Dünya 

Almaniya XİN Tehrandakı müvəqqəti işlər vəkilini GERİ ÇAĞIRDI

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) iranəsilli vətəndaşı Cəmşid Şarməhdin edam edilməsinə etiraz olaraq Tehrandakı səfiri Markus Potzeli geri çağırıb. Məlumatı xarici KİV yayıb. Bildirilib ki, Almaniya XİN bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üçgünlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb. 67 yaşlı Almaniya vətəndaşı barəsində ölüm hökmü 2024-cü ilin aprelində çıxarılıb. Şarməhdin yaxınlarının verdiyi məlumata görə, o, son bir neçə ildə ABŞ-də yaşayıb. İran hakimiyyəti onu “Tondar” adlı müxalifət qrupunun lideri hesab edir. Bu, İranda terror təşkilatı siyahısına…

Read More
Dünya 

Köçəri quşlar insanlar üçün ölümcül bir virus daşıyır

Böyük Britaniya və Malayziya alimləri vəhşi köçəri quşların insan sağlamlığı üçün təhlükə yarada biləcəyi qənaətinə gəliblər. Aparılan araşdırma nəticəsində məlum olub ki, quş qripi virusu (H5) köç yolları boyunca vəhşi quşlardan insanlara birbaşa keçə bilər. Malayziyanın Sabah əyalətində aparılan bir araşdırma, köçəri quşların dayandıqları yerlərin 10 kilometr radiusunda yaşayan insanların virusa məruz qaldığını müəyyən edib. 2015-ci ildə toplanmış qan nümunələrinin təhlili insanlarda H5 virusuna qarşı anticisimlərin olduğunu göstərib və bu, əvvəlki infeksiyanı göstərir. Bu virusun əvvəllər ev quşları üçün zərərli olduğu bilinirdi, lakin ilk dəfədir ki, onun çöl quşlarından insanlara…

Read More
Dünya 

Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyidir

Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir. “Report” xatırladır ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra – 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub. Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir. Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur. Yeri gəlmişkən qeyd…

Read More
Dünya 

Ermənistan gələn il müdafiə xərclərini 20 faiz artıracaq

Ermənistanın müdafiə xərcləri 2025-ci ildə 20 faiz artaraq 664 milyard dram (1,71 milyard ABŞ dolları) təşkil edəcək. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu respublikanın maliyyə naziri Vaqe Ovannisyan deyib. “Gələn il hərbi xərclər ÜDM-in 6 %-ni təşkil edəcək ki, bu da 2024-cü illə müqayisədə 0,7 % çoxdur”, – o, ölkənin 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. Nazir əlavə edib ki, əsaslı büdcə xərclərinin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.

Read More
Dünya 

İranlı general xəbərdarlıq etdi: “İsrailin zərbəsi “acı nəticələrə” səbəb olacaq”

İsrailin İran ərazisinə zərbə endirməsi İsrail üçün “acı nəticələrə” səbəb olacaq. Bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami deyib. “Ölkənin hava hücumundan müdafiə qüvvələrinin hazırlığı sayəsində məqsədlərinə çata bilməyən İsrail rejiminin qanunsuz hərəkətləri bu rejimin döyüş meydanındakı səhv hesabını və çarəsizliyini göstərir və bu həqiqətən işğalçılar üçün ağlasığmaz acı nəticələr verəcəkdir” . Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) oktyabrın 1-də yəhudi dövlətinə qarşı hücumlara cavab tədbirləri çərçivəsində İrandakı hərbi obyektlərə zərbələr endirəcəyini açıqlayıb. İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb və nüvə…

Read More
Dünya 

Gürcüstan MSK sədri seçkilərin texniki tərəfini yüksək qiymətləndirib

Gürcüstan MSK sədri baş tutmuş seçkilərin texniki tərəfini yüksək qiymətləndirib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan MSK sədri Giorgi Kalandarişvili bildirib. “Gürcüstanda seçki prosesinə elektron texnologiyaların tətbiqi uğurla həyata keçirildi. Seçki administrasiyasının iki ilə yaxın yorulmadan fəaliyyəti müvafiq nəticələr verdi. Seçki günü ümumilikdə 15 min cihazdan istifadə olundu və yalnız 20 cihaz sıradan çıxdı”, – Giorgi Kalandarişvili vurğulayıb. Səslərin 99,646 %-i hesablandıqdan sonra “Gürcü Arzusu” 54,09 % və ya 1 117 480 seçici səsi toplayır.

