Dünya 

Gürcüstanda ölüm-dirim günü: SEÇKİLƏR başladı

Aqşin Kərimov: “Həm Qərb meylli, həm də Rusiya meylli qüvvələr idarəolunan xaos ssenarisinə hazırlıq məşqləri keçirlər” Bu gün, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilir. Parlament seçkilərindən sonra Gürcüstanda toqquşmaların və iğtişaşların olacağı barədə gözləntilər var.  Britaniyanın “The Financial Times” nəşri yazıb  ki, həm hökumət, həm də müxalifət alyansı qalibiyyət yolunda olduqlarını bildirirlər, bu da toqquşmaları qaçılmaz edir. Qeyd edək ki, əsas müxalifət partiyaları prezidentin təklif etdiyi xartiyanı imzalayıblar. Sənəddə nəzərdə tutulur ki, əgər onlar birlikdə “Gürcü Arzusu”ndan daha çox səs toplayarlarsa, “texniki hökumət” yaradacaqlar. Məlumat üçün bildirək ki, “texniki hökumət”…

Read More
Dünya 

İran növbəti xəbərdarlığa qədər bütün aviareysləri ləğv edib

İranda bütün aviareyslər növbəti xəbərdarlığa qədər ləğv edilib. “Report”un məlumatına görə, bu barədə İRNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən xəbər verir. Qeyd olunur ki, uçuşlar bütün istiqamətlər üzrə ləğv edilib. Xatırladaq ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib.

Read More
Dünya 

Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək

Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək. “Report” xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 8:00-da başlayıb, saat 20:00-da (Bakı ilə eyni vaxtda – red.) yekun vurulacaq seçkilərdə 3 milyon 508 min 294 vətəndaşın iştirak edəcəyini, onlardan 3 milyon 113 min 747 nəfərin elektron texnologiyalardan istifadə ilə iştirak edəcəyini bildirib. Gürcüstanda və xaricdə 3 111 seçki məntəqəsi açılacaq ki, onlardan 67-si 42 ölkədə olacaq. Seçkilərdə MSK-ya partiya siyahılarını təqdim edən 18 subyekt iştirak edir, onlardan sosial sorğulara görə, 5 %-lik baryeri aşaraq deputat mandatı almaq üçün beşinin şansları…

Read More
Dünya 

KİV: İran İsrailin zərbələrinə cavab verməyə hazırdır

İran İsrailin zərbələrinə proporsional cavab verməyə hazırdır. “Report”un məlumatına görə, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadən xəbər yayıb. Onun sözlərinə görə, İran İsrailin təcavüzünə cavab verməyə hazırdır. “İran istənilən təcavüzə cavab vermək hüququnu özündə saxlayır və İsrailin istənilən hərəkətə proporsional cavab alacağına şübhə yoxdur”, – mənbə bildirib. Qeyd edək ki, daha əvvəl yerli və xarici mətbuat Tehranda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayıb. Sonra məlum olub ki, İsrail İrana iki dəfə hava zərbəsi endirib. İkinci zərbə Şiraz şəhərinə endirilib. Ölən və ya xəsarət alanlar, dağıntılar barədə məlumatlar yoxdur.

Read More
Dünya 

Həyəcan təbili: bu qəbiristanlıqlar BAĞLANDI

İstanbul qəbiristanlıqlarında sürətlə artan sıxlıq nisbəti narahatlıq doğurur. Şəhərin mərkəzində 131 qəbiristanlıq dəfn üçün bağlanıb. İstanbul Qəbiristanlıqlar İdarəsinin rəhbəri Ecevit Yılmaz mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, şəhərdə cəmi 14 milyon kvadratmetr qəbiristanlıq sahəsi var: “Tezliklə yeni qəbiristanlıq sahələri istifadəyə veriləcək. İstanbuldakı bir çox qəbiristanlıq doluluq nisbətinə görə yeni dəfnlərə bağlanıb. Zincirlikuyu, Topkapı, Kozlu, Edirnekapı Şəhidliyi, Eyüpsultan, Aşiyan, Ulus, Karacaahmet, Kartal, Çengelköy qəbiristanlıqları bağlı qəbiristanlıq ərazilərimiz arasındadır. İstanbulda qəbiristanlıq ərazilərinin planlaşdırılmasına təkcə dəfn prosedurları deyil, həm də şəhərin ümumi planlaşdırılması və abadlaşdırılması daxildir. Yollar, sosial sahələr, səhiyyə və…

Read More
Dünya 

Gəlindən qaçan bəy saxlanıldı

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşları toydan əvvəl gəlinindən “Lada Granta” ilə qaçan bəyi yaxalayıblar. Təhlükəsizlik qüvvələri kürəkənin tapıldığını və polis bölməsində olduğunu deyiblər. O da qeyd olunur ki, bəy qohumlarının və anasının zənglərinə məhəl qoymayıb. 26 yaşlı İslam və gəlini Patimatın toyu oktyabrın 24-nə planlaşdırılıb. Lakin gənc oğlan toya bir gün qalmış yoxa çıxıb. Qohumları və dostları onu axtarıblar, daha sonra axtarışa polis də qoşulub. Eyni zamanda itkin düşən şəxsin avtomobili respublikanın müxtəlif bölgələrində kameralara düşüb.   Yayımlanan fotoda ağ “Lada Granta” oktyabrın 23-də səhər tezdən Qafqaz magistralının Dağıstan İşıqları şəhərində…

Read More
Dünya 

Bəy öz toyunda qonağı öldürdü – SƏBƏB

Rusiyanın Omsk vilayətinin prokurorluğu öz toyunda qonağı öldürən 33 yaşlı bəyin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 9 il azadlıqdan məhrum edilməsini tələb edir. Hadisə bu il mayın 19-da baş verib. Təqsirləndirilən şəxs Omskdakı restoranlardan birində öz toyunu qeyd edib. Qonaqlardan biri həddindən artıq spirtli içki qəbul edib, özünü düzgün aparmayıb, digər qonaqları narahat edib və onlara kolbasa atıb. Bəy qonağı evə göndərmək üçün zaldan çıxarıb. Lakin o, qonağı çıxararkən qarnına və kürəyinə iki dəfə zərbə endirib./Lent.az

Read More
Dünya 

Bu ilin ilk 9 ayı ərzində Avropa ölkələri Gürcüstanın 3 274 vətəndaşını deportasiya edib

2024-cü ilin ilk 9 ayı ərzində Avropa İttifaqı (Aİ) ölkələri Gürcüstanın 3 274 vətəndaşını deportasiya edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ən çox deportasiya Almaniyadan olub (2064 nəfər), sonrakı sırada Fransa (472) və Yunanıstan (159) gəlir. Bildirilib ki, 2023-cü ilin ilk yarısında isə Aİ ölkələri 3 387 gürcünü deportasiya edib. Qeyd edək ki, 2017-ci ilin mart ayından etibarən gürcülər Şengen zonasına vizasız qısamüddətli səyahət etmək hüququ əldə ediblər.

Read More
Dünya 

Marketlərdən “Coca-Cola” YIĞIŞDIRILDI – ŞOK SƏBƏB

“Coca-Cola” şirkəti “Coca-Cola”, “Fanta”, “Sprite” və “MezzoMix” brendlərinin milyonlarla şüşəsini dövriyyədən çıxarmaq qərarına gəlib. News24.az xəbər verir ki, bu geri çağırma Avstriyada ümumilikdə 26 milyon şüşəni əhatə edib və sözügedən məhsulların yaxın günlərdə məhv edilməsi planlaşdırılıb. Çıxarılan məhsullar istehsalın son iki ayına aiddir. “Mümkün sağlamlıq riskinə görə, potensial təsirə məruz qalan məhsulları istehlak etməməyi tövsiyə edirik”, – şirkət deyib. Qeyd edək ki, istehlakçılar qəbz göstərmədən məhsulları aldıqları yerə apararaq pulunu geri ala bilərlər. Coca-Cola HBC Austria GmbH bu hadisəyə görə təəssüfləndiyini bildirib və müştərilərindən üzr istəyib.

Read More