətin məqamlarda fikir ayrılıqlarını aradan qaldırmaq və inkişaf nöqtələrini tapmaq bacarığı sayəsində nail olduğumuz Rusiya-Türkiyə münasibətlərinin yüksək səviyyəsindən məmnunuq”, – nazir müavini qeyd edib. “İqtisadiyyat və ticarətdən tutmuş mədəniyyət və təhlükəsizliyə qədər müxtəlif sahələrdə aktiv qarşılıqlı əlaqələr yeni üfüqlərin mənimsənilməsi üçün strateji perspektivlər açır. Ticarət…

Read More