Read More
Dünya 

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka vilayətində 5,6 maqnitudalı zəlzələ olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə Baş İdarəsi teleqramda bildirib. “27 oktyabr saat 16:49-da (Bakı vaxtı ilə 08:49) hiss edilən zəlzələ baş verib. Yeraltı təkanın maqnitudası 5,6 olub. Episentr Milkovo kəndindən 164 km şərqdə Kronotski körfəzinin akvatoriyasında yerləşib”, – məlumatda qeyd olunub. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının məlumatına görə, seysmik hadisə Petropavlovsk-Kamçatski ərazisində 2 bala qədər hiss edilib. Sunami təhlükəsi elan edilməyib./APA

Read More
Dünya 

Bu gün Özbəkistanda parlament seçkiləri KEÇİRİLİR

Özbəkistanda parlamentin aşağı palatası – Ali Məclisin Qanunvericilik Palatasına və yerli şuralara (xalq deputatları şuralarına) seçkilər keçiriləcək. Seçkilər qabaqcıl demokratik standartlara uyğun təkmilləşdirilmiş seçki qanunvericiliyi əsasında keçiriləcək. Xüsusilə, qanunda göstərilir ki, siyasi partiyalar tərəfindən irəli sürülən namizədlərin ən azı 40%-ni qadınlar təşkil etməlidir. Bundan başqa, müəyyən edilib ki, deputat seçilmək üçün seçicilərin nisbi əksəriyyətinin səsini almaq kifayətdir. Belə ki, namizəd seçki dairəsi üzrə digər namizədlərdən çox səs topladıqda seçilmiş sayılır. Seçkilər zamanı “E-saylov” informasiya sistemindən istifadə olunacaq, bunun sayəsində vətəndaşlar interaktiv xəritələr vasitəsilə seçicilər, seçki məntəqələri və deputatlığa namizədlər haqqında…

Read More
Dünya 

Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar…

Türkiyədə gecə klubunda keçirilən əxlaqsız və qeyri-insani davranışlardan ibarət əyləncənin videosu internetdə yayılandan sonra polis əməkdaşları hərəkətı keçib. İstanbul Şəhər Polis İdarəsi və Əxlaq Polisinin Beyoğlu adlanan ərazidə birgə keçirdiyi əməliyyatlar nəticəsində dəhşətli faktlar ortaya çıxıb. Məlum olub ki, internetdə daha bir gecə klubunda seksual hərəkətlər və qeyri-insani davranışlar edilən əyləncənin anonsları və bilet satışı barədə elan yayılıb. Mis küçəsindəki gecə klubuna edilən basqın zamanı içəridə əyləncə şou olduğu və əxlaqsız hərəkətlər edildiyi, bir qadının dəmir qəfəsdən ayağa durduğu, digər bir qadının isə kölə vəziyyətində iştirakçılar tərəfindən şallaqla döyüldüyü görülüb.…

Read More
Dünya 

Məşhur sosial şəbəkə BAĞLANDI

“ASKfm” sosial şəbəkəsinin elementləri olan sual-cavab xidməti dekabrın 1-dən fəaliyyətini dayandıracaq. Bu barədə platformanın öz saytında elan yerləşdirilib. Tərtibatçılar izah ediblər ki, platforma müasir istifadəçilərin ehtiyaclarına cavab vermədiyi üçün 10 ildən çox davam edən maraqlı səyahətin başa çatdığını elan etməli olublar. Onların bəyanatına görə, yeni istifadəçilərin qeydiyyatı oktyabrın 24-də dayandırılıb və platformanın funksiyalarına dəstək tədricən dayandırılmağa başlayacaq. “Şirkətin tarixi boyu komanda istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinə böyük diqqət yetirib. Bununla əlaqədar olaraq, bütün şəxsi məlumatlar ən qısa zamanda silinəcək”, – tərtibatçılar vurğulayıblar. (Publika.az)

Read